CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həftə icmalı: "EuroHome", Yurçeviç, bizim ansambl və iki amansız həqiqət

© Sputnik / Sergey Mamontov / Mediabanka keçidПуск ракеты-носителя "Союз-ФГ" с пилотируемым кораблем "Союз МС-15" с космодрома Байконур
Пуск ракеты-носителя Союз-ФГ с пилотируемым кораблем Союз МС-15 с космодрома Байконур - Sputnik Azərbaycan
Abunə olmaq
Ruslar və yaponlar robotu mütləq hansısa musiqi sədaları altında hazırlayacaqlar. Ola bilsin, bizim ansambl orada lazım olsun

7x7 ötən həftənin icmalını təqdim edir

"Eurohome"un alovları sığorta bazarına işıq saldı

Təəssüf ki, ötən həftənin ən yaddaqalan hadisəsi neqativ fondadır. 

Eurohome tikinti bazarında yanğın - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda iri tikinti bazarı yanır - VİDEO
Bakı-Sumqayıt yolunda, Binəqədi rayonu ərazisindəki "EuroHome" tikinti malları mağazasında baş verən yanğın  nəticəsində xeyli sayda sahibkar zərər gördü. Doğrudur, sahibkarlara kompensasiyaların ödəniləcəyi bildirilib, ancaq istənilən hüquqi dövlətdə belə hallarda məsuliyyəti dövlət öz üzərinə götürmür. Belə hadisələrdə sahibkarın üz tutacağı ünvan sığorta şirkətidir. Amma və lakin... Ölkədə normal sığorta bazarının, sahibkarlıq subyektləri ilə sığorta şikətləri arasında sağlam, qarşılıqlı etimada əsaslanan münasibətlərin olmaması, sığortalanmaya marağın aşağı olması "eurohome"larda, binələrdə, diqlaslarda baş verən arzuolunmaz hadisələrdə sahibkarı çarəsiz vəziyyətə salır. Sığortalanmayan sahibkarın zərərini isə dövlət büdcəsi öz çiyinləri üzərinə qaldırmalı olur.

Xorvatla antirekordun təkrarı

Futbol üzrə Azərbaycan milli komandasının baş məqçisi, xorvatiyalı Nikola Yurçeviçin istefası ötən həftənin yaddaqalan hadisələrindən idi. Yurçeviç bizim üçün Ağasəlim Mircavadovla "qazanılmış" 24 il əvvəlki uğursuz nəticənin təkrarı ilə tarix oldu. Uels, Xorvatiya, Slovakiya, Macarıstanın yer aldığı son qrupda (Avropa çempionatının seçmə oyunları) millimiz yalnız Bakıda xorvatlardan aldığı 1 xalla kifayətləndi.

İstefasından sonra Yurçeviçin açıqlaması belə səslənirdi: "Niyə insanlar Azərbaycan millisində işimin alınmadığını düşünürlər? Açığı, futbolu bilməyən adamlara görə burada qalmağa tərəddüd edirdim".

Bu vaxta qədər Yurçeviç müxtəlif açıqlamalarında məğlubiyyətləri futbolumuzun, çempionatımızın aşağı səviyyədə olması ilə əlaqələndirərək bizi, bunu təbii qarşılamağa inandırmışdı. Bu dəfə də ənənəsinə sadiq qalaraq, deyib ki, onun əlindəki oyunçular "Qarabağ"da, "Neftçi"də, "Zirə"də... oynayırlar.

Haqlıdır. Amma futbol funksionerlərinin də cavab verməli olduğu bir sual var: Yurçeviç 1 xal qazanmaq və bu cür master-klasslar üçün gətirilmişdimi? 1 xalı milli komanda məşqçisiz də qazanardı... və bəlkə də daha çox...

Öz dərmanımız olacaq

Pirallahı Sənaye Parkında İqtisadiyyat Nazirliyi və Azərbaycan İnvestisiya Şirkətinin dəstəyi ilə “R-Pharm” şirkətlər qrupunun yeni istehsal kompleksi istifadəyə verilib.

Şpris, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Sputnik Azərbaycan-ın saxta şprislə bağlı məlumatı təsdiqləndi

Müəssisə ölkəmizin dərman idxalını azaldacaq. Yerli dərman istehsalının başlanması həm təhlükəsizlik, həm də iqtisadi diversifikasiya baxımından mühüm hadisə kimi xarakterizə oluna bilər.

Bu vaxta qədər bir çox səviyyələrdə ölkəmizə idxal olunan dərman məhsullarının aşağı keyfiyyətdə olması ilə bağlı açıqlamalara rast gəlmişik. Bu açıqlama və apteklərdəki rastlaşdığımız növbələr fonunda zavodun açılışını, hətta tarixi hadisə də adlandırmaq olar.

İlk dəfə Azərbaycanda

Həftənin ən maraqla qarşılanan xəbərlərindən biri avtomobillər üçün etibarnamənin elektron qaydada verilməsi ilə bağlı yenilik oldu. Dəyişikliyə əsasən, heç yerə getmədən telefona “myGov” tətbiqi yükləyərək yerinizdəcə istədiyiniz şəxsə etibarnamə verə bilərsiniz. Ancaq narazılarımız da var – həmin elektoratın əsas sualı bu cürdür: Elektron xidmətə giriş üçün tələb olunan şifrəni yalnız notariatdan almaq mümkündür. Vətəndaşlar bir şifrədən ötrü notariata nəyə görə getməlidir?!

Elektronlaşan dünyada bu reaksiya həm haqlıdır, həm də yox. Kiber hücumlar, informasiya təhlükəsizliyi baxımından şifrəni fiziki olaraq əldə etmək, bəlkə də daha etibarlıdır. Ancaq əks arqument də zəif deyil: axı təhlükəsizlik tədbirləri, alətləri bütün risklərdən sığortalamaq qabiliyyətində olmalıdır...

Ayda işləyəcək robot və bizim ansambl

Rusiya və Yaponiya Ayda işləmək üçün robot yaradır. Belə ki, Rusiyanın elm istehsalat birliyi “Androidnaya texnika” yaponiyalı həmkarları “GITAI” ilə birgə Ay səthində fəaliyyət göstərmək üçün robot yaratmağı planlaşdırırlar.

25-я юбилейная Азербайджанская международная выставка Bakutel 2019 - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Röyadan fərqli addım - bu dəfə robotla oxudu

Bir müddət öncə, daha doğrusu, oktyabr ayında Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının Məclisinin növbəti iclasında AMEA əməkdaşlarından ibarət musiqi ansamblının yaradılmasının planlaşdırıldığı bildirilmişdi.

Ruslar və yaponlar robotu mütləq hansısa musiqi sədaları altında hazırlayacaqlar. Çünki bu cür texnologiyanı ərsəyə gətirmək üçün ruh doyunca qidalanmalıdır. Ola bilsin, bizim ansambl orada lazım olsun.

Sakit bələdiyyə namizədləri

Bələdiyyə seçkisi ilə bağlı marafon davam edir. Marafon dedikdə, ağlımıza qaçış idmanı, sürət gəlir. Bələdiyyələrin funksionallığının aşağı olması bələdiyyə seçkisi ilə “marafon” sözünün asossiasiyasına imkan vermir.

Cəmi bir neçə gün sonra keçiriləcək seçki prosesinin təbliğat-təşviqat mərhələsi indi ən qızğın günlərini yaşamalı idi. Ancaq namizədlər enerjisiz, temperamentsiz, sakit, süstdürlər…

Bu arada Kürdəmir rayonu Ərəbqubalı kəndində bıçaqlanma hadisəsi baş verib. Həmkəndlilər arasında yaranan mübahisə nəticəsində kəndin bələdiyyə sədrinin oğulları kənd sakini, 1988-ci il təvəllüdlü Hüseynov Şəhadət İnqilab oğlu bir neçə bıçaq xəsarəti yetiriblər.

Bir daha əmin olursan ki, fizika elmi haqlıdır – enerji itmir, sadəcə, bir formadan başqa bir formaya keçir. 

İki amansız həqiqət

Hər bir azərbaycanlı xaricdə öz şəxsi kimliyindən daha çox, milli kimliyini təmsil edir. 

Газовые трубы Северного потока - 2 - Sputnik Azərbaycan
Bundestaq üzvü Almaniyanın ABŞ-a "təslim olduğunu" deyir
Almaniyada azərbaycanlılar ayrı-ayrı vaxtlarda eyni supermarketdən oğurluq ediblər. Deggendorf şəhərinin Ştadtfeldştrasse ərazisində yerləşən supermarketdən 31 yaşlı azərbaycanlı beş avro məbləğində malların pulunu ödəmədən çıxıb. Daha sonra həmin supermarketdən 42 yaşlı başqa bir azərbaycanlı da eyni məbləğdə mal oğurlayıb.

Bu xırda hadisə, əslində, ciddi müzakirə üçün panel açır. Biz daim dünyanın ikili standartlarından şikayətlənirik. Ancaq iki həqiqət həmişə sabit qalacaq – dünya güclünün yanında olacaq və hər kəs təbliğata yox, gördüyünə inanacaq. Birincisi, biz o qədər güclü deyilik, ikincisi, mühacir azərbaycanlı, təəssüf ki, intellektual, sivil, intelligent obrazını az hallarda canlandırır.

Xəbər lenti
0