00:52 19 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
SİYASƏT
Qısa URL
70

Rusiyanın ATƏT yanında daimi nümayəndəsi jurnalistlərin bölgə üzrə suallarına cavab verərkən Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı Minsk qrupundan gözləntilərini açıqlayıb.

BAKI, 1 iyun - Sputnik. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) deqradasiyasını davam edir. Bunu Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Aleksandr Lukaşeviç iyunun 1-də "Rossiya Seqodnya" BİA-nın təşkil etdiyi mətbuat konfransında deyib.

Yeni təkan olmadan əskikləri düzəltmək mümkün deyil

Onun sözlərinə görə, buna səbəb üzv ölkələrin bir-birinə etimadsızlığı və bəzi dövlətlərin avroatlantik nöqteyi-nəzəri təşkilatda dominant vəziyyətə gətirmək istəyidir. 

Lukaşeviç hesab edir ki, bu yöndəki işlərdə yeni təkan olmasa, təşkilatı tamamilə başqa istiqamət götürməyə məcbur etmiş əyər-əskiyi düzəltmək mümkün deyil.

"Hərdən mənə elə gəlir ki, 1990-cı və 2000-ci illərdə gördüyüm təşkilatın antipoduna düşmüşəm", - Lukaşeviç vurğulayıb.

Azərbaycan-Ermənistan sərhədinə səfər

Azərbaycanla Ermənistanın sərhədində baş verənləri Sputnik Azərbaycan-a şərh edən daimi nümayəndə söyləyib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) yaxın günlərdə Azərbaycan-Ermənistan sərhədinə səfər etmək üçün razılığa gələ bilərdilər.

"Yaxın günlərdə həmsədrlərin bölgəyə gedib, vəziyyəti aydınlaşdırıb, tərəflərlə danışıqlar aparması vacibdir. Çox vacibdir. Hesab edirəm ki, belə imkan çox yaxın müddətdə yarana bilər", - Lukaşeviç bildirib.

Lukaşeviç onu da vurğulayıb ki, beynəlxalq humanitar yardımların əhaliyə çatdırılması məsələsi də həllini gözləyir: "Burada da xeyli təşkilati detallar var ki, onları da tərəflər fərqli surətdə təfsir edirlər".

Sərhəddə gərginlik

Ermənistan-Azərbaycan sərhədində vəziyyət mayın 12-də yenidən gərginləşib. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirlərini qarşı tərəf Zəngəzur ərazisinin, xüsusilə Qaragöl ətrafının qəsbi kimi qələmə verməyə çalışıb. Ermənistan KTMT-yə müraciət etsə də, təşkilatdan ona hərbi əməliyyatlara əl atmamaq tövsiyə edilib.

Bundan sonra mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub. Eyni zamanda Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb. Cavab atəşi açılmayıb. İtki olmayıb.

Eləcə də mayın 25-də və 27-də Kəlbəcər istiqamətində Ermənistan sərhəddə təxribatlara cəhd edib, erməni diversantların bir qismi saxlanılıb, bir qismi qaçıb. Mayın 27-dən 28-nə keçən gecə ərzində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə açdığı atəşə məruz qalıb. Hərbi qulluqçu əsgər Muradov Elxan İlham oğlu çiynindən yaralanıb. 

Mayın 30-da media səhifələrində Zəngilan rayonu ərazisində dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun Azərbaycan ərazisinə keçməyə cəhd göstərərkən zərərsizləşdirilməsi, qrupun 2 üzvünün saxlanılması barədə məlumatlar yayılıb. Bununla bağlı Dövlət Sərhəd Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, bu məlumatlar həqiqəti əks etdirmir, Ermənistanla dövlət sərhədində vəziyyət stabildir və bölmələrimizin tam nəzarəti altındadır.

Mayın 31-də isə Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus “Qrifon-12” tipli pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilib.

Eləcə də oxuyun:

  • Azərbaycan Ordusu Ermənistan SQ-nin PUA-sını ələ keçirdi
  • Makron: "Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun bərpası üçün... "

  • Ermənistan danışıqları pozub - Üçtərəfli komissiya işini dayandırdı
  • Zakir Həsənovdan sərhədlə bağlı tapşırıq
Teqlər:
ATƏT, sərhəd, Azərbaycan, Ermənistan

Əsas mövzular