CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ötən ilin bir neçə "ən"inə baxış

© © Paul Zinken / dpa / AFPSəmada 2019-cu ilin məşəllə çəkilmiş rəsmi
Səmada 2019-cu ilin məşəllə çəkilmiş rəsmi - Sputnik Azərbaycan
Abunə olmaq
Kosmosa uçmayacaq, okeanları üzüb keçməyəcək bir avtomobilə 13 milyon dollar investisiya yatırmaq hansı xəstəliyin əlaməti ola bilər?!

BAKI, 7 yanvar — Sputnik. Ötən ilin ən yaxşıları bəzi sahələrdə adətən növbəti ilin yanvar ayı ərzindən müəyyən edilir. Çünki hansısa statistika, hesablamalar lazım gəlir. Bəzi maraqlı “ən”lər isə məlumdur.

ƏN PULLULAR

“Forbes” jurnalı müxtəlif sahələr üzrə reytinqlərin müəyyən edilməsi ilə də populyardır.  Jurnal 2019-cu ildə milyarder adını qazanan şəxslərin reytinqini tərtib edib. Siyahıya “Amazon” şirkətinin təsisçisi Ceff Bezosun keçmiş xanımı Makkenzi Bezos rəhbərlik edir. O, bu il baş vermiş boşanma prosesindən sonra 34,5 milyard dollar varidata sahib olub.

© AP Photo / Evan Agostini“Amazon” şirkətinin təsisçisi Ceff Bezos və keçmiş xanımı Makkenzi Bezos
Ötən ilin bir neçə əninə baxış - Sputnik Azərbaycan
“Amazon” şirkətinin təsisçisi Ceff Bezos və keçmiş xanımı Makkenzi Bezos

İkinci yerdə kanadalı iş adamı Entoni fon Mendl qərarlaşıb. O, “Mark Anthony Brands” içki məmulatları şirkətini təsis etməklə 3,5 milyard dollar qazanıb.

İlk üçlüyü amerikalı sərmayədar Herbert Verthaum tamamlayır. O, 1970-ci ildə təsis etdiyi “Brain Power” rəngli linza şirkətindən əldə etdiyi gəliri birjaya yatırmaqla 2019-cu ildə 3,1 milyard dollar qazanıb.

Siyahının liderləri özlərini dövlətlərlə də müqayisə edə bilərlər. Məsələn, Gürcüstanın builki dövlət büdcəsi 5 milyard dollar, Ermənistanınkı 3 milyard 160 min dollardır.

"TOP USTALARI"

"The Guardian" nəşri Lionel Messini "2019-cu ilin ən yaxşı futbolçusu" adlandırıb. Britaniyanın nüfuzlu nəşri ilin ən yaxşıları sırasında ikinciliyi "Liverpul"un müdafiəçisi Vircil van Deykə verib. Üçüncü yer eyni komandanın yarımmüdafiəçisi Sadio Maneyə məxsusdur. "Yuventus"lu ulduz Kriştianu Ronaldu isə 4-cü pillədədir.

© AFP 2024 / LLUIS GENE"Barselona" klubunun hücumçusu Lionel Messi
Ötən ilin bir neçə əninə baxış - Sputnik Azərbaycan
"Barselona" klubunun hücumçusu Lionel Messi

Ronaldu fanatlarının ürəyincə olmasa da, bu yaxınlarda onun adı daha bir siyahıda yox idi. Dünyaca məşhur GMF portalı futbol üzrə XXI əsrin simvolik komandasını müəyyənləşdirmişdi və “11”likdə Messinin adı olsa da, Ronaldunun adı yer alımırdı…

Siyahıda Nazim Süleymanov, Vəli Qasımov, Mahmud Qurbanov, Vidadi Rzayev, Mahir Əmrəlinin adını isə axtarmadıq. Bəlkə də var idi…

DÜNYA GÖZƏLİ

Bəli, bəli, dünya gözəli! “Zövqlər müzakirə olunmur” ifadəsini xatırladaraq, Londonda “Dünya gözəli-2019” Gözəllik Müsabiqəsinin qalibi olmuş yamaykalı 23 yaşlı Toni-Enn Sinqxin fotosunu google-da əziyyət çəkib axtarmayasınız deyə təqdim edirik.

© REUTERS / Daniel Leal-Olivas“Dünya gözəli-2019” Gözəllik Müsabiqəsinin qalibi olmuş yamaykalı 23 yaşlı Toni-Enn Sinqx
Ötən ilin bir neçə əninə baxış - Sputnik Azərbaycan
“Dünya gözəli-2019” Gözəllik Müsabiqəsinin qalibi olmuş yamaykalı 23 yaşlı Toni-Enn Sinqx

Bəzi belə müsabiqələrdən sonra adam münsiflər heyəti ilə tanış olmaq istəyir.

13 MİLYONLUQ SÜKAN

2019-cu ildə ən bahalı avtomobil markası isə “Sweptail by Rolls Royce”dir. Avtomobil iki nəfərlikdir. Qiyməti isə 13 milyon dollardır. Sadəcə, ənənəvi avtomobil funksiyalarını yerinə yetirəcək, yəni tutaq ki, kosmosa uçmayacaq, okeanları üzüb keçməyəcək bir avtomobilə  bu qədər investisiya yatırmaq hansı xəstəliyin əlaməti ola bilər?!

Xatırladaq ki, bu gün dünyada 800 milyon insan aclıqdan əziyyət çəkir, hər gün 25 min insan isə aclıqdan ölür.

Xəbər lenti
0