Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Hərbi müdafiə vasitələrinin sərgisi: Rusiyanın təklifləri

© Sputnik / Mikhail Voskresensky  / Mediabanka keçidArmata main battle tank
Armata main battle tank - Sputnik Azərbaycan, 1920, 20.02.2021
Abunə olmaq
Fevralın 21-dən 25-dək Əbu-Dabidə IDEX-2021 Beynəlxalq müdafiə sərgisi keçiriləcək. “Rosoboroneksport”un sifarişlər portfelində isə artıq 50 milyard dollarlıq müqavilələr var

BAKI, 20 fevral – Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Rusiya dünya silah bazarının üçdə birinə nəzarət edir və fevralın 21-dən 25-dək Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçiriləcək IDEX-2021 Beynəlxalq müdafiə sərgisində Hərbi Sənaye Kompleksinin (HSK) əsas yeniliklərini təqdim etməyə hazırlaşır.

Rusiyanın IDEX-2021-in silah salonundakı ekspozisiyası 1200 kv. m sahəni tutur. Orada 400 ədəd hərbi texnika nümunəsi yerləşdirilib. Bunlar mahiyyət etibarilə yüksək texnologiyaya malik düşmənlə qarşıdurmada sanballı arqument, quruda, suda və havada təhlükəsizliyə qarşı müasir təhdid və çağırışlara (zərbə PUA-ları da daxil olmaqla) ən yaxşı cavablardır.

Автомобильный завод ОАО КАМАЗ - Sputnik Azərbaycan, 1920, 16.02.2021
RUSİYA
Sadə və etibarlı: Rusiya onların köməyilə dünyanın yarısını fəth edib

Əbu-Dabidə ilk dəfə Rusiyanın ən yeni, yeganə üçüncü postmüharibə nəsli T-14 “Armata” tankının xarici təqdimatı baş tutacaq. Maşın yüksək dəqiqlikli silahdan üst səviyyədə müdafiəyə malikdir, taktiki səviyyəli silahlarla birgə avtomatik idarəetmə sisteminə inteqrasiya oluna bilir və pilotsuz rejimdə sınaqlardan çıxarılıb. Sputnik bir qədər öncə T-14-ün ixrac perspektivlərindən yazmışdı. Əcnəbi mütəxəssislər “Armata”nın potensial alıcıları arasında Hindistan, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Əlcəzairi göstərirlər. T-14-dən başqa, “Uralvaqonzavod” IDEX-2021 sərgisində daha bir yeniliyi – universal zirehli mühəndis maşınını (UZMM) təqdim edəcək.

Regionda ilk dəfə göstərilənlər sırasında: unifikasiya olunmuş “Bumeranq” təkər platforması bazasında piyadaların döyüş maşını və zirehli transportyor, uzaqmənzilli zenit-raket sistemi “Antey-4000” və orta mənzilli ən yeni zenit-raket kompleksi “Vikinq” də var.

Rusiya HSK pilotsuz layihələri dinamik surətdə inkişaf etdirir.

«Rosoboroneksport» dünya bazarında «Orion-E» kəşfiyyat-zərbə kompleksini uğurla irəlilədir. Türkiyənin Bayraktar ТB-2 PUA-sı ilə eyni sinifdən sayılan kompleks xarici mütəxəssislərdə böyük maraq doğurub. Əbu-Dabidə Rusiyanın məşhur pilotsuz kompleksi “Orlan-10E”yə dair materiallar da təqdim olunur.

"Altı "Bayraqdar"la bir ordunu darmadağın etdilər" - fransızlar mat qalıblar>>

Yaxın Şərq və Şimali Afrika silah bazarında əsas sifarişçilərdəndir, bazarın ümumi həcminin üçdə biri onlara aiddir. Rusiya silahını burada yaxşı tanıyırlar və ona tələbat da çoxdur. “Rostex”in baş direktoru Sergey Çermezovun sözlərinə görə, 2020-ci ildə “Rosoboroneksport”un tədürükünün 50%-dən çoxu bu bölgələrin payına düşüb.

IDEX – təcrübə və texnologiya mübadiləsi, yeni partnyor əlaqələrinin qurulması üçün vacib beynəlxalq platformadır.

Ölməz zirehlilər

Əbu-Dabidə Rusiyanın təqdim etdiyi zirehli texnikaya müasir Т-90МС tankı, modernləşdirilmiş T-72 tankı və tankları dəstəkləyən döyüş maşını (TDDM), “Tayfun” və “Tornado” sinfindən zirehli avtomobil modelləri daxildir. “Uralvaqonzavod”un ekspozisiyasında eləcə də ТОС-1А ağır yaylım atəş sistemi, özüyeriyən  155 mm kalibrli 2С19М1-155 haubitsası, 7,62 mm-dən 57 mm-dək kalibrli pulemyot-top silahlı, müxtəlif məsafədən idarə olunan döyüş modulları yer alır.

Adıçəkilən UZMM döyüş şəraitində və düşmənin kütləvi qırğın silahı tətbiq etdiyi zaman mühəndis işlərini yerinə yetirmək imkanı ilə diqqət çəkir. O özündə üç mühəndis maşınının - zirehli təmir-təxliyə, maneə-mühəndis maşını və minatəmizləyən  zirehli maşın - imkanlarını cəmləşdirib.

UVZ-nin məhsullarına ənənəvi olaraq beynəlxalq silah bazarında tələbat yüksəkdir. Bu yaxınlarda konsernin baş direktoru Aleksandr Potapov qeyd etmişdi ki, “Biz sərgidə təqdim olunan nümunələrə Yaxın Şərq, Afrika, Asiya və Sakit Okean regionu ölklərinin böyük maraq göstərəcəyinə ümid edirik.  Müdafiə sənayesinin bütün şirkətləri üçün IDEX ən vacib sərgilərdən biridir və bizim məhsullarımız ənənəvi olaraq orada layiqli yer tutur”.

Pilotsuz bestsellerlər

Almaz-Antey konserni Volk-18 (Canavar-18) - Sputnik Azərbaycan, 1920, 10.02.2021
RUSİYA
Bu ixtira Bayraktarı düşündürəcək - Dronların qənimi gəlir

Bu gün Rusiyada effektiv kəşfiyyat və zərbə dronlarının bütöv xətti (o cümlədən kamikadze döyüş sursatları)  mövcuddur. Dünya silah bazarında belə məhsula maraq böyükdür. Rusiyalı istehsalçılar kamikadze dronlarının yaradılmasında ciddi uğurlara nail olublar və onlar bəzi xarakteristikalara görə xarici analoqlarından üstündür. Suriyada yoxlanılmış KUB və “Lanset” zərbə dronları idarəolunan raketlərdən xeyli ucuz və radarlar üçün praktiki olaraq görünməzdir. “Korsar” dronu qoşunlarda təcrübə istismarındadır və əsas istehsalçı “Luç” KB “Korsar-E” ixrac versiyası da daxil olmaqla artıq kütləvi istehsala hazırdır. Qeyd edək ki, dronlarda yalnız Rusiya bazasından və komplektləşdiricilərindən istifadə olunur. Bu isə texnikanın işinə icazəsiz xarici müdaxilədən qoruyur və ixrac tədarükündən asılılığı aradan qaldırır. RF-in prioriteti Rusiya ordusunun müxtəlif növlü dronlarla təminatıdır. Lakin dünya bazarındakı yüksək tələbat artıq bu gün Rusiya HSK-nın məhsulunun beynəlxalq kommersiya uğuruna zəmanət verir.

Əlçatmaz HƏM vasitələri

Əbu-Dabidə “Rosoboroneksport” ilk dəfə olaraq “Antey-4000” ZRS-ni, “VİKİNQ” ZRK-nı və “Tor-E2” ZRK-nı göstərir. Həmçinin unikal HƏM (hava hücumu əleyhinə müdafiə) sistemləri – S-400 “Triumf” və “Tor-M2KM” ZRK, dronlara qarşı “Kupol-PRO” kompleksi təqdim olunub.

Texnoloji səviyyəni başa düşmək üçün, “Vikinq” ZRK “Buk-M3” kompleksinin ixrac versiyasıdır. Məşhur “Buk-M2” kompleksi ilə müqayisədə atəş məsafəsi 1,5 dəfə artırılıb (65 km) və eyni zamanda atəşə tutulan hədəflərin sayı 6-dək artırılıb. Atəş mövqeyində iki hərbi vahiddən buraxılışa hazır zenit idarəolunan raketlərin sayı 8-dən 18-dək artıb. “Vikinq” dünya bazarının tələbləri nəzərə alınmaqla yaradılıb və onun texniki xüsusiyyətləri kompleksi maksimal şəkildə əcnəbi sifarişçilərin meyarlarına müvafiq olaraq adaptasiya etməyə imkan verir. “Vikinq”in döyüş idarəetmə məntəqəsi ştat radiolokasiya stansiyası və digər RLS-lə (o cümlədən, xarici istehsal olan) birlikdə işləyə bilir. Atəş vahidlərinin və hətta ayrı-ayrı özüyeriyən atəş qurğularının müstəqil tətbiqi imkanı nəzərdə tutulub, bu isə müdafiə olunan sahəni və qorunan obyektlərin sayını artırır.

Противоракетный комплекс Пэтриот, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.01.2021
TƏHLİL
Amerika "Patriot"u yəmənlilərin üsyançı dəstələri ilə niyə bacarmır

Rusiyanın Əbu-Dabidəki stendində aviasiya texnikası modelləri nümayiş olunur – Su-35 çoxfunksiyalı yüksək manevrli qırıcısı, Mi-38T helikopteri. Onlar istənilən ölkənin aviasiya qruplaşmasının döyüş potensialını yüksəldə bilər. IDEX 2021 zamanı “Rosoboroneksport”un mütəxəssisləri Yaxın Şərq və Şimali Afrika ölkələrinin hərbi-siyasi rəhbərliyinin və biznes dairələrinin nümayəndələri ilə danışıqlar aparacaqlar. Pakistan və Rusiya sərgi ərəfəsində müdafiə sahəsində bir sıra müqavilələrə imza atıblar, İslamabad Rusiyanın HƏM komplekslərini və tank əleyhinə komplekslərini alacaq. “Rosoboroneksport”un sifarişlər portfelində 50 milyard dollarlıq müqavilələr var. Yüksək texnoloji və mükəmməl Rusiya silahı planet üzrə zəfər yürüşünü davam etdirir.

Xəbər lenti
0