Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Facebook-da seçilən namizəd, Əlövsət dayı və qəzəbli həkim - Həftənin yekunları

© REUTERS / Dado RuvicFacebook
Facebook - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıdakı göz kliniklarından birində gözündə katarakta əməliyyatına girən qadının başına ağlasığmaz hadisə gəlib.

7x7 rubrikası ötən həftənin yaddaqalan hadisələrini şərh edir.

Həftənin iradı

Ötən həftənin əsas hadisələrindən biri 2019-cu ilin sosial-iqtisadi yekunları ilə bağlı Prezident İlham Əliyevin yanında keçirilən müşavirə idi. Dövlət başçısı ötən ilin yekunlarını təhlil etdi və növbəti il üçün hökumət qarşısında tələblər qoydu. Müşavirənin ən yaddaqalan məqamı isə Samir Şərifovun hesabatı zamanı baş verdi. Dövlət başçısı nazirdən xarici borcun azaldılması üçün nə qədər vəsaitin nəzərdə tutulduğunu soruşdu. Samir Şərifov isə suala konkret cavab vermədiyindən, Prezident nazirə irad tutaraq "Mən sadə sual verirəm, sən isə başlayırsan leksiya oxumağa" deyərək, ondan cavabı konkretləşdirməsini istədi.

Səmada 2019-cu ilin məşəllə çəkilmiş rəsmi - Sputnik Azərbaycan
YAZARLAR
Ötən ilin bir neçə "ən"inə baxış

Həftənin kampaniyası

Fevralın 9-da parlamentə keçiriləcək seçkilərlə bağlı təşviqat mərhələsi start götürdü. Budəfəki kampaniyanın əsas özəlliyi ondan ibarətdir ki, o, sosial şəbəkələrdə özünü daha çox göstərir. Bəzi namizədlərə nədənsə elə gəlir ki, seçki facebookda olacaq. Söz yox, müasir PR-da Facebook olduquca mühüm alətdir. Ancaq ondan düzgün istifadə etdikdə. Facebookda yerləşdirilən reklamın “target”lərinin (hədəf auditoriyası) düzgün işlənməsi ilə həmin kontent uyğun kontingentə çatır. Əks halda, Ağcabəddidən namizədliyini vermiş namizədin foto və platformasını Bakıda yaşayan qonşuları, qrup yoldaşları və iş yoldaşları “like” edərək, ona məmnunluq bəxş edirlər, Ağcabədinin Aşağı Avşar kəndinin sakini Əlövsət dayının isə namizəddən xəbəri də olmur.

Иранка на фоне граффити у бывшего здания посольства США в Тегеране, фото из архива - Sputnik Azərbaycan
YAZARLAR
"Türk axını", dünya müharibəsi riski və ərinin mal-qarasını oğurlayan qadın…

Düzdür, deyə bilərsiniz ki, Əlövsət dayı onsuz da Facebook-dan istifadə etmir, onda müəllifin 2 arqumenti dövriyyəyə çıxır: birincisi, Əlövsət dayının oğlu fəal Facebook istifadəçisidir və bu gün Z nəslin orta və yaşlı nəsilə təsir imkanları daha artıqdır. İkincisi, deməli, seçicinin ayağına getmək lazımdır. Doğrudur, əhalinin 80 faizi internet istifadəçisidir, amma sizin üçün məhz digər 20 faiz həlledici ola bilər. Məşhur 80/20 prinsipi yada düşür: bizim çoxsaylı cəhdlərimiz içərisində bizə uğuru atdığımız addımların 20 faizi gətirir – amma 100 faizin içərisində həmin 20 faizi tapıb, aşkara çıxarmaq asan deyil. 

Həftənin sığortası

Sığortaçılar bu həftə evlərin sığortası ilə bağlı dezinformasiyanı rahatca dövriyyəyə buraxmaqla, bir az qabağa düşdülər. Paytaxt sakinləri 50, regionlarda isə 40 manatdan kütləvi sığorta ödənişlər etməyə başladılar.

Пуск ракеты-носителя Союз-ФГ с пилотируемым кораблем Союз МС-15 с космодрома Байконур - Sputnik Azərbaycan
YAZARLAR
Həftə icmalı: "EuroHome", Yurçeviç, bizim ansambl və iki amansız həqiqət

Və heç kim sual vermədi ki: 2011-ci ildən qüvvəyə minən və indiyədək heç bir cərimə mexanizmi tətbiq edilməyən icbari sığorta, qanuna heç bir dəyişiklik edilmədiyi halda, niyə 2020-ci ildən məcburi hal alır?

Tam səhih olmayan statistikaya görə, ölkədə təqribən 1,5 milyona yaxın daşınmaz əmlak var. 40-50 manatdan hesablasaq, təxminən 70 milyon manat əlavə gəlir deməkdir. Proses başa çatsaydı, həqiqətən də pis rəqəm deyildi.

Həftənin söküntüsü

Bakı-Sumqayıt yolunun Xırdalan şəhərindən keçən hissəsində yeni söküntü işlərinə başlanılıb. Söküntü işləri Xırdalan dairəsini keçdikdən sonra yolun sağ tərəfində həyata keçirilir. Yol kənarındakı təpəciklərin torpağı toplanaraq, başqa yerə daşınır.

Xatırladaq ki, bir müddət əvvəl təpəciklərin üzərindəki ağaclar da başqa yerə köçürülmüşdü.

Toy süfrəsi, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Həftə icmalı: Qəbələdə Mars turizmi qiymətləri və Qobu obeziteyə qarşı mübarizənin önündə

Siz inanırsınız ki, bu təpəciklərdən “zərərsizləşdirilməsi”ndən sonra Bakı-Sumqayıt yolundakı tıxac aradan qalxacaq?! İnandırıcı görünmür. Daha kreativ, daha məhsuldar yanaşma lazım gələcək. Bəlkə də “butulka effekti”nin yarandığı yerlərdə körpülərin tikilməsi və ya alternativ yolların şaxələndirilməsi və s.

Həftənin dərsi

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov aparatın işçiləri üçün üç aylıq ingilis dili kursu təşkil edib.

Bildirilir ki, icra başçısının bu addımına səbəb son illər Naftalan şəhərinə gələn xarici turist sayının artmasıdır.

Sevindirici haldır. Xidmət müəssisələri nümunə götürməlidir. Bəli, dil baryerinin aradan qalxması turizmin inkişafını təşviq edəcək.

Müəllim yazı lövhəsi qarşısında - Sputnik Azərbaycan
YAZARLAR
Yeddi günün "riyaziyyatı": gələnlər, gedənlər, yaxşılar, pislər

Həftənin müəllimi

Bakı Dövlət Universitetində imtahan zamanı müəllim İslam dinini və Quranı təhqir edib. Tarix kafedrasının müəllimi Rabil Süleymanlıya şiddətli töhmət verilib və o, imtahan prosesindən kənarlaşdırılıb.

Tarixin ironiyasına baxın – bir zamanlar bu universitetin auditoriyalarında ateizml dərsləri keçilir, Allahsızlıq təbliğ olunurdu. İndi isə buna görə…

Təhsil tolerant mühit tələb edir. Müəllim ateist olmaqda sərbəstdir, amma başqalarının inancına hörmət də hamımızın borcudur. O da ki, qala hörmət etməyi öyrənməli olduğumuz adamın…

Həftənin həkimi

Səmada 2019-cu ilin məşəllə çəkilmiş rəsmi - Sputnik Azərbaycan
İlin icmalı: 2019-un əsas doqquzu

Bakıdakı göz kliniklarından birində gözündə katarakta əməliyyatına girən qadının başına ağlasığmaz hadisə gəlib. Xəstənin yaxınlarının sözlərinə görə, həkim pasiyenti döyüb.

“Anam əməliyyatdan çıxanda şoka düşdük. O, göz yaşları içində, üzü göyərmiş, şişmiş halda idi. Elə bildik, əməliyyatda belə olur. Bir anlıq duruxduq. Amma sonra düşündük ki, gözdə zərgər dəqiqliyi ilə aparılan əməliyyatda anamın üzü niyə göyərsin? Anam ağlamaqdan boğula-boğula anlatdı ki, onu həkim Emil Hüseynov içəridə söyüşlə təhqir edərək, yanağından vurub” – deyə xəstənin qızı bildirib.

Tətbiqinə başlanan icbari sığortanın şərtləri həkimləri qane etməsə, biz batdıq….

Xəbər lenti
0