Bundestaq üzvü Almaniyanın ABŞ-a "təslim olduğunu" deyir

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidГазовые трубы Северного потока - 2
Газовые трубы Северного потока - 2 - Sputnik Azərbaycan
Abunə olmaq
Kotrenin sözlərinə görə, layihənin qarşısını almaq cəhdləri Angela Merkel hökumətini dərhal onun müdafiəsinə qalxmağa məcbur etməli idi.

BAKI, 12 dekabr — Sputnik. Almaniya hökuməti "Şimal axını-2" qaz boru xətti ilə bağlı vəziyyətlə əlaqədar olaraq ABŞ-a "təslim olub".

Şimal axını – 2 qaz kəmərinin tikintisi - Sputnik Azərbaycan
Qazımız yoxdur! Avropa "Şimal axını – 2" qaz kəmərini tələb edir

Bu fikri "Almaniya üçün Alternativ" (AFD) fraksiyasının Bundestaqda enerji məsələləri üzrə rəsmi nümayəndəsi Şteffen Kotre RİA Novosti ilə müsahibəsində səsləndirib.

Deputat "Şimal axını-2" layihəsinin Almaniyanın enerji təhlükəsizliyini təmin etmək üçün vacib olduğunu xatırladıb. Kotrenin sözlərinə görə, layihənin qarşısını almaq cəhdləri Angela Merkel hökumətini dərhal onun müdafiəsinə qalxmağa məcbur etməli idi.

"2018-ci ildə xanım Merkel aydın şəkildə bildirib ki, "Şimal axını-2" Almaniya ilə Rusiya arasında sırf ikitərəfli iqtisadi bir layihədir və Avropa İttifaqının qanunları ona təsir etmir. İndi isə ABŞ "Şimal axını-2" layihəsini özü tərəfindən destabilizasiya edilmiş Ukrayna ilə bağlaya bilib. ABŞ-ın təzyiqi altında federal hökumət bu iqtisadi hücuma tabe və təslim olub", - o deyib.

Kotrenin sözlərinə görə, Merkelin rəhbərlik etdiyi hökumət Almaniyanın maraqlarını artıq nəinki təmsil etməyə, həm də bu maraqları müdafiə etməyə qadir deyil. O, əlavə edib ki, Ukraynadakı sabitliyinin "digər iqtisadi layihələrə heç bir aidiyyəti yoxdur".

"Şimal axını-2"

"Şimal axını-2" layihəsi çərçivəsində Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ümumi gücü 55 milyard kubmetr olan iki qaz boru kəməri inşa edilir. Boru xəttinin inşasının 2019-cu ildə tamamlanması planlaşdırılıb.

Merkel tabe olmadı - "Şimal Axını 2" layihəsinə dəstək

Boru xətti Rusiya, Finlandiya, İsveç, Danimarka və Almaniyanın ərazi suları və ya müstəsna iqtisadi zonalarından keçəcək.

Rusiya qazının tranzitindən gəlirini itirməkdən qorxan Ukrayna və bir sıra Avropa ölkələri, o cümlədən Polşa, Latviya və Litva, həmçinin Avropa İttifaqında (Aİ) öz mayeləşdirilmiş təbii qazını satan ABŞ "Şimal axını-2" layihəsinə fəal şəkildə qarşı çıxırlar. Onlar layihənin siyasi olduğunu və Avropanın enerji təhlükəsizliyinə təhdid yaratdığını iddia edirlər. Rusiya tərəfi isə dəfələrlə layihənin tamamilə kommersiya məqsədli olduğunu bildirib və vurğulayıb ki, kəmər Rusiya qazının Ukrayna vasitəsilə Aİ-yə tranzitinin dayandırılması üçün nəzərdə tutulmayıb.

Xəbər lenti
0