20:45 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
SİYASƏT
Qısa URL
17

"Hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa və yeni dövr başlayıb. Keçirdiyimiz görüşlərdə Ermənistanın mina xəritələrini verməməsi də diqqətə çatdırılıb".

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 21 may — Sputnik. "Mənim rəhbərliyimlə Milli Məclisin nümayəndə heyəti İtaliyada rəsmi səfərdə olub".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Spikerin sözlərinə görə, səfər zamanı keçirilən görüşlərdə Azərbaycanla İtaliya arasında münasibətlərin strateji əhəmiyyət daşıdığı vurğulanıb: "TAP layihəsinin reallaşmasının əhəmiyyəti və bunun Azərbaycanın Avropaya giriş qapısı olduğu bildirilib. Bütün görüşlərdə Vətən müharibəsi barədə İtaliya rəsmilərinə ətraflı məlumat verilib. Hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa və yeni dövr başlayıb. Keçirdiyimiz görüşlərdə Ermənistanın mina xəritələrini verməməsi də diqqətə çatdırılıb. Hazırda Azərbaycan suveren hüququndan istifadə edərək Ermənistanla sərhədin delimitasiyasını həyata keçirir. Azərbaycan üçtərəfli bəyanatı tam icra edəcək".

Əsas mövzular