Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Əhaliyə şok: istilik əvəzinə qızdırıcılara elektrik cərəyanı buraxdılar

© Sputnik / MIROSLAV ROTARIİstilik sistemi
İstilik sistemi - Sputnik Azərbaycan
Abunə olmaq
"Elektriklər dedilər ki, əlimizlə qızdırıcılara toxunmayaq. Yanğınsöndürənlər isə hər an yanğın başlaya biləcəyini dedilər"

BAKI, 29 sentyabr — Sputnik. Rusiyanın Voronej şəhərində çoxmərtəbəli yaşayış binasının 115 sakini təxliyə olunub. Səbəb isə naməlum şəxsin istilik qızdırıcılarına elektrik cərəyanı buraxması olub.

Qazanxa, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
İstilik probleminiz yarananda bu yazını yada salın: yeni sistemə çox güvənirlər

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, sakinlər bir neçə mənzildə qızdırıcıların metal hissələrinin qızdığının şahidi olduqlarını bildiriblər. Eyni zamanda binada elektrik təchizatı ilə bağlı problemlər yaranıb. Hadisə yerinə gələn qəza xidmətinin işçiləri təyin ediblər ki, mərkəzi isitmə sistemindən elektrik cərəyanı keçir.

"Elektriklər dedilər ki, əlimizlə qızdırıcılara toxunmayaq. Yanğınsöndürənlər isə hər an yanğın başlaya biləcəyini dedilər", - sakinlərdən biri bildirib.

Təhlükəsizlik səbəbilə qəza xidməti binanın bir blokunun işığını və qazını kəsib.

Kommunal xidmətin işçiləri hadisənin mümkün səbəblərini açıqlayıblar.

"Ehtimal belədir ki, bir və ya bir neçə mənzilin sakinləri elektrik sayğaclarının göstəricilərini aşağı salmaq üçün naqilin bir ucunu sıfır faza qismində qızdırıcı qurğuya birləşdiriblər", - "Usta" şirkətinin direktoru Dmitri Fursov deyib.

Hazırda sakinlər mənzillərinə qayıdıblar.

Xəbər lenti
0