Ötən il 40 qadın məişət zorakılığın qurbanı olaraq öldürülüb

© AFP 2024 / MARTIN BUREAUЖенщина в центре социальной реабилитации, фото из архива
Женщина  в центре социальной реабилитации, фото из архива - Sputnik Azərbaycan, 1920, 21.05.2021
Abunə olmaq
"Təxminən 5 faizədək artım olub. Daha çox dərinləşmiş faktlar ondan ibarətdir ki, zorakılıq faktları qəddarlıqla ölüm halının bitməsi ilə nəticələnir. Məsələn, ötən il 40 qadın məişət zəminində zorakılığın qurbanı olaraq öldürülüb" - Elgün Səfərov.

BAKI, 21 may — Sputnik. "Pandemiya ilində ailə sistemi, ailə siyasəti ən çox zərər alanlar sırasındadır. Pandemiya ilində bütün dünyada məişət zorakılığı və intiharlar artdı. Təkcə 1 il ərzində, yəni COVID-19-un hökm sürdüyü ildə məişət zorakılığı 35 faiz, Sinqapurda 31 faiz artıb. Rusiya federasiyasıda isə bu rəqəm 27 faiz artıb. Pandemiya ili Azərbaycana da təsirsiz ötüşməyib".

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik tədqiqatlar şöbəsinin müdiri Elgün Səfərov bu gün Sputnik Azərbaycan-ın mətbuat mərkəzində təşkil edilən onlayn çıxışı zamanı deyib.

O bildirib ki, pandemiya ili çərçivəsində Azərbaycanda zorakılıq faktlarının artımı o qədər də gözəçarpan həddə olmasa da, bəzi arzuolunmaz hallar da baş verib:

"Təxminən 5 faizədək artım olub. Daha çox dərinləşmiş faktlar ondan ibarətdir ki, zorakılıq faktları qəddarlıqla ölüm halı ilə bitməsiylə nəticələnir. Məsələn, ötən il 40 qadın məişət zəminində zorakılığın qurbanı olaraq öldürülüb".

O bildirib ki, məişət zorakılığının qarşısını almaq üçün 2010-cu ildə qəbul edilən qanun, 2011-2012-ci illərdə qəbul edilən qaydalar, Mühafizə Ordeninin tətbiqi, QHT-lərin tərkibində sığınacaqların açılması, psixoloji yardım göstərən qaynar xəttin 2020-ci ildən istismara verilməsi, milli fəaliyyət planı bizə müsbət nəticələr əldə etməyə kömək edib: "Lakin bu, o demək deyil ki, biz hansısa problemin tamamilə qarşısını almışıq. Problemlər var, faktlar var".

 

 

Xəbər lenti
0