Prezident şəhid jurnalistləri təltif etdi - SƏRƏNCAM

© Photo : Facebook / AZTVSirac Abışov və Məhərrəm İbrahimovun xatirəsinə anım guşəsi
Sirac Abışov və Məhərrəm İbrahimovun xatirəsinə anım guşəsi - Sputnik Azərbaycan, 1920, 14.06.2021
Abunə olmaq
İlham Əliyev "İşğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş bir qrup şəxsin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında" sərəncam imzalayıb.

BAKI, 14 iyun — Sputnik. Prezident İlham Əliyev "İşğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş bir qrup şəxsin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında" sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərində vəzifə borcunu ləyaqətlə yerinə yetirərkən həlak olmuş aşağıdakı şəxslər 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin:

Abışov Sirac Abış oğlu

Əliyev Arif Ağalar oğlu

İbrahimov Məhərrəm Əli oğlu".

Kəlbəcərdə faciə

Qeyd edək ki, 4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub.

Həmin vaxt digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Bu hadisə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb və qınağa səbəb olub. Ermənistana minalanmış ərazilərin xəritəsini verməklə bağlı təzyiqlər artıb.

Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Ermənistana təhvil verilib.

Xəbər lenti
0