Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Mirzə Cəlil dörd teatrın ulduzlarını bir yerə topladı

© AZƏRTACAzərbaycan Dövlət Akademik Milli Dram Teatrında böyük ədib Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunan tədbir
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında böyük ədib Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunan tədbir - Sputnik Azərbaycan
Abunə olmaq
Xalq yazıçısı Anar: "Xalqı sevmək onun inkişafına mane olan bütün hallarla amansız mübarizə aparmaq deməkdir. O mübarizəni ki, Mirzə Fətəli Axundzadə başlamışdı və Mirzə Ələkbər Sabir ilə Mirzə Cəlil Məmmədquluzadə davam etdirirdi".

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 26 dekabr — Sputnik. Dekabrın 25-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında böyük ədib Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, gecədə Mədəniyyət naziri Əbülfəs Qarayev iştirak edib. O çıxış edərək bildirib ki, Azərbaycanda dahi şəxsiyyətlərə ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət göstərilir. Prezident İlham Əliyevin görkəmli şəxslərlə əlaqədar verdiyi sərəncamlara əsasən bu il Cəfər Cabbarlı, Mikayıl Müşfiq, İbrahim Qasımov, Hüseyn İbrahimov və digər görkəmli şəxsiyyətlərin yubileyləri dövlət səviyyəsində qeyd olunub.

Daha sonra görkəmli ədibin yaradıcılığından bəhs edən Xalq yazıçısı Anar söyləyib ki Azərbaycan ədəbi mühitində yeddi nasir və şairə dahi demək olarsa, onlardan biri də Cəlil Məmmədquluzadədir: "Bu gün biz ədəbiyyat tariximizin ən böyük simalarından biri olan Cəlil Məmmədquluzadənin işığına toplaşmışıq. O, Azərbaycan ədəbiyyatında yeni səhifə açmış yazıçıdır. Mirzə Cəlilin əsərləri təkcə ədəbi dərslər deyil, biz ondan, həmçinin necə yazmağı və öz xalqını necə sevməyi öyrənirik. Xalqı sevmək onun inkişafına mane olan bütün hallarla amansız mübarizə aparmaq deməkdir. O mübarizəni ki, Mirzə Fətəli Axundzadə başlamışdı və Mirzə Ələkbər Sabir ilə Mirzə Cəlil Məmmədquluzadə davam etdirirdi".

© AZƏRTACAzərbaycan Dövlət Akademik Milli Dram Teatrında böyük ədib Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunan tədbir
Mirzə Cəlil dörd teatrın ulduzlarını bir yerə topladı - Sputnik Azərbaycan
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında böyük ədib Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunan tədbir

Quruluşçu rejissoru Xalq artisti Vaqif Əsədov olan tədbirdə Akademik Milli Dram Teatrının, Gənc Tamaşaçılar Teatrının, Rus Dram Teatrının, Akademik Musiqili Teatrının aktyorları Cəlil Məmmədquluzadənin yaradıcılıq nümunələri əsasında hazırladıqları səhnəcikləri təqdim ediblər.

Xəbər lenti
0