Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Günəş hamıya bəs eləmir: AES Azərbaycanda onilliklər ərzində enerji məsələsini həll edəcək

© AFP 2024 / ANDREW CABALLERO-REYNOLDSАтомная электростанция, фото из архива
Атомная электростанция, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Atom Elektrik Stansiyasının istifadəyə verilməsi enerji tələb edən sənayeləri inkişaf etdirmək istəyən investorlara elektrik enerjisini sərfəli tariflərlərlə təklif etməyə imkan verəcək və əhali elektrik enerjisinin qiymətinin artması qorxusundan azad olacaq.

Fuad Əlizadə, Sputnik Azərbaycan

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycanda 2400 meqavat gücündə bir atom elektrik stansiyasının (AES) meydana çıxması onilliklər boyu yeni "ənənəvi" və hətta alternativ elektrik stansiyalarının inşasını həll etməklə yanaşı, Azərbaycan qazının böyük həcmini ixrac üçün azad edə bilər.

İstilik sistemi - Sputnik Azərbaycan
RUSİYA
Əhaliyə şok: istilik əvəzinə qızdırıcılara elektrik cərəyanı buraxdılar

Rusiya prezidenti Vladimir Putin Valday forumu zamanı Azərbaycan prezidenti İlham Əliyevə Bakı yaxınlığında Atom Elektrik Stansiyası tikməyi təklif edib. "Rosatom" Dövlət Konserninin rəhbəri Aleksey Lixaçov bildirib ki, AES-in güc seçimi Azərbaycana bağlıdır və Rusiya onu qurmağa hazırdır.

Rəqiblərin arqumentləri

Atom Elektrik Stansiyalarına qarşı çıxanların standart etirazları var. Bunlardan biri odur ki, hazırda Azərbaycan təkcə özünü elektrik enerjisi ilə təmin etmir, həm də qonşu ölkələrə ixrac edir. Eyni zamanda, Çernobıl AES-də baş verən faciədən də bəhs olunur. Bu hadisədən 33 il keçməsinə baxmayaraq, hələ də onun əks-sədası hiss olunur. Çernobıl qəzası zamanı çox sayda azərbaycanlı xilasetmə əməliyyatlarında iştirak edib və sonra yavaş-yavaş radiasiya xəstəliyindən ölüb.

2018-ci ilin yekunlarına görə, Azərbaycan 22,368 milyard kilovat-saat elektrik enerjisi istehsal edib. Eyni zamanda, 65,627 milyon dollar dəyərində 1,397 milyard kilovat-saat ixrac edilib.

Qeyd etmək lazımdır ki, respublikanın istilik stansiyalarında 20,534 milyard kilovat-saat və ya 91,8 faiz, Su Elektrik stansiyalarında 1.737 milyard kilovat-saat və ya 7.8 faiz elektrik enerjisi istehsal olunur. Bununla yanaşı, külək və günəş enerjisinin istehsalı cəmi 0,4% təşkil edib.

Бакинский железнодорожный вокзал - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda elektrik qatarlarından istifadə edənlərin diqqətinə: xəbəriniz olsun, gecikməyin

Atom elektrik stansiyalarında ehtimal olunan qəzaların qorxusuna gəldikdə, bu barədə unutmağın, atom enerjisinin inkişaf perspektivlərinə iqtisadiyyat və istehlakçı nöqteyi-nəzərindən baxmağın vaxtı gəlib. Üstəlik, müasir atom elektrik stansiyaları zəlzələyə davamlıdır, xüsusən də rusiyalı mütəxəssislər tərəfindən Türkiyədə inşa edilən "Akkuyu" AES doqquz ballıq zəlzələyə dözəcək.

Bəziləri səhvən elektrik enerjisi yaratmaq üçün bərpa olunan mənbələrdən - çayların, günəşin və küləyin enerjisindən istifadənin kifayət etdiyinə inanırlar. Su elektrik stansiyaları tərəfindən elektrik enerjisi istehsalının artması kənd təsərrüfatı istehsalı üçün yararlı olan torpaqların su altında qalmasına səbəb olur. Bundan əlavə, Azərbaycanda kifayət qədər axar çaylar yoxdur. Külək generatorlarının inşası, ekoloqların fikrincə, uçuşlar zamanı quşların ölümünə və yaxınlıqdakı ərazilərin quraqlaşmasına səbəb olur. Hələ biz küləyin istiqamətinin (küləyin istiqaməti xəritəsinə əsasən) və sürətinin dəyişməsi zamanı baş verəcək dəyişikliklərdən danışmırıq.

Nəhayət, elektrik enerjisi istehsal etmək üçün günəş enerjisindən istifadə yalnız günəş panelləri üçün əhəmiyyətli meydançaları tələb etmir, həm də hava şəraitindən asılı olduğu üçün bütövlükdə enerji sisteminin sabitliyini də vəd etmir.

Atom stansiyalarının əleyhdarları alternativ enerjini inkişaf etdirərək atom enerjisindən imtina etməyə qərar verən Almaniyanın təcrübəsinə də istinad edirlər. Ancaq eyni zamanda, AES-in tənqidçiləri unudurlar ki, nizamsız mənbələrə - günəşə və küləyə əsaslanan elektrik enerjisi istehsal etmək nəticəsində Almaniyanın enerji sistemi etibarsız hala gəlib. Hələlik onun enerji sistemini dağılmaqdan Fransadan idxal olunan enerji xilas edir. Qeyd edək ki, Fransada elektrik enerjisinin 70%-dən çoxu atom elektrik stansiyalarında istehsal olunur.

Yeri gəlmişkən, Almaniyada elektrik enerjisinin qiyməti digər Avropa ölkələrinə nisbətən daha yüksəkdir.

Elektrik xəttlərinin təmiri - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sahibkarların elektrikə qoşulmağa görə ödədikləri məbləğ açıqlandı

Azərbaycanda istehlakçılar ayda 300 kilovat-saata qədər enerjidən istifadə etdikdə əhali üçün bir kilovat-saata görə 0,07 manat (0,037 avro) səviyyəsində tariflər qoyulur. Bu göstəricidən yuxarıda tarif 0,11 manatdır. Müqayisə üçün bildirək ki, Alman istehlakçıları Almaniyanın "yaşıl" enerjisinə orta hesabla 0,3 avro ödəyirlər - təxminən səkkiz qat.

AES-lər üçün güc və yer seçimi

Energetika Nazirliyinin hesablamalarına görə, 2025-ci ilə qədər Azərbaycanda elektrik enerjisi istehlakının artımının ildə 25-28 milyard kilovat-saata çatacağı gözlənilir. Daxili tələbatı təmin etmək üçün ixracı da unutmamaqla yanaşı, əlavə altı milyard kilovat-saat istehsal etmək üçün ölkə istehsal gücünü artırmalıdır.

Əlbəttə ki, daha müasir buxarqaz stansiyası da qurmaq mümkündür, amma bu da öz növbəsində əlavə həcmdə qaz tələb edəcək. Bununla yanaşı, 2018-ci ildə Azərbaycanda "mavi yanacaq" ın daxili istehlakı 11,2 milyard kubmetr təşkil edib. Yəni, istehsal edən müəssisələr modernləşdiriləcəyi təqdirdə müasir İES-lərin tikilməsi üçün nəinki pul, həm də onların istismarı üçün qaz tələb olunacaq.

Emissiya qiyməti

"Rosatom", 3+ nəsil Rusiya istehsalı olan VVER reaktorları (su-su gücləndirici reaktor, VVER) ilə işləyəcək Türkiyədəki "Akkuyu "AES-in tikintisinə üç milyard dollar xərcləyib. Hər bir enerji blokunun gücü 1200 meqavat, yəni ümumilikdə 4800 meqavat olacaq.

Rusiyanın energetika naziri Aleksandr Novak - Sputnik Azərbaycan
Rusiya və İran Azərbaycan vasitəsilə elektrik şəbəkələrini birləşdirəcək

Tikinti başa çatdıqdan sonra "Akkuyu"nun istismar müddəti 60 il və əlavə olaraq da 20 il olacaq, Bu stansiyanın ildə 35 milyard kilovat-saat enerji istehsal edəcəyi planlaşdırılır. Və ilkin hesablamalara görə, onun inşası 20 milyard dollara başa gələcək.

Daxili tələbatı nəzərə alanda, Azərbaycanın qarşısında belə bir seçim dayanır: ya illik 8,5 milyard kilovat-saatdan çox enerji istehsal etmək üçün 1200 meqavat gücə malik bir enerji blokunun, yaxud da ehtiyat üçün17 milyard kilovat-saat enerji istehsal edən iki belə qurğunun inşasına razılıq vermək.

Atom Elektrik Stansiyasının yalnız bir blokunun inşası Azərbaycanın enerji sisteminin istehsal gücünü 32,5 milyard kilovat-saata, ikisinin inşası isə 40 milyard kilovat-saata çatdıracaq.

Sözsüz ki, 2025-ci ilə qədər Azərbaycana təxminən beş milyard dollar dəyərində 3+ nəsil Rusiya istehsalı olan VVER reaktoru ilə işləyəcək atom stansiyası qurmaq kifayət edər. Ancaq 15-20 illik perspektivə baxsanız, daha güclü bir nüvə elektrik stansiyasının inşasına 10 milyard dollar sərmayə qoymaqla, bir neçə onilliklər ərzində ölkədə elektrik çatışmazlığı təhlükəsini aradan qaldırmaq daha sərfəlidir.

Həqiqətən, Azərbaycanın enerji sistemində kifayət qədər güc ehtiyatı olmasa, qeyri-neft sektorunu, məsələn, enerji daşıyıcılarının istehsal dəyərinin 20-35% -ni təşkil edən metallurgiya sektorunu inkişaf etdirmək çox çətin olacaq.

Президент Венесуэлы Николас Мадуро машет венесуэльским флагом со своей женой Силией Флорес во время митинга в поддержку правительства - Sputnik Azərbaycan
"ABŞ bizə qarşı elektrik müharibəsi elan edib"

Xatırladaq ki, Azərbaycan Respublikası Tarif Şurasının qərarı ilə ayda ən azı beş milyon kilovat-saat istehlak edən kimya, metallurgiya sənayesi və məlumat mərkəzləri müəssisələri üçün elektrik enerjisinin tarifləri günün vaxtından asılı olaraq 0,058 manatdan 0.0028 manata qədər dəyişir. Digər təsərrüfat subyektləri üçün bu rəqəm 1 kilovata görə 0,09 manatdır. Nüvə enerjisinin maya dəyərinin az olduğunu nəzərə alsaq, atom stansiyalarının işə salınması bütövlükdə sənaye istehsalının maya dəyərini azalda bilər.

Yeri gəlmişkən, bu çərçivədə bir Atom Elektrik Stansiyası üçün ən yaxşı yer Sumqayıt şəhərinin şimalındakı ərazidir. Bu seçim burada qurulan iri sənaye müəssisələri, xüsusən də Sumqayıt Kimya Sənaye Parkı ilə bağlıdır. Eyni zamanda bura paytaxta yaxındır. Eləcə də bu, Rusiya, Azərbaycan və İran arasında elektrik enerjisinin mübadiləsi haqqında üçtərəfli müqavilələr çərçivəsində həyata keçirilən elektrik enerjisinin ixracının rahatlığını da təmin edərdi.

Bundan əlavə, AES nə qədər çox şimalda olsa, Xəzərin suyu (soyutma üçün istifadə olunur) da bir o qədər sərin olacaq və bu da atom stansiyasının məhsuldarlığına müsbət təsir göstərəcək.

Maliyyələşmə mənbələri

“Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin cərəyan transformatorunda baş vermiş qəza - Sputnik Azərbaycan
HADİSƏ
Şimal Elektrik Stansiyasında güclü yanğın oldu - VİDEO

Azərbaycanda Atom elektrik stansiyalarının inşası üçün əsas maliyyələşdirmə mənbəyi Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaitləri ola bilər. AES-in istismarı 80 il davam etdiyindən, əminliklə deyə bilərik ki, bu, gələcək nəsillərə qoyulan bir sərmayədir. Dövlət Neft Fondunun vəsaitləri də elə bunun üçün nəzərdə tutulub.

ARDNF-in belə investisiyaları, vəsaitin Azərbaycanda yerləşdiriləcəyi nəzərə alınanda, etibarlı hesab edilə bilər.

Atom elektrik stansiyalarına qoyulan investisiyaların geri qaytarılmasına gəlincə, dövlət təkcə AES-də istehsal olunan elektrik enerjisinin satışından deyil, İstilik elektrik stansiyalarına verilən qazın qənaət edilməsindən və təbii qazın ixracından da gəlir əldə edə bilər.

Özünə məxsus enerji sisteminin ehtiyatları olmayan Azərbaycan, enerji tələb edən sənaye sahələrinin inkişafı ilə məşğul olan investorlara əlverişli elektrik enerjisi tarifləri təklif edə bilməz. Eyni zamanda əhaliyə satılan elektrik enerjisinin qiymətlərinin məqbul səviyyədə saxlanılmasına da zəmanət verə bilməz.

Xəbər lenti
0