Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Şəhriyar Məmmədyarov Soçidə erməni rəqibinin müqavimətini qırdı

© Photo : Twitter / Shakhriyar MamedyarovАзербайджанский гроссмейстер Шахрияр Мамедъяров, фото из архива
Азербайджанский гроссмейстер Шахрияр Мамедъяров, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.07.2021
Abunə olmaq
Bu günlərdə Soçidə keçirilən şahmat üzrə Dünya Kubokunda eyni vaxtda üç şahmatçımız çıxışlarını yekunlaşdırıb.

BAKI, 19 iyul – Sputnik. Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Soçidə keçirilən şahmat üzrə Dünya Kubokunun üçüncü dövrəsində  əvvəl uduzduğu erməni şahmatçısı Ayk Martirosyanla hesabı bərabərləşdirib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Məmmədyarov birinci partiyada qara fiqurlarla klassik vaxt hesabı ilə Martirosyana uduzmuşdu. Mübarizəni davam etdirmək üçün o, cavab görüşündə ağ fiqurlarla qalib gəlməli idi. Uzun sürən görüşdə Məmmədyarov nəhayət 86-cı gedişdə rəqibinin müqavimətini qırıb. Hesab bərabərləşib (1:1), indi şahmatçılar qalibi tay-brekdə müəyyənləşdirəcəklər.

Digər azərbaycanlı qrossmeyster Vasif Dürarbəyli David Navara (Çexiya) ilə ikinci partiyanın oyununu qələbə ilə başa vurub (1.5:0.5) və Dünya Kubokunun dördüncü dövrəsinə adlayıb.

Nicat Abbasov isə rusiyalı Andrey Yesipenkoya 0.5:1.5 hesabı ilə uduzaraq, Dünya Kubokunu tərk edib.

Qadın şahmatçılarımız isə çıxışlarını bitiriblər – Günay Məmmədzadə və Gülnar Məmmədova üçüncü dövrədə Sarasadat Hademalşairə (İran) və Elizabet Petzə (Almaniya) eyni hesabla uduzublar – 0.5:1.5.

Eləcə də oxuyun:

Xəbər lenti
0