CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Olimpiada təxirə salındı, idmançılarımız haqda qərar verildi

© AFP 2024 / MLADEN ANTONOVЛоготип Олимпийских игр в Токио-2020, фото из архива
Логотип Олимпийских игр в Токио-2020, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu il hazırlığın ən yüksək pilləsinə çatmiş idmançıların gələn ilə kimi formada qalmaları üçün nəzarət proqramının sistemli şəkildə davam etdirilməsi nəzərdə tutulur

BAKI, 25 mart — Sputnik. Tokioda Olimpiya oyunları təxirə salındığı üçün Azərbaycanda karantin müddətinin davam etdiyi zamanda idmançıların səhhəti öncədən yoxlanılacaq, sonra isə nəzarət altında təlim-məşq keçəcəklər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Milli  Olimpiya Komitəsinin birgə bəyanatında deyilir.

Qeyd olunur ki, Yaponiyanın Baş naziri Sindzo Abe Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxa bütün dünyanı cənginə almış koronavirusun (Covid - 19) yarada biləcəyi təhlükə ilə bağlı Tokio 2020 Yay Olimpiya oyunlarının növbəti, 2021-ci ilə keçirilməsi barədə təklif irəli sürüb və qarşı tərəfdən müsbət cavab alıb.

Человек на фоне олимпийской символики в Токио, фото из архива  - Sputnik Azərbaycan
İDMAN
Tokio Olimpiadası ilə bağlı maraqlı qərar

Azərbaycan müstəqilliyi dövründə Olimpiya oyunlarında daim fəal iştirak edən və nəticə etibarı ilə ön sıralarda yer almış ölkələrdəndir. Idmançılarımızın oyunlara hazırlığı mühüm əhəmiyyət kəsb edərək, daim xüsusi proqram əsasında aparılıb.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, oyunların 2021-ci ildə (ay dəqiq deyil) keçirilməsi ilə bağlı aşağıdakı tədbirlər həyata keçiriləcək:

- oyunların başlanmasına qalan 1 il  ərzində hazırlığın öncədən işlənilmiş sistem əsasında aparılması;

-2020-ci ildə hazırlığın ən yüksək pilləsinə çatmiş idmançıların 2021-ci ilə kimi formada qalmaları üçün nəzarət proqramının sistemli şəkildə davam etdirilməsi;

- federasiyalar tərəfindən ehtiyatda olan idmançıların siyahısının hazırlanması;

- gənc və perspektivli idmançılarla işin gücləndirilməsi;

-karantin müddətinin davam etdiyi zamanda idmançıların səhhəti öncədən yoxlanılıb testdən keçirildikdən sonra xüsusi şəraitdə, nəzarət altında təlim-məşq toplantılarının davam etdirilməsi.

Xəbər lenti
0