QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Moskvada kritik danışıqlar – Azərbaycan və Ermənistan generalları görüşəcəklər

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidВид на Кремль в центре Москвы, фото из архива
Вид на Кремль в центре Москвы, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.06.2021
Abunə olmaq
Ermənistan tərəfdən danışıqlarda Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Arşak Karapetyan və Sərhəd Qoşunlarının Baş Qərargah rəisi Arman Qasparyan iştirak edəcəklər.

BAKI, 2 iyun — Sputnik. Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə dair məsələ hər iki ölkənin nümayəndələrinin iştirakı ilə Moskvada müzakirə olunacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Qraparak" nəşri öz mənbələrinə istinadən xəbər verir.

Nəşr qeyd edir ki, danışıqlar zamanı Ermənistan-Azərbaycan sərhədində son baş verənlər müzakirə olunacaq.

"Ermənistan tərəfdən danışıqlarda Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Arşak Karapetyan və Sərhəd Qoşunlarının Baş Qərargah rəisi Arman Qasparyan iştirak edəcəklər. Azərbaycanı isə görüşdə Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Orxan Sultanov təmsil edəcək", - deyə Qraparak yazıb.

Bildirilir ki, Rusiya tərəfini danışıqlarda Rusiya sülhməramlı kontingentinin rəhbəri Rüstəm Muradov təmsil edəcək.

Sərhəddə gərginlik

Ermənistan-Azərbaycan sərhədində vəziyyət mayın 12-də yenidən gərginləşib. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirlərini qarşı tərəf Zəngəzur ərazisinin, xüsusilə Qaragöl ətrafının qəsbi kimi qələmə verməyə çalışıb. Ermənistan KTMT-yə müraciət etsə də, təşkilatdan ona hərbi əməliyyatlara əl atmamaq tövsiyə edilib.

Bundan sonra mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub. Eyni zamanda Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb. Cavab atəşi açılmayıb. İtki olmayıb.

Eləcə də mayın 25-də və 27-də Kəlbəcər istiqamətində Ermənistan sərhəddə təxribatlara cəhd edib, erməni diversantların bir qismi saxlanılıb, bir qismi qaçıb. Mayın 27-dən 28-nə keçən gecə ərzində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə açdığı atəşə məruz qalıb. Hərbi qulluqçu əsgər Muradov Elxan İlham oğlu çiynindən yaralanıb. 

Mayın 30-da media səhifələrində Zəngilan rayonu ərazisində dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun Azərbaycan ərazisinə keçməyə cəhd göstərərkən zərərsizləşdirilməsi, qrupun 2 üzvünün saxlanılması barədə məlumatlar yayılıb. Bununla bağlı Dövlət Sərhəd Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, bu məlumatlar həqiqəti əks etdirmir, Ermənistanla dövlət sərhədində vəziyyət stabildir və bölmələrimizin tam nəzarəti altındadır.

Mayın 31-də isə Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus “Qrifon-12” tipli pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilib.

Üçtərəfli bəyanat

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Həmçinin oxuyun: 

*  Minsk qrupunun həmsədrləri Azərbaycan-Ermənistan sərhədinə gedə bilərlər - Lukaşeviç

* Azərbaycan Ordusu Ermənistan SQ-nin PUA-sını ələ keçirdi

* Makron: "Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun bərpası üçün... "

* Ermənistan danışıqları pozub - Üçtərəfli komissiya işini dayandırdı

* Zakir Həsənovdan sərhədlə bağlı tapşırıq

Xəbər lenti
0