CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sənət anlayışı və siyasi səriştə olmayanda - Bəs müxalifət nə edib?

© pixabay / marybettiniblankСцена театра, фото из архива
Сцена театра, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hansısa tamaşaya, ciddi sənət nümunələrinin təqdimatına, yazıçı-şair görüşlərinə, film nümayişlərinə, sərgilərə getmək sizdən maddiyyat tələb etmir. Bəs sizi bundan saxlayan nədir?

BAKI, 20 yanvar — Sputnik. Adətən, şair təbiətimə yenik düşüb hadisələrə xəyalpərəstliklə yanaşıram. Çoxsaylı şair yetirmiş bir məmləkətdə yaşadığımız üçün eyni xəyalpərəstliyə bu mühitin əksər fərdlərində rast gəlmək olur. Hamı bir qəhrəman, bir xilaskar axtarışındadır. Əslində, hamımızın borcu, haqqı, hüququ olan məsələləri bir adam dilə gətirirsə, dərhal ideallaşır. Toplum ondan bir zirvə düzəltməyə çalışır. Görən, düşünürükmü, bu adam(lar) nə etdi ki? Səndən, məndən fərqli, kim(lər)əsə yararlı nə iş gördü?

Musiqiyə bənzər sənət – Dəmirçi emalatxanasına səyahət  - Sputnik Azərbaycan
VİDEO
Musiqiyə bənzər sənət – Dəmirçi emalatxanasına səyahət

Bu suallara cavab axtaranda ən çox da son dönəm pafoslu çıxışlar edən  müxalif qruplar gözümün qabağına gəlir. Xüsusən də müxalif partiyaların liderləri haqqında düşünürəm. Nə etdilər ki, xalq da onlara etibar edə?

Bu vərdişimi üzrlü sayın, həyatımın tamamı peşəmdən - ədəbiyyat, incəsənət və mədəniyyətdən ibarət olduğu üçün nümunələrimi də bu səpkidə göstərməli oluram. Məsələn, mən indiyə qədər bir sənət adamına yararı toxunan müxalifət lideri görməmişəm. Bu adamlardan hansı xəstə, tənha, maddi problemlər içində can verən sənətkarların birinin əlindən tutub?

Bir sıra problemlərin içində boğulan aktyorlar, aktrisalar, rejissorlar, şairlər, yazıçılar, bəstəkarlar, müğənnilər, rəssamlar və digər sənət adamları var. Mən demirəm ki, müxalifət liderləri onlara ev almalı, maaş verməli, müalicə etdirməlidir. Ümumiyyətlə, müxalifət lideri olmağı qoyaq bir kənara. İctimai önəm kəsb edən bir şəxs yaxud sıradan vətəndaş kimi sənətə, sənətkara bu adamların nə faydası dəydi?

Heydər Əliyev teatr tamaşalarına, konsert proqramlarına gedərdi. Tamaşaçı salonunda, elə sıradan tamaşaçılarla eyni sırada oturub, heç kəsi narahat etmədən tamaşanı izləyər, sonunda səhnəyə çıxıb artistlərə gül verər, onlar haqqında xoş sözlər deyər, onlarda həyata və yaradıcılığa həvəs yaradardı. Şairlərlə, yazıçılarla bir-bir görüşər, onları dinləyər, dərdləşər, zarafatlaşardı. Hələ o dönəm müharibədən yenicə çıxmış bir ölkədə, müstəqilliyini yenicə bərpa etməyə çalışan gənc bir dövlətdə imkanlar nə qədər idisə onlardan yararlanırdı.

Mən 14 yaşımdan paytaxtın bütün teatrlarında tamaşaçı salonundan, qrim otaqlarına qədər olmuşam. Amma bu ölkənin ən böyük kürsüsünə iddia edən o müxalifət liderlərindən heç birini bu sənət məbədlərinin birində də görməmişəm. Hansı tamaşanı izləyib və onun haqqında bir fikir yazıblar? Hansı səhnəyə çıxıb artistlərə gül bəxş edib, onlara əl çalıblar? Hansı yazıçını, şairi, rəssamı, bəstəkarı yoluxub əhvalını soruşublar? 

Dindarlar, arxiv şəkli - Sputnik Azərbaycan
YAZARLAR
İslamda musiqi, rəsm, heykəltaraşlıq, teatr və kino niyə haramdır?
Medianın kameralarına boy göstərmək üçün onların dəfn mərasimlərinə qaça-qaça gedib üzgün ədalarla durmaq bu topluma xidmət etmək deyil ki!

Mən başa düşürəm. Əvvəlcə, hadisələr elə idarə edilməlidir ki, heç bir sənət adamının maddi yardıma ehtiyacı olmasın. Amma bunu dilə gətirmək, buna quruca cümlələrlə etiraz etmək lider olmaqdırsa, kəndimizdəki avtobus sürücüsü də layiqli liderdir. Axı hansısa tamaşaya, ciddi sənət nümunələrinin təqdimatına, yazıçı-şair görüşlərinə, film nümayişlərinə, sərgilərə getmək, sənətin və sənətkarların yanında olmaq, onların ünvanına üç-beş xoş söz demək sizdən maddiyyat tələb etmir. Bəs sizi bundan saxlayan nədir?

Çünki həm sənət anlayışınız, həm siyasi səriştəniz yoxdur. Sənət anlayışınızın olmaması sizdə səntlə iç-içə olmağa həvəs yaratmır və ona görə də mədəni tədbirlərə qatılmaq istəmirsiniz. Ki, belə bir lider heç bir xalqa lazım deyil. Üstəlik, siyasi səriştəniz yoxdur, ona görə ki, sənət adamlarının yanında olmaqla onların nüfuz və pərəstişkar toplusundan yararlanıb özünüzə də nüfuz və tərəfdar toplayacağınızın fərqinə varmırsınız. Heydər Əliyevə qarşı xalq sevgisinin ən böyük səbəblərindən biri də budur. O, böyük siyasətçi idi. Kimin yanında duracağını yaxşı bilirdi. Özünün sənət anlayışı, sənətə sevgi və sayğısı da sonsuz idi.

Minlərlə izləyəcisi olan sosial şəbəkə səhifələrində heç vaxt bir kitabın, filmin, teatr tamaşasının, rəsm əsərinin və ya digər mədəni nümunələrin haqqında kiçik də olsa bir post paylaşmayan, qocaman, yetkin ya da gənc bir sənət adamının haqqında bir fikir bildirməyən, onun yaradıcılığının tanınmasına, bilinməsinə dəstək olmayan adamlar gəlib bu ölkəyə başçılıq edəndə bu topluma nə fayda verəcəklər?

Mən misalı sənətdən çəkdim. Siz bunun yerinə elmi, səhiyyəni, təhsili və digər mühüm məsələləri qoyun. 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında böyük ədib Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunan tədbir - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Mirzə Cəlil dörd teatrın ulduzlarını bir yerə topladı
Hansı elm adamımızın yetişməsinə, inkişafına, tanınmasına dəstək olublar? Hansı xəstənin müalicəsinə, hansı peşəkar həkimin nüfuz qazanmasına yardım ediblər? Hansı tələbənin təhsil xərclərinə, ailə-məişət problemlərinə kömək göstəriblər? Hər hansı hadisə ictimailəşən kimi, onun haqqında bir-iki pafoslu fikirlər səsləndirib bəlli günahkar ünvanlar göstərirlər. Yaxşı, bəs sonra? Təklifin nədir? Dəstəyin nədir? Fikrin, yeniliyin, qurtuluş planın nədir?

Əvvəlcə, özünüzü düzəldin, özünüzü. Öyrənin, aydınlanın, müdrikləşin, püxtələşin, yetişin və digər həm ali insan olmaq üçün, həm də lider olmaq üçün lazım olan bütün mərhələlərdən keçin, sonra gəlib bu xalqın lider kürsüsündə oturmağa iddia etməyə haqqınız olsun.

Xəbər lenti
0