Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi Uyğunluq üzrə müstəqil komitənin (CRC) tövsiyəsini yekdilliklə dəstəkləyərək rusiyalı idmançıları dörd il müddətinə irimiqyaslı yarışlardan, o cümlədən Olimpiada və Paralimpiya oyunlarında çıxış etmək hüququndan məhrum edib.
Futbol üzrə 2020-ci il Avropa Çempionatı 11 ölkənin 12 şəhərində, o cümlədən Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək. Rusiya millisi bu turnirin iştirakçılarındandır.
"UEFA-nın bu məsələ ilə bağlı heç bir şərhi yoxdur və təşkilat WADA-nın Rusiya ilə bağlı qərarın AVRO-2020-yə toxunmayacağını bildirən izahatına əməl edəcək", - deyə UEFA-nın RİA Novosti-nin sorğusuna verdiyi cavabda bildirilir.