Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

UEFA AVRO-2020 təxirə salındı

© AP Photo / Luca BrunoБакинский олимпийский стадион, фото из архива
Бакинский олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Turnir iştirakçılarının sağlamlığı prioritet məsələdir, odur ki, yarışın növbəti ilin yayında keçirilməsi planlaşdırılır.

Bu gün UEFA bu ilin iyun və iyul aylarında keçirilməli olan UEFA AVRO-2020 yarışının təxirə salındığını elan etdi. Qeyd edilib ki, futbol üzrə Avropa Çempionatının iştirakçılarının sağlamlığı prioritet məsələdir və bu addım COVID-19 (koronavirus) səbəbindən hazırda dayandırılan bütün daxili yarışların tamamlanmasına kömək edəcək. Bu barədə Sputnik Azərbaycan UEFA-ya istinadən məlumat verir.

Логотип ЕВРО-2020, фото из архива - Sputnik Azərbaycan
AVRO 2020-yə çıxmaq uğrunda pley-off oyunları təxirə düşüb

Hazırda həm kişilər, həm də qadınlar arasında klublar və milli komandalar üçün UEFA-nın bütün yarışları və oyunları (yoldaşlıq görüşləri də daxil olmaqla) əlavə xəbərdarlığa qədər təxirə salınıb. UEFA AVRO 2020-nin pley-off oyunları və martın sonlarına planlaşdırılan beynəlxalq yoldaşlıq matçları vəziyyətə yenidən baxılmaq şərtilə iyun ayının əvvəlində beynəlxalq pəncərədə keçiriləcək.

UEFA prezidenti Aleksandr Çeferin bu məsələ barədə danışarkən bildirib ki: "futbol cəmiyyətdə canlandırıcı və güclü bir qüvvədir".

"Bütün qitə evdə izolyasiyada olduğu halda boş stadionlarda, boş fan-zonalarda pan-Avropa futbol festivalını keçirmək, yarışın 60 illik yubileyini qeyd etmək üçün qəbul edə bilmədiyimiz kədərli bir fikirdir. Bu böhran qarşısında futbol özünü açıq, həmrəy və dözümlü göstərdi" - Çeferin deyib.

Кубок чемпионов ЕВРО - Sputnik Azərbaycan
UEFA AVRO-ya münasibətdə WADA-nın izahatına uyğun hərəkət edəcək

UEFA AVRO 2020-nin 12 İyun - 12 İyul tarixlərində Avropanın on iki şəhərində keçirilməsi planlaşdırılırdı. Təklif olunan yeni tarixlər 2021-ci il, 11 iyun - 11 iyuldur. UEFA mövcud bilet sahiblərini 2021-ci il turnirinə qatıla bilməyəcəkləri təqdirdə bilet və paketlərinin tam geri qaytarılacağına əmin edir. Növbəti ay ərzində ödənişlərin geri qaytarılması prosesi ilə bağlı əlavə məlumatlar açıqlanacaq. UEFA-nın AVRO-2020-ni təxirə salmaq qərarı haqqında daha ətraflı məlumatları buradan əldə edə bilərsiniz.

Xatırladaq ki, futbol üzrə Avropa çempionatının 60 illik yubileyi münasibətilə bu ilin yayında qitə birinciliyinin oyunları 12 müxtəlif ölkənin şəhərlərində keçirilməli idi: Amsterdam, Bakı, Bilbao, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Qlazqo, London, Münhen, Roma və Sankt-Peterburq ev sahibliyi edəcəklər. Bakıda 13, 17 və 21 iyun tarixlərində A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final matçı keçiriləcəkdi. Püşkün nəticəsinə əsasən, A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə milli komandaları yer alıb.

Xəbər lenti
0