CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

FHN-in yanğınsöndürmə qüvvələri Türkiyəyə gedir

© Photo : Ministry of Emergency Situations of the Republic of AzerbaijanГуманитарная помощь, фото из архива
Гуманитарная помощь, фото из архива - Sputnik Azərbaycan, 1920, 30.07.2021
Abunə olmaq
Müvafiq dövlət qurumları Türkiyədən olan tərəf müqabilləri ilə əlaqə qurub və ən qısa zamanda yardım dəstələri qardaş ölkəyə yola düşəcək.

BAKI, 30 iyul — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələrinin əməkdaşlarının Türkiyə Respublikasına yola düşməsi üçün hazırlıq işləri gedir. Sputnik Azərbaycan-ın FHN-in saytına istinadən xəbər verir ki, ən qısa zamanda qüvvələr qardaş Türkiyə Respublikasına yola düşəcək.

---------

11:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndəriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi deyib: "Bununla əlaqədar olaraq, Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Baş nazirinə və Fövqəladə Hallar Nazirliyinə lazımi tapşırıqlar və göstərişlər verilib. Müvafiq dövlət qurumları Türkiyədən olan tərəf müqabilləri ilə əlaqə qurub və ən qısa zamanda yardım dəstələri qardaş ölkəyə yola düşəcək".

Türkiyədə dəhşətli yanğın 

Türkiyədə, Antalyanın Manavgat rayonunda Yeniköy məhəlləsinin yaxınlığındakı meşədə yanğın olub. İyulun 28-dən başlayan yanğın nəticəsində Manavqat rayonun mərkəzinə qədər yayılıb, bəzi yaşayış məntəqələri və iş yerləri yanaraq yararsız hala düşüb. Ümumilikdə Türkiyənin Antalya əyalətində başlayan meşə yanğınları nəticəsində 3 nəfər həlak olub, 62 nəfər isə xəsarət alıb. Ölkənin 40-dan çox yaşayış məntəqəsi zərər görüb.
Yanğının söndürülməsinə 100-dən çox texnika, o cümlədən 2 təyyarə və 15 helikopter cəlb edilib.

Azərbaycandan dəstək 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyədəki dəhşətli yanğınlarda insanların həlak olması ilə bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. O, Azərbaycan hökuməti və xalqının hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəy olduğunu vurğulayıb.

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov da meşə yanğınları zamanı həlak olanlarla bağlı Türkiyəyə başsağlığı verib. Bayramov bunu özünün feysbukdakı hesabında yazıb: “Qardaş Türkiyədə meşə yanğınlarının davam etməsi, Antalyada 3 nəfərin həyatını itirməsi bizi çox sarsıtdı. Yanğın nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirik. Bu çətin günlərdə qardaş Türkiyənin yanındayıq, hər cür dəstək göstərməyə hazırıq”.

Eləcə də oxuyun:

Xəbər lenti
0