SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan, Ermənistan və Rusiya arasında növbəti üçtərəfli görüş nə vaxt keçiriləcək?

© Photo : Official site of the Government of RFЗаседание трёхсторонней Рабочей группы под совместным председательством вице-премьеров Армении, Азербайджана и России (30 января 2021). Москвa
Заседание трёхсторонней Рабочей группы под совместным председательством вице-премьеров Армении, Азербайджана и России (30 января 2021). Москвa - Sputnik Azərbaycan, 1920, 25.05.2021
Abunə olmaq
O qeyd edib ki, indiyə qədər iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına dair üçtərəfli işçi qrup çərçivəsində iş kifayət qədər konstruktiv gedir

BAKI, 25 may — Sputnik. Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına dair üçtərəfli işçi qrupun növbəti iclasının keçirilməsi vaxtı Bakı və Yerevandan asılıdır. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

"Bu, ilk növbədə tərəfdaşlardan asılıdır", - deyə Overçuk üçtərəfli qrupun növbəti iclasının nə vaxt keçiriləcəyinə dair suala cavab verərkən bildirib.

O qeyd edib ki, indiyə qədər iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına dair üçtərəfli işçi qrup çərçivəsində iş kifayət qədər konstruktiv gedir:

"Biz ümid edirik ki, işçi qrupunun bütün üzvlərinin nümayiş etdirdikləri sağlam düşüncə üstünlük qazanacaq və Azərbaycanla Ermənistan arasında və müvafiq olaraq Rusiya ilə Ermənistan arasında Azərbaycan ərazisindən keçəcək dəmir yolu və avtomobil nəqliyyatı üçün imkanlar yaratmaq mümkün olacaq".

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Həmçinin oxuyun: 

* Ermənistan və üçtərəfli bəyanatın şərtləri - Alternativ varmı?

* Nazir Ceyhun Bayramov: “Bu addımlar üçtərəfli bəyanatın yerinə yetirilməsinə mane olur”

* "Azərbaycan üçtərəfli bəyanatı tam icra edəcək" - Spiker

* Qarabağa dair üçtərəfli razılaşmanın yerinə yetirilməsi ləngiyir – Rusiya ekspertlər

* Üçtərəfli bəyanat Gürcüstanı niyə narahat edir

* Vladimir Putinlə Nikol Paşinyan üçtərəfli bəyanatın icrasını müzakirə etdilər

Xəbər lenti
0