Alov, çəkic, zindan və közərmiş dəmirdən çıxan səslər sanki öz musiqisini bəstələyir, heç nəyə bənzəməyən ritmini yaradır. Və bu ritmin müşayiəti altında Sərxan Mirzəyev əli çəkic tutandan dəmir parçalarını ram edir, onlara müxtəlif forma qazandırır.
Sənətkar böyük bir bölgənin dəmirçilik məmulatlarına tələbatını tək ödəyir. İşinin çətinliklərini sözlə ifadə edə bilməyən həmsöhbətimiz onu canlı olaraq bölgə müxbirimizə nümayiş etdirib.