CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu şəxslər Ali Media Mükafatı ilə təltif olundular

© Sputnik / Kemale AliyevaSirac Abışov və Məhərrəm İbrahimovun xatirəsinə anım guşəsi
Sirac Abışov və Məhərrəm İbrahimovun xatirəsinə anım guşəsi - Sputnik Azərbaycan, 1920, 22.07.2021
Abunə olmaq
2011-ci ildən başlayaraq xoş ənənəyə çevrilmiş mükafatın laureatlarının adları 22 iyul Milli Mətbuat Günündə açıqlanır və 3 dərəcə üzrə təqdim olunur. 2021-ci ildə Şura qərara alıb ki, təltif yalnız bir dərəcə üzrə aparılsın.

BAKI, 22 iyul — Sputnik. Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatı ilə Kəlbəcərdə şəhid olmuş media təmsilçiləri - Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, AZTV-nin operatoru Sirac Abışov və COVID-19 xəstəliyindən dünyasını dəyişmiş hərbi jurnalist Rəşad Süleymanov təltif edilirlər. MŞ-dan Sputnik Azərbaycan-a bildirilib ki, məlum olduğu kimi, Mətbuat Şurası hər il ömrünü-gününü peşəsinə həsr etmiş jurnalistləri Ali Media Mükafatı ilə mükafatlandırır. 2011-ci ildən başlayaraq xoş ənənəyə çevrilmiş mükafatın laureatlarının adları 22 iyul Milli Mətbuat Günündə açıqlanır və 3 dərəcə üzrə təqdim olunur. 2021-ci ildə Şura qərara alıb ki, təltif yalnız bir dərəcə üzrə aparılsın.

M.İbrahimov və S.Abışov istər 44 günlük Vətən Müharibəsi dönəmində, istərsə də müharibədən sonrakı dövrdə Azərbaycan ictimaiyyətini dolğun və operativ məlumatlarla təmin ediblər. R.Süleymanov isə müqəddəs savaşımızın davam etdiyi müddətdə hərbi jurnalist və ekspert kimi cəmiyyətin informasiyalarla təminatı, həm də ictimai rəyin düzgün formalaşdırılması istiqamətində böyük əzmlə çalışıb. Mətbuat Şurası məhz bu xidmətləri nəzərə alıb.

Allah mərhum həmkarlarımıza rəhmət eləsin!

Qeyd edək ki, Ali Media Mükafatı Mətbuat Şurası İdarə heyətinin 6 iyul 2010-cu il tarixli iclasının qərarı ilə təsis edilib. Mükafatın Əsasnaməsinə uyğun olaraq Azərbaycanda jurnalistikanın inkişafı sahəsində çoxillik xidmətləri olan, səmərəli fəaliyyətini indi də davam etdirən, həmçinin mediamızın çağdaş problemlərinin həllində təşəbbüskarlığı və təşkilatçılığı ilə fərqlənən şəxslərin əməyinin qiymətləndirilməsi əsas götürülüb.

Hər il 22 iyul Milli Mətbuat Günündə təqdim olunan mükafatın üç dərəcəsi var. İclasda birinci dərəcə üzrə bir, ikinci dərəcə üzrə iki, üçüncü dərəcə üzrə beş laureat müəyyənləşdirilib. Ali Media Mükafatının üçüncü dərəcəsi üzrə laureatların hər birinə 1000, ikinci dərəcəsi üzrə 2000 manat pul təqdim edilir. Birinci dərəcə üzrə laureat isə 5000 manat pulla mükafatlandırılır.

Eləcə də oxuyun:

Xəbər lenti
0