10:54 29 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0154
  • RUB0.0231
İQTİSADİYYAT
Qısa URL
6410

Gediş biletlərini Bakı Beynəlxalq Avtovağzalının kassalarından, eləcə də avtovağzala gəlmədən internet üzərindən avtovagzal.az saytı vasitəsi ilə "online" gediş bileti sifariş edə bilərsiniz.

BAKI, 16 iyul — Sputnik. 17 iyul 2021-ci il tarixindən etibarən Azərbaycan Respulikasının Nazirlər Kabinetinin Qərarına əsasən, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə avtobuslar fəaliyyətə başlayır. Sputnik Azərbaycan xəbər verir ki, ilkin olaraq yalnız səhər reyslərinin fəaliyyəti nəzərdə tutulur.

Belə ki, sərnişinlər bu gündən etibarən iyul ayının 17-si saat 09:00 reysinə, eləcə də növbəti günlərə gediş bileti əldə edə bilərlər. Gediş biletinin qiyməti 30 manat, 5-10 yaş arası uşaqlar üçün isə 50% güzəşt olmaqla 15 manat təşkil edir.

Gediş biletlərini Bakı Beynəlxalq Avtovağzalının kassalarından, eləcə də avtovağzala gəlmədən internet üzərindən avtovagzal.az saytı vasitəsi ilə "online" gediş bileti sifariş edə bilərsiniz.

Reyslər yüksək komfortlu, geniş salona malik, sərin, Avropa standartlarına cavab verən müasir tipli avtobuslarla həyata keçiriləcək.

Gömrük keçid məntəqəsində sərnişinlərdən Covid-19 testi götürüləcək. Bu testlər Azərbaycan vətəndaşları üçün pulsuzdur.

Bakı-Naxçıvan-Bakı marşrutunun bərpası

Nazirlər Kabineti "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" 26 may 2021-ci il tarixli qərarına dəyişiklik edib.

Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, sabahdan İran ilə əldə olunmuş müvafiq razılaşmanın tələblərinə uyğun olaraq, Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun qonşu ölkənin ərazisindən keçməklə həyata keçirilməsinə aşağıdakı tələblərə riayət etməklə icazə verilir:

- Avtobus marşrutu ilə hərəkət edən sərnişinlərdən COVID-19-a dair PZR testi barədə arayış tələb olunmur, ölkə ərazisində Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsinə gələn həmin sərnişinlərdən tibbi personal tərəfindən COVID-19-a dair PZR testinin keçirilməsi məqsədilə yaxma götürülür və ölkə vətəndaşları üçün bu müayinələr ödənişsiz əsaslarla aparılır;

- Səfər zamanı daşıyıcı, sərnişinlər və sərnişin avtonəqliyyat vasitəsinin işçi heyəti tərəfindən xüsusi karantin rejiminin tələblərinə və koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə çərçivəsində qəbul edilmiş tələblərə əməl edilməsi məcburidir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Xarici İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naxçıvan MR-nın Nazirlər Kabineti bu Qərardan irəli gələn zəruri məsələləri həll etməlidir.

Qeyd edək ki, bir neçə gün öncə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova Bakıdan Naxçıvana avtobusla sərnişin daşımalarının bərpa edilməsi üzərində iş aparıldığını bildirmişdi: "Naxçıvandan olan sərnişinlərimizin çoxsaylı müraciətinə əsasən avtobusla səfərlərin bərpası üzrə müvafiq tədbirlər tam gücü ilə davam edir", - deyə DANX rəsmisi bəyan etmişdi.

Eləcə də oxuyun:

Teqlər:
qiymət, bilet, marşrut, avtobus, İran, Naxçıvan, Bakı

Əsas mövzular