Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bəzi ağrılar D vitamininin çatışmadığından xəbər verir - həkim

© Depositphotos.com / Krakenimages.comМужчина держится за больную руку
Мужчина держится за больную руку - Sputnik Azərbaycan, 1920, 27.06.2021
Abunə olmaq
Həkim qeyd edib ki, D vitamininin orqanizmdə hasil olması üçün xüsusi olaraq gündə qaralmağa ehtiyac yoxdur. 

BAKI, 27 iyun - Sputnik. Həkim və teleaparıcı Aleksandr Myasnikov "Rossiya-1" telekanalının efirində D vitamini defisitinin ən çox rast gəlinən simptomundan danışıb.

Onun sözlərinə görə, söhbət izaholunmayan əzələ-skelet ağrılarından gedir.

"Tibbi qanunlara görə, hər yanı ağrıyan, ancaq aydın seçilən yırtıq, fibromialgiya, polimialgiya əlamətləri olmayan şəxs mütləq D vitamininin səviyyəsinə görə yoxlanışdan keçməlidir", - Myasnikov deyib.

Həkim qeyd edib ki, D vitamininin orqanizmdə hasil olması üçün xüsusi olaraq gündə qaralmağa ehtiyac yoxdur. 

"Əslində D vitamini praktiki olaraq Günəşsiz, sadəcə açıq havada əmələ gəlir", - həkim deyib.

Myasnikov dəqiqləşdirib ki, bunun üçün yarım saat açıq havada olmaq kifayət edir, qışda isə bu müddəti artırmaq lazımdır. Günəş şüaları altında D vitamini, həkimin sözlərinə görə, 5-10 dəqiqə arasında əmələ gəlir.

Həkim D vitamini mənbələri kimi dəniz məhsullarını, yumurta və südü istemal etməyi məsləhət görür. O, həmçinin qeyd edir ki, bu vitamininin çatışmazlığı onkoloji və ürək xəstəliklərinin yaranmaslna səbəb ola bilər.

Eləcə də oxuyun: 

  • Anomal isti, ofis işçiləri və xroniki xəstələr: təbiətin şıltaqlığından necə faydalanmalı

  • Qırışları azaldır, demensiyadan qoruyur - gilasın bilmədiyimiz yeddi faydası

  • Nazirlik enerji içkiləri ilə bağlı iş qaldırıb

  • Həkimlər qaraciyər üçün ən faydalı meyvənin adını açıqladılar

Xəbər lenti
0