Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ərdoğan meşə yanğınlarının baş verdiyi bölgələrə gedəcək

© © Turkish Presidency via AP, PoolПрезидент Турции Реджеп Тайип Эрдоган, фото из архива
Президент Турции Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan, 1920, 31.07.2021
Abunə olmaq
Türkiyə prezidenti meşə yanğınlarından təsirlənən bölgələri "Ümumi həyata təsir edən fəlakət bölgəsi" elan etdi.

BAKI, 31 iyul — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan meşə yanğınlarından təsirlənən bölgələri "Ümumi həyata təsir edən fəlakət bölgəsi" adlandırıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Türkiyə prezidenti özünün "Twitter" hesabından paylaşım edib. O paylaşımında fikirlərini bu cür ifadə edib:

"Meşə yanğınlarından təsirlənən bölgələri "Ümumi həyata təsir edən fəlakət bölgəsi" elan etdik. Millətimizin yaralarını sarımaq, zərərini ödəmək, imkanlarını əvvəlkindən də yaxşı vəziyyətə gətirmək üçün bütün addımları atmağa davam edəcəyik".

Onun sözlərinə görə, Antalyanın Manavgat, Akseki, Alanya, Gündoğmuş və Qazipaşa rayonları, Muğlanın Marmaris, Bodrum, Milas, Göyçegiz və Seydikəmər rayonları, Mersinin Aydıncık və Silifke rayonları, Osmaniyyənin Mərkəz və Kadirli rayonları, Adananın isə Aladağ, İmamoğlu, Karaisalı, Kozan rayonları təbii fəlakət bölgələri elan olunub.

Bundan əlavə o da məlum olub ki, Türkiyə Prezidenti sabah meşə yanğınlarının baş verdiyi təbii fəlakət bölgələrinə gedəcək.

Dövlət başçısı meşə yanğınların ən çox qeydə alındığı Antalyanın Manavgat və Muğlanın Marmaris rayonlarına baş çəkəcək, yanğınların qarşısını almaq üçün görülən işlərlə tanış olacaq.

Qeyd edək ki, son 3 gündə Türkiyədə 85 yerdə meşə yanğını qeydə alınıb. Bu yanğınlardan 75-i artıq nəzarət altına alınıb. Yanğın nəticəsində 4 nəfər dünyaını dəyişib. Yanğınların söndürülməsində Türkiyəyə yardım məqsədi ilə bir çox ölkələr canlı qüvvə və texnika göndərib. Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi prosesində qardaş ölkəyə dəstək məqsədilə göndərilən Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin ilk dəstəsi hazırda Türkiyənin Dalaman şəhərindədir.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev bildirib ki, Türkiyəyə göndərilən şəxsi heyətin sayı 100 nəfərdir.

Həmçinin oxuyun:

Azərbaycan yanğınsöndürənləri qardaş ölkənin harayına getdilər

Türkiyə alovlar içində: Yanğınlar lokallaşdırılsa da, mübarizə davam edir

Antalya alov içində - dəhşət saçan fotolar

Xəbər lenti
0