“Təəssüflər olsun ki, biz əksər hallarda Ermənistan tərəfindən konstruktiv yanaşmalar görmürük”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla Bakıda keçirilən görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.
“Bu cür addımlar üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməsinə mane olur. Azərbaycan əldə edilmiş razılaşmalar çərçivəsində öz öhdəliklərinə ciddi şəkildə əməl edir və onları yerinə yetirir: Ölkə çox sayda birtərəfli addımlar atıb, xüsusən də humanitar yüklərin Azərbaycan ərazisindən keçməsinə icazə verib. Azərbaycan hərbçilərinin iştirakı ilə cəsəd və qalıqların axtarışı təşkil edilib və təxminən 1 600 cəsəd Ermənistan tərəfinə təhvil verilib. Biz Rusiyanın rolunu və fəaliyyətini, eləcə də Rusiya-Türkiyə monitorinq mərkəzinin birgə fəaliyyətini yüksək qiymətləndiririk”.
Ceyhun Bayramovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz