Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Tokio Olimpiadasının vaxtı dəyişdi, bəs Azərbaycanda məşqçilərlə müqavilələr uzadılacaqmı?

© AFP 2024 / PHILIP FONGЧеловек на фоне олимпийской символики в Токио, фото из архива
Человек на фоне олимпийской символики в Токио, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Olimpiya idman növləri üzrə bir çox milli yığma komandaları 2020-ci ilin sonuna qədər müqavilələr imzalayıblar, lakin koronavirus pandemiyası səbəbindən olimpiya dövrü daha bir il müddətinə uzadılıb

BAKI, 1 aprel — Sputnik, Teymur Tuşiyev. Tokio Olimpiya Oyunlarının 2021-ci ilə keçirilməsi ilə əlaqədar olaraq, Olimpiya idman növləri üzrə Azərbaycan yığma komandalarının əksəriyyəti əsas məşqçiləri ilə müqavilələri uzada bilər. Bu ehtimalı Sputnik Azərbaycan-la söhbətində bir sıra milli federasiyaların nümayəndələri irəli sürüblər.

Логотип Олимпийских игр в Токио-2020, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Olimpiada təxirə salındı, idmançılarımız haqda qərar verildi

Xatırladaq ki, dünyada yayılan koronavirus pandemiyası üzündən 2020-ci ildə Tokioda keçirilməsi planlaşdırılan Yay Olimpiya Oyunları gələn ilə təxirə salınıb. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) qərarına əsasən, Olimpiada 23 iyul-8 avqust 2021-ci il tarixlərində keçiriləcək.

Müxtəlif idman növləri üzrə bir çox milli federasiyaların, bir qayda olaraq, Olimpiya dövrünün sonuna qədər yerli və xarici məşqçilərlə müqavilələr imzaladığını nəzərə alsaq, onların cari razılaşmaları bu ilin sonunda başa çatmalı idi, çünki məhz 2020-ci ildə dördillik olimpiya dövrü başa çatır. Ancaq koronavirus pandemiyası ilə əlaqədar olaraq, cari olimpiya dövrü 2021-ci ilin sonuna qədər uzadılıb.

Bununla belə, hələlik Milli Olimpiya yığma komandalarının baş məşqçiləri ilə müqavilələrin uzadılacağı barədə konkret məlumat yoxdur. Güləş Federasiyasından Sputnik Azərbaycan-a verilən məlumata görə, sərbəst və yunan-Roma güləşi üzrə yığma komandaların baş məşqçiləri Zəlimxan Hüseynov və Aleksandr Tarakanov ilə sazişlər müvafiq olaraq bu ilin sonunadək bağlanıb.

"Hələlik bu barədə konkret bir şey demək çətindir. Bir qayda olaraq, məşqçinin işi idmançıların nəticələrinə əsasən qiymətləndirilir. Amma indi heç bir yarış yoxdur, demək, işi qiymətləndirmək də mümkün deyil. İstisna deyil ki, ilin sonunda məşqçilərlə razılaşma gələn il üçün uzadılacaq, çünki Olimpiya Oyunları 2021-ci ilə təxirə salınıb", - deyə Federasiyadan bildiriblər.

Kubalı mütəxəssis Umberto Domingesin rəhbərlik etdiyi boks üzrə Azərbaycan yığmasında da bu məsələdə qeyri-müəyyənlik var. Boks Federasiyası da öz növbəsində bəyan edib ki, hələlik bu məsələdə heç bir aydınlıq yoxdur və onun bu ilin sonunda rəhbərlik tərəfindən müzakirə olunacağı ehtimal edilir.

Бакинский олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
UEFA AVRO-2020 təxirə salındı

Karate üzrə Azərbaycan yığmasında da müəyyənlik yoxdur. Azərbaycan Karate Federasiyasının rəhbəri Yaşar Bəşirov Sputnik Azərbaycan-la söhbətində bildirib ki, komandada nəyisə dəyişməyə ehtiyac duyulmur.

"Necə deyərlər, atları keçiddə dəyişmirlər. Məşqçilərlə sazişlər Olimpiya dövrünün sonuna qədər imzalansa da, 2020-ci ilin Yay Olimpiya Oyunlarının 2021-ci ilə keçdiyini nəzərə alsaq, yəqin ki, məşqçilərin də dəyişməsinin mənası yoxdur. Hər halda bu məsələ ilin sonunda həll olunacaq”, - deyə Bəşirov bildirib.

O, həmçinin qeyd edib ki, karateçilər indi yalnız öz formalarını saxlamaq qayğısı ilə yaşayırlar. “Nəzərə alanda ki, beynəlxalq yarışlar keçirilmir, hər hansı start götürməyə də ehtiyac yoxdur”, - Federasiya rəhbəri əlavə edib.

 

Xəbər lenti
0