CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dörd səfil uşaqla bağlı iş aparılır - Komitə rəsmisi

© REUTERS / Adnan AbidiДевочка, фото из архива
Девочка, фото из архива - Sputnik Azərbaycan, 1920, 22.05.2021
Abunə olmaq
"Uşağın hüquqları pozulacaqsa, psixoloji və sosial problemlər yaranacaqsa, bu zaman uşaqlar dövlət müəssisəsində lazım olan standartlarla təmin olunacaqlar" - Elgün Səfərov

 

BAKI, 22 may — Sputnik, Nigar İsgəndərova. "Hüquq-mühafizə orqanları, yerli idarəetmə və QHT orqanları və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ictimai şura üzvlərinin iştirakı ilə ailə ilə bağlı qiymətləndirilmə keçirilib. Ailənin psixoloji, sosial vəziyyəti qiymətləndirilib. Eyni zamanda sənədlərlə bağlı qiymətləndirilmə aparılıb".

Bu barədə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik tədqiqatlar şöbəsinin müdiri Elgün Səfərov Sputnik Azərbaycan-a açıqlamasında bir neçə gün öncə sosial şəbəkədə fotoları yayılan - Xırdalan şəhərində səfil vəziyyətə düşən və anaları tərəfindən baxılmayan 4 körpə ilə bağlı görülən işlər haqda danışarkən deyib.

O bildirib ki, hazırda ananın psixoloji vəziyyəti ilə bağlı qiymətləndirilmə aparılır: "Mütəmadi olaraq ananın psxioloji vəziyyətinin qiymətləndirilməsi aparılmalıdır. Həmin ailədə uşaqların hüququnun pozulub-pozulmaması öyrəniləcək. Qeyd edim ki, bizim birinci ali məqsədimiz uşaqların ailədə böyüməsini təmin etməkdir. Lakin belə olan halda uşağın hüquqları pozulacaqsa, psixoloji və sosial problemlər yaranacaqsa, bu zaman uşaqlar dövlət müəssisəində lazım olan standartlarla təmin olunacaqlar".

"Təəssüflə qeyd edirəm ki, sırf bu hadisə ilə bağlı bəzi kanallar uşaqların üzlərini açıq formada verdilər. Bu həm jurnalist etikası, həm də qanunvericilik baxımından qəbuledilməzdir. Artıq həmin telekanallara bu hallarla əlaqədar olaraq müraciətlər edilib. Tərəfimizdən onlara xəbərdarlıq edilib. Bu hallar növbəti dəfə də təkrarlanarsa, hüquqi addımlar atılacaq", - deyə o əlavə edib.

Eləcə də oxuyun:

* Pandemiya Azərbaycanda məişət zorakılığına necə təsir edib - Elgün Səfərov danışır

* Ötən il 40 qadın məişət zorakılığın qurbanı olaraq öldürülüb

*Süpürülən talelər - Bir fotodan daha artıq

* İşsizlik bir əzab, işləmək başqa - Tək valideyn övladlarını hara qoymalıdır

 

Xəbər lenti
0