BAKI, 12 mart — Sputnik. Rusiya və İranın energetika nazirləri Aleksandr Novak və Reza Ardakanian telefon vasitəsilə danışıqlar aparıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, tərəflər qonşu ölkələrin əraziləri vasitəsilə elektrik şəbəkələrinin birləşdirilməsi imkanını müzakirə edib.
"Bu telefon danışığı zamanı nazirlər Azərbaycan, Gürcüstan və Ermənistan vasitəsilə İran və Rusiya elektrik şəbəkələrinin birləşdirilməsini, həmçinin "Sirik" İstilik Elektrik Stansiyasının 4 blokunun tikintisini müzakirə ediblər", - deyə İran Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir.