Azərbaycan yanğınsöndürənləri Türkiyədəki İES-ləri mühafizəyə götürüb

© AP Photo / Emre TazegulЛесной пожар в Турции, фото из архива
Лесной пожар в Турции, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.08.2021
Abunə olmaq
Türkiyənin Muğla vilayətinin Milas rayonunda meşəlik ərazidə baş vermiş yanğın genişlənərək Kəmərköy istilik elektrik stansiyasında (İES) yanğına səbəb olub.
BAKI, 5 avqust - Sputnik. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri Türkiyədə Kəmərköy və Yeniköy istilik elektrik stansiyalarını mühafizəyə götürüb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı FHN-in saytı yayıb.  
Məlumatda qeyd olunur ki, Türkiyənin Muğla vilayətinin Milas rayonunda meşəlik ərazidə baş vermiş yanğın genişlənərək Kəmərköy istilik elektrik stansiyasında (İES) yanğına səbəb olub.
Bununla əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Türkiyədə olan yanğın-xilasetmə qüvvələri yerli qüvvələrlə birlikdə İES-də baş verən yanğını bu gün səhər saatlarında söndürməyə müvəffəq olub. Bununla da yanğının yaxınlıqda yerləşən Yeniköy İstilik Elektrik Stansiyasına keçməsinin qarşısı alınıb.
Qeyd edək ki, hər iki istilik elektrik stansiyasının bölgənin elektrik enerjisi ilə təchizatında oynadığı strateji rolu nəzərə alınaraq, Kəmərköy və Yeniköy stansiyaları Azərbaycan FHN-in qüvvələri tərəfindən yanğından mühafizəyə götürülüb.
Bununla əlaqədar FHN-in Türkiyədəki qüvvələrinə rəhbərlik edən nazir müavini general-leytenant Etibar Mirzəyev stansiyaların yanğına qarşı etibarlı mühafizəsinin təşkili məqsədilə yerli məsul vəzifəli şəxslərlə görüşərək göstərilən istiqamətdə fikir mübadiləsi aparıb, atılacaq qabaqlayıcı addımlar müzakirə olunub.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyəyə göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri hazırda qardaş ölkədə yanğınlarla uğurla mübarizə aparır.
Həmçinin oxuyun:
FHN-in yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Gürcüstandan Türkiyəyə doğru gedir
* Azərbaycan yanğınsöndürənləri qardaş ölkənin harayına getdilər
* Ərdoğan meşə yanğınlarının baş verdiyi bölgələrə gedəcək
* Türkiyə alovlar içində: Yanğınlar lokallaşdırılsa da, mübarizə davam edir
* FHN-in yanğınsöndürmə qüvvələri Türkiyəyə gedir
* Türkiyədə ailə dramı: Ər və arvad yanğından uçan evin altında həyata əlvida ediblər
Xəbər lenti
0