Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Saypulla Absəidov: Olimpiada-80 Moskvanı tamamilə dəyişdi

© Photo : Vkontakte / Dagestan wrestlingГлавный тренер сборной Азербайджана по вольной борьбе Сайпулла Абсаидов, фото из архива
Главный тренер сборной Азербайджана по вольной борьбе Сайпулла Абсаидов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Moskva Olimpiadasının çempionu, sərbəst güləş üzrə Azərbaycan yığmasının keçmiş məşqçisi Saypulla Absaidov 40 il əvvəl açılışı olmuş yarışlar barədə xatirələrini bölüşüb

BAKI, 20 iyul — Sputnik, Teymur Tuşiyev. 1980-ci ilin Olimpiya oyunları Moskvanı tamamilə dəyişdi və o, artıq əvvəlki kimi SSRİ-nin paytaxtına oxşamırdı. Bu barədə Sputnik Azərbaycan-a Moskva Olimpiadasının çempionu, sərbəst güləş üzrə Azərbaycan yığmasının keçmiş məşqçisi Saypulla Absaidov 40 il əvvəl açılışı olmuş yarışlar barədə xatirələrini bölüşərkən deyib.

Cəbiş müəllim: Moskva, 1980. XXII Yay Olimpiya Oyunlarının unudulmaz zəfəri - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Olimpiada-80: Sovet İttifaqındakı XXII Oyunlarda unudulmaz qələbə

Moskvanın dəyişməsi yığmamızın keçmiş məşqçisi üçün təbii ki, qazandığı qızıl medalla yanaşı, əsas təəssüratlardan biri olub.

"SSRİ-də həmişə nəsə çatmırdı, daimi növbələr var idi. Lakin Olimpiada zamanı Moskvada elə bir bolluq var idi ki, gözlərimizə inanmırdıq. Sanki bu başqa Moskva idi. Lakin ən maraqlısı o idi ki, insanlar hər şeyi alıb evlərinə yığmırdılar, Olimpiada onların bütün diqqətini özünə çəkmişdi", - Absəidov bildirib.

Moskva Olimpiadası yığmamızın keçmiş məşqçisi üçün əsl zəfər yarışı olub, o oyunlar zamanı keçirdiyi qarşılaşmalarda rəqiblərinə bir bal belə verməyib. Nəzərə almaq lazımdır ki, hələ 1980-ci ilin əvvəlində Absəidov 68 kq-dək çəkidə sərbəst güləş üzrə SSRİ yığmasının tərkibinə daxil deyilmiş.

Buna baxmayaraq, Absəidov 1980-ci ilin birinci yarısında yığmanın məşqçilərinin Olimpiadada məhz özünün çıxış etməli olduğuna inandırıb. Əvvəlcə o Tbilisidə qalib gəlib, sonra Bolqarıstanda birinci olub, ardınca Avropa çempionu olub, bundan sonra isə SSRİ çempionatında qalib gəlib. Lakin hətta bu məşqçiləri inandırmayıb və onlar o vaxtkı 68 kq-dək çəkidə lider olan Mixail Xaraçuro ilə onu SSRİ çempionatının finalında məğlub etmiş Absəidov arasında iki yoxlama görüşü keçiriblər. Hər iki görüş Absəidovun qələbəsi ilə başa çatıb və o, yığmanın heyətinə daxil edilib.

Olimpiada-80-nin çempionu yığma komandadakı dostluqdan danışdı: Bir kasadan yeyirdik

Sirr deyil ki, SSRİ yığmasının qarşısına medal hesabında Olimpiadada birinci olmaq vəzifəsi qoyulmuşdu. Bununla bağlı çoxlu görüşlər keçirilirdi və onlara çox təlqinlər edilmişdi.

"Mən olimpiya yığmasının heyətinə düşəndə idmançılarla nə qədər çox görüş keçirildiyini başa düşdüm. Bizimlə respublikaların rəhbərləri, Mərkəzi Komitənin üzvləri görüşürdülər. Çox söhbətlər edirdilər, Olimpiadanı mütləq udmalı olduğumuza inandırırdılar. Oyunlar ərəfəsində təlim-toplanışlar olan yerə rəsmi nümayəndə heyətləri gəlirdi. İdmançılara böyük təzyiq var idi", - Absəidov deyir.

Onun sözlərinə görə, qarşılaşma başlayarkən rəqibin əlini sıxanda bütün bu təzyiq itirmiş, özünü tam olaraq görüşə, Olimpiya qızılını almağa olan böyük arzusunu həyata cəmləyirmiş.

"Fəxri kürsünün ən yüksək pilləsinə qalxanda belə hiss var idi ki, ruhum göylərə qalxıb. Bu inanılmaz bir şey idi. İdmançı Olimpiya oyunlarının qızıl medalını qazanmaq üçün hətta öz həyatını verməyə hazırdı", - Absəidov xatırlayır.

Посетитель показывает на недавно открывшийся Олимпийский музей Японии перед Олимпиадой в Токиo - Sputnik Azərbaycan
İDMAN
Olimpiada-2032 Azərbaycanın qonşuluğunda keçirilə bilər

Yeri gəlmişkən, böyük yarışlar zamanı idmançılar bəzən məqsədlərinə çatmaq üçün kiçik hiylələrə əl atırlar. Məsələn, güləşdə rəqibin fənd həyata keçirməsinə mane olmaq üçün bədənlərinə yağ sürtürlər. Lakin Moskva Olimpiadasında idmançılara elə sərt nəzarət olub ki, heç kim hiylə barəsində düşünə belə bilməyib.

"Moskva Olimpiadasındakı kimi sərt nəzarəti mən heç yerdə görməmişəm. Məni iki nəfər nəzarətdə saxlayırdı, onlar həmişə arxamca gəzirdilər, mən nömrəmə qayıdana kimi. Mən hətta onların birindən niyə arxamca gəzdiklərini soruşdum. Cavab verdi ki, öz işimlə məşğul olum, onlara fikir verməyim. Onda başa düşdüm ki, bu idmançılara nəzarət edən xüsusi adamlardır ", - Absəidov deyib.

Olimpiadadakı asudə vaxt məsələsinə gəldikdə, idmançılar üçün bu vaxt çox məhsuldar keçirmiş. Məsələn, idmançılar Olimpiya kəndindəki musiqi otaqlarında tez-tez olurmuşlar. Atletlərə tez-tez məşhur aktyorlar qonaq gələrək axşamlar tamaşalardan parçaları oynayarmışlar.

"Bizim Rəsul Həmzətovla görüşümüz yadımda qalıb. Olimpiya kəndində həyat qaynayırdı, həmişə görüşlər, tədbirlər olurdu. Hər şey elə təşkil olunmuşdu ki, hər gün hansısa maraqlı hadisə olurdu. Axşamlar isə diskotekaya gedirdik. Onu buraxmaq olmazdı. Lakin bunlar çıxışımızdan sonra olurdu".

Moskva Olimpiadasının bağlanış mərasimi də Azərbaycan yığmasının keçmiş məşqçisi üçün yaddaqalan məqamlardan olub. Xüsusən, heç kimin göz yaşlarını saxlaya bilmədiyi Olimpiya Ayısının iştirakı ilə olan son səhnə.

"Şübhəsiz, mərasimin Olimpiya Ayısının iştirakı ilə olan son səhnəsi mənim həyatəmdakı ən təsirli anlardan biridir. Bu mərasimin ən möhtəşəm anı idi. Yeri gəlmişkən, Londonda Olimpiya oyunlarının bağlanışı zaman mən məhz Moskva Olimpiadasının bağlanışını yada saldım. Eyni rahatlıq və xoşbəxtlik hissi var idi. Onda, London Olimpiadasında azərbaycanlı güləşçilər Toğrul Əsgərov və Şərif Şərifov mənim rəhbərliyim altında Olimpiya çempionları oldular. Belə hissi ömür boyu unutmaq olmur", - Absəidov əlavə edib.

Xəbər lenti
0