Qərbdə "irqçilərin qəzetini" bağlamağı tələb edirlər

© AFP 2024 / ADRIAN DENNIS "The Guardian" qəzeti
 The Guardian qəzeti - Sputnik Azərbaycan
Abunə olmaq
Yaradıcısının ölümündən sonra qəzet aktiv şəkildə quldarlığı dəstəkləyib və hətta abolisionist-prezident Avraam Linkolna da qarşı çıxıb.

Viktor Maraxovskiy

BAKI, 20 iyun — Sputnik. Qərb ölkələrinin müstəmləkə keçmişləri ilə mübarizə çərçivəsində təşəbbüs qrupu Böyük Britaniyanın gündəlik "The Guardian" qəzetinin bağlanılmasını tələb edir.

Bıçağı arxasında gizlədən kişi, arxiv şəkli - Sputnik Azərbaycan
RUSİYA
Qəzet redaksiyasına hücum olub, 4 nəfər yaralanıb

Petisiya bir neçə gün əvvəl yayımlanıb və artıq 20 minə yaxın imza toplayıb.

Qəzetin bağlanmasını tələb edənlərin məntiqi sadədir. Belə ki, 1821-ci ildə çap olunan və həmin vaxt "Mançester Keşikçi"si (Manchester Guardian) qəzetinin sahibi Con Edvard Teylor adlı şəxs olub ki, o da öz sərvətini pambıq ticarətindən əldə edib. Pambıq isə praktiki olaraq 100 faiz plantasiyalarda qul əməyi hesabına yığılırdı.

Bundan əlavə, yaradıcısının ölümündən sonra qəzet aktiv şəkildə quldarlığı dəstəkləyib və hətta abolisionist-prezident Avraam Linkolna da qarşı çıxıb. Məsələn, nəşr 10 oktyabr 1862-ci ildə "O, ABŞ Prezidenti seçildiyi gün, eyni zamanda həm Amerika, həm də bütün dünya üçün qara gün idi" yazıb.

... Acı ironiya isə ondan ibarətdir ki, The Guardian hazırkı variantında lənətlənmiş keçmişə qarşı mübarizədə ən radikal üsulları qəti şəkildə dəstəkləyən ingilis solçuların əsas media toplarından biridir.

Xatırladaq: bu mübarizə çərçivəsində artıq bir neçə Kolumb, bir neçə cüt Britaniya xeyriyyəçisi öz postamentindən düşüb, Belçika kralı II Leopoldun at üzərində olan heykəli və II Dünya Müharibəsindəki qələbə şərəfinə, nisbətən bu yaxınlarda açılan Uinston Çörçillin heykəli bərbad hala salınıb və yerindən götürülüb. Və hələ ki bu da son deyil. Çünki bu yaxınlarda Londonun meri Sadik Xan "İctimai məkanda müxtəliflik üzrə komissiya yaradıb" və bu komissiya artıq öz işinə başlayıb. Bu komissiyanın funksiyası qul ticarəti ilə qazanc əldə edən yanlış tarixi personajların üzə çıxarılmasıdır. Onlar arasında yeri gəlmişkən 5 Böyük Britaniya monarxı da var:

— II Karl (iki heykəl);

— II Yakov;

— III Vilhelm (iki heykəl);

—Kraliça Anna (iki heykəl);

— I Georg.

Ümumiyyətlə, tarixi ədalətin yalan formada təhrif edilməsiindən qəzəblənən İngilis mühafizəkarları satirik tədbir olaraq "The Guardian"-ın bağlanılması haqqında petisiya yaradıblar.

Парламент Великобритании - Sputnik Azərbaycan
Böyük Britaniya bu gün taleyini həll edir

Aydındır ki, qəzeti bağlamaq mümkün olmayacaq – lakin onlar ən azından öz liberal-solçu opponentlərinə göstərirlər ki, lənətə gəlsin, hamının keçmişi var və keçmişi müasir aqressiv ideologiya ölçüləri ilə mühakimə etmək, hətta edam etmək mənasızdır.

Lakin təbii ki, bütün bunlar işləməyəcək. Çünki yeni əxlaqın müjdə verənləri və komissarlarının düşündüyü sonuncu şey ardıcıllıqdır.

Burada bizdə tez-tez buraxılan bir şeyi aydınlaşdırmaq lazımdır.

Öncə yalnız ABŞ-a və onun əcdadları qullar kimi bir neçə əsr əvvəl gətirilən, qara rəngli əhalisinin tarixi ilə bağlı olan bir məsələ Black Lives Matter məsələsi bütün Avropaya və Avstraliyaya yayıldı.

Bu hadisə yaxşı hazırlanmış ideologiyanın tərkib hissəsidir. Bu ideologiyaya yalnız irqi və ya dini azlıqlar deyil, həm də dini və seksual istənilən azlığı özündə cəmləşdirir. Bura həmçinin hər ehtimala istəklərindən asılı olmayaraq bütün qadınları, bütün fiziki məhdudiyyətləri olan şəxsləri (xüsusi ilə psixi pozğunluğun olan şəxslər fərqlənir), o cümlədən diskriminasiyaya məruz qalanlar kimi təqdim edilən bütün "əhali qruplarını" əlavə etmək olar.

Özünü adətən qeyri-bərabərliklə mübarizə adlandıran bu ideologiya bütün dünyada ötən əsrlər boyu formalaşan sosial iyerarxiyanın mənasız və ədalətsiz olduğunu nəzərdə tutur.

Dünyada sosial iyerarxiyada ədalətsizliyi varlı ailələrdə böyüyən, yaxşı təhsil alan heteroseksual kişilər və rifah sözü ilə ələ alınan və bunun qarşılığında alfa kişilərdən uşaq dünyaya gətirməyə və onları birlikdə böyütməyə razı olan heteroseksual qadınlar daha çox uğur əldə edir.

Müvəffəqiyyətin bu tamlar mafiyasının əlində olduğu situasiyada – artıq xeyli sayda kəşf olunan və hələ yeni meydana gələn azlıqlar əziyyət çəkir. Rifah statistikasından müntəzəm olaraq varlı, tam olaraq heteroseksual ailələrdə doğulmayanlar; asılılıqları ilə yaşayanlar (alkoqol və narkotik); özünü gənc oğlan bədənində qız olduğunu və ya əksini hiss edən; psixoloji travmalara görə yaxşı oxuya bilməyənlər; öz xüsusiyyətlərinə görə, sosial əlaqə qura bilməyənlər və heç nə etmədən evdə oturanlar və s bu kimilər kənarda qalırlar. Onların hamısı bərabərsizliyin qurbanlarıdırlar. Qədim, köklü və ədalətsiz.

 Fransa Prezidenti Emmanuel Makron  - Sputnik Azərbaycan
Makron irqçilikdən gileyləndi: "Xəstəlikdir"

Burda nə önəmlidir: Yeni Bərabərliyin müjdəçiləri və komissarları nəzərdə tutduğu ədalət "kim işləmir, o yemir" stilindəki kimi primitiv deyil. Yeni Bərabərlik ideologiyasında işləmək, özü də çox və yaxşı işləmək insanın uşaq və ya doğulduğu vaxtdan əldə etdiyi "üstünlükdür". Buradan isə Yeni Bərabərlik ideologiyasının daimi əsasda sosial həyata dəyişikliklərin edilməsinə dair məntiqi tələbi ortaya çıxır. Bu dəyişikliklər isə zərərçəkmiş insanları kompensasiya etməlidir. Yəni siz kimisə işə götürmək lazım olanda sizin yaxşı işçilər üçün ədalət kvotanız (bərabərsizlik mübarizə aparanların dili ilə desək) artıq doludur – Siz ən yaxşısını işə götürməli deyil, daha çox bərabərsizlikdən əziyyət çəkəni götürməlisiniz. Bu işçi obyektiv olaraq pis olsa belə.

Bu ideologiya tamamilə ağlasığmaz kimi görünə bilər. Bu, bütün bəşər tarixini deyil, eyni zamanda bioloji gerçəkliyi də tamamilə rədd edir, bütün növlərdə müvəffəqiyyətli individlər təbii seçimi uğursuzların zərərinə olur. Taktika və siyasət baxımından bu, Yeni Bərabərliyin xüsusi komissarlarına və müjdəçilərinə aşağı sosial vəziyyətləri ilə əlaqədar xoşagəlməz hissləri olan hər kəsə söykənməyə və onların dəstəyi əsasında öz statuslarını misli görünməmiş yüksəkliklərə qaldırmağa imkan verən böyük bir yenilikdir.

Bu ədalət və bərabərliyin komissarları lap əvvəldən özlərini yekun kamerton təyin etdiyindən – onlar nəyin ədalətlisizlik olub-olmadığına qərar vermək hüququnu da öz üzərilərinə götürürlər.

Ona görə də konkret olaraq The Guardian qəzeti üçün heç bir təhlükə yoxdur.

Lakin "Ədalətə nəzarət payının sahibləri"nin Bərabərlik Düşmənləri olaraq təyin etdikləri şəxslər isə narahat olmalıdır.

Bu mənada Yeni Bərabərliyin emissarlarının Rusiyanın media və ideoloji məkanında çox inadla irəli sürdükləri tezislər maraqlıdır.

Qeyd etmək lazımdır ki, onların heç də hamısı marginal deyil: bəziləri dövlət maliyyələşməsi ilə dolanır və sanki "sistemli müxalifət" və "proqressiv loyalistlər" kimi fəaliyyət göstərirlər. Yəni, sistemsiz müxalifətin pis olduğunu etiraf edirlər, amma təkid edirlər ki, azlıqların hüquqları, onların hədsiz müxtəlifliyinə baxmayaraq, təcili surətdə tətbiq olunmalıdır.

Протесты в США - Sputnik Azərbaycan
TƏHLİL
Amerika seçim qarşısında: irqçilik və ya anarxiya

Qısaca desək, onların vəzifəsi zəhmətkeşlərə münasibətdə sosial ədalət haqqında adəti təsəvvürlərimizi "azlıqlar üçün ədalət" ideologiyası – yəni, marginal təbəqələr üçün imtiyaz və müdafiə ilə əvəz etməkdən ibarətdir. Bura yalnız mavilər deyil (əksər hallarda Rusiya geyləri loyaldır), həm də (daimi həbs riski ilə yaşayan) narkomanlar, hər iki cinsdən seks işçiləri ("fahişə" sözü köhnəlmiş və travmatik hesab olunur, çünki bu, sadəcə öz bədənlərini pula satan normal hörmətli insanlardır) və s. aiddir.

Eyni zamanda, kütləvilik üçün Yeni Bərabərliyin təbliğatçıları Rusiyada öz ideologiyalarını bütün qadınlara da zorla qəbul etdirirlər ki, əvəzində onlar da bu ideologiyanı dəstəkləsinlər.

Bu, dövlət və cəmiyyət üçün dağıdıcıdır, lakin "mövzuya əməlli oturmuş" insanlara böyük bonuslar vəd edir.

Odur ki, bu dalğanın bizi ötəcəyini düşünmək lazım deyil. Hər şey olacaq – əgər onlara icazə verilsə.

Yeri gəlmişkən, dünən quldarların nəvələri rusiyalıları hətta irqçilikdə ittiham ediblər.

Xəbər lenti
0