Daha üç istiqamətə də gecə reysləri bərpa edildi

© Photo : © AR Ministry of Transport, Communications and High Technologies На территории Бакинского международного автовокзального комплекса (БМАК)
На территории Бакинского международного автовокзального комплекса (БМАК)  - Sputnik Azərbaycan, 1920, 29.07.2021
Abunə olmaq
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib ki, əvvəl gecə reyslərinin sayı iki idisə, indi beşə çatdırılıb.

BAKI, 29 iyul — Sputnik. Bakı Beynəlxalq Avtovağzal Kompleksindən ölkənin müxtəlif istiqamətlərinə sərnişindaşımada gecə reyslərinin sayı artırılıb. Bu barədə Sputnik Azərbaycan-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.

O bildirib ki, əvvəl gecə reyslərinin istiqamətlər üzrə sayı iki idisə, indi beşə çatdırılıb:

"Gecə reysləri fəaliyyətə başlayanda iki istiqamətə gecə sərnişindaşıma təşkil olunmuşdu. İndi üç istiqamət də əlavə olunub. Qırmızı Körpü və Şəki istiqamətləri ilə yanaşı, bu gün gecə saatlarından etibarən sərnişinlər gecə reysləri ilə Gəncə, Zaqatala, Göygöl istiqamətlərinə də gedib-gələ biləcəklər".

Qeyd edək ki, xüsusi karantin rejiminin gücləndirilməsi ilə əlaqədar olaraq şəhərlərarası (rayonlararası) gecə reysləri 2019-cu ilin mart ayından fəaliyyət göstərmirdi. İyulun 15-dən etibarən şəhərlərarası (rayonlararası) sərnişindaşıma üzrə gecə reysləri bərpa edilib. Daşıyıcı şirkətlərin və sərnişinlərin çoxsaylı müraciətini nəzərə alaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin qərarı əsasında iyulun 15-dən sərnişinlər bərpa olunan gecə reysləri üzrə Qırmızı Körpü və Şəki istiqamətində səfər edə biliblər.

Məlumat üçün əlavə edək ki, Qırmızı Körpü istiqamətinə gecə reysləri dörd marşrut xətti üzrə, Şəki istiqamətinə isə iki marşrut xətti üzrə hərəkətdə olunur. Biletləri Bakı Beynəlxalq Avtovağzal Kompleksindən və aidiyyəti üzrə region kassalarından əldə etmək mümkündür. 

Xəbər lenti
0