BAKI, 27 may — Sputnik. Rusiyanın Stavropol şəhərində bir nəfər "Rodina" qəzetinin redaksiyasına hücum edib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Stavropol diyarının qubernatoru Vladimir Vladimirov "İnstagram" səhifəsində qeyd edib.
Məlumata əsasən hadisə nəticəsində 4 nəfər yaralanıb. Hadisəni törədən şəxs saxlanılıb. Yaralı şəxslərin həyatı üçün heç bir təhlükə yoxdur. Hücumun motivi araşdırılır. Hadisə nəticəsində xəsarət alan iki nəfər evə buraxılıb.