Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət Xidmətinə yeni rəis müavini təyin edildi

© AP Photo / Anjum NaveedПодпись, фото из архива
Подпись, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.08.2021
Xəbərlərə abunə olun
НовостиTelegram
ABŞ-ın Nyu-York ştatının Sirakuz Universitetinin Yutika Kollecində təhsil almış yeni müavin buna qədər müxtəlif nəqliyyat şirkətlərində rəhbər vəzifələrdə çalışıb.
 
BAKI, 5 avqust — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə yeni müavin Anar Rzayev təyin edilib.
Sputnik Azərbaycan-ın məlumatna görə, bu barədə DANX-ın mətbuat katibi Nuridə Allahyarova məlumat verib. O qeyd edib ki, Anar Rzayev 1973-cü ildə Bakı şəhərində anadan olub. Xəzər Universitetinin Hüquq və sosial elmlər fakültəsini bitirib. 1994-1995-ci illərdə ABŞ-ın Nyu-York ştatının Sirakuz Universitetinin Yutika Kollecində təhsi alıb. 2018-ci ildən UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru vəzifəsinə təyin olunub. Buna qədər müxtəlif nəqliyyat şirkətlərində rəhbər vəzifələrdə çalışıb. 2020-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.
Qeyd edək ki, hazırda DANX-ın rəisi Həbib Həsənovdur.
Eləcə də oxuyun:
Daha üç istiqamətə də gecə reysləri bərpa edildi
Gürcüstana avtobusla getmək mümkün olacaqmı? Məsələ müzakirəyə çıxarıldı
Bakı-Naxçıvan avtobuslarının bilet qiymətləri və səfər tarixləri məlum olub
Xəbər lenti
0