CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputatlarla bağlı radikal qərara Azərbaycanın "toxunulmazlar"ından reaksiya

© Sputnik / Murad OrujovЗаседание парламента Азербайджана, фото из архива
Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Deputat: "Ukrayna prezidenti çox ciddi antikorrupsiya addımlarına imza atmaq istəyir, hətta vaxtilə ölkəni idarə edən şəxsləri belə məhkəmə qarşısına çıxarmaq onun əsas hədəfləri sırasındadır"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 30 avqust — Sputnik. Ukrayna parlamenti birinci oxunuşda 2020-ci il yanvarın 1-dən etibarən deputat toxunulmazlığının ləğvinə dair qanun layihəsini qəbul edib.

Fazil Mustafa - Sputnik Azərbaycan
CƏMİYYƏT
Millət vəkili: "Vəzifəli şəxslər pis əməllərlə məşğul olmaqdansa…"

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu qərarı 363 parlament üzvü dəstəkləyib, halbuki qanun layihəsinin qəbul edilməsi üçün 226 səs də kifayət edirdi. Ukrayna qanunvericiliyinə əsasən, deputatlar Ali Radanın razılığı olmadan cinayət məsuliyyətinə cəlb edilə, saxlanıla və ya həbs oluna bilməzlər. Qəbul olunmuş qanun layihəsi isə bu normanı ləğv edir. Lakin deputatlar əvvəl də olduğu kimi, səsvermənin nəticələrinə və təhqir və ya böhtan istisna olmaq parlamentdə bildirdikləri fikirlərinə görə hüquqi məsuliyyət daşımayacaqlar. 

Bizim üçün maraqlı idi: Azərbaycanda belə bir təklifə, yəni deputatların toxunulmazlığının ləğvinə millət vəkillərimiz necə yanaşırlar.

Məsələ ilə bağlı Azərbaycan Milli Məclisinin deputatı Elman Nəsirov Sputnik Azərbaycan-a deyib ki, Ukrayna çox ciddi siyasi böhranlar yaşayan ölkədir: "Bu ölkənin 2014-cü ildən ərazi bütövlüyü ilə bağlı çox ciddi problemləri yaranıb və əslində Ukraynada dünyanın güc mərkəzlərinin maraqları toqquşur. Belə olan vəziyyətdə Ukraynanın siyasi həyatındakı bir sıra proseslər situasiyanın diqtəsi altında baş verir. Nəzərə alsaq ki, Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin ifadəsinə görə, ölkədə korrupsiya, rüşvətxorluq tüğyan edir, belə bir ölkədə, xüsusilə də parlamentarilərin bu məsələlərdə bu və ya digər şəkildə iştirakı və s. ilə bağlı çox ciddi faktlar mövcuddur. Bütün bu reallıqlar fonunda Ukraynanın yeni prezidenti Vladimir Zelenski elə addımlar atmaq istəyir ki, bu addımlarla olduqca mürəkkəb vəziyyətdən müəyyən çıxış nöqtələri tapa bilsin".

Milli Məclisin deputatı İqbal Məmmədov - Sputnik Azərbaycan
HADİSƏ
İqbal Məmmədov üzrxahlıq etdi: “Baş verənləri pisləyirəm”

O bildirib ki, Ukrayna çox ciddi iqtisadi, demoqrafik problemlər yaşayır: "Demək olar ki, Ukraynada gənclərin kütləvi şəkildə Almaniya, Çexiya, Polşa, İspaniya və digər Avropa ölkələrinə axını qaçılmaz xarakter alıb. 90 gün ərzində onlar vizasız gedib həmin ölkələrdə qala bilərlər. Lakin bu 90 gün formal xarakter daşıyır və faktiki olaraq Ukraynanı tərk edən gənclərin geri qayıdışı, demək olar ki, mümkün olmur. Bütün bu reallıqlar fonunda Vladimir Zelenski necə etməlidir ki, ölkəsini bu böhrandan çıxarsın? Hansı addımlar atmalı və nədən başlamalıdır? Bu kimi suallar olduqca aktuallıq kəsb edir".

Deputat bildirib ki, belə olan təqdirdə Vladimir Zelenski çox ciddi antikorrupsiya addımlarına imza atmaq istəyir: "Hətta vaxtilə ölkəni idarə edən şəxsləri belə məhkəmə qarşısına çıxarmaq onun əsas hədəfləri sırasındadır. Eyni zamanda Zelenskinin mövqeyinə görə, hakimiyyətdə olan və Ukraynanı bərbad vəziyyətə gətirib çıxardan qüvvələrlə bir çox deputatların da harmonik hərəkətləri müşayiət olunub. Onların birlikdə hərəkət etmələri ilə bağlı Zelenski hökumətində ciddi faktların olduğu ortaya çıxıb. Belə olan halda isə bir çox hallarda onların toxunulmazlıq statusu həmin deputatlara qarşı cinayət işinin açılmasında problemlər yaradırdı. Bu məntiqdən çıxış edərək artıq Zelenskinin parlamentdə deputatların toxunulmazlıq hüququnun ləğvi ilə bağlı məsələlərin gündəmə gəlməsində israrlı olması faktı üzə çıxıb. Atılmış addımlar sırf Ukraynanın düşdüyü çox ciddi böhranın diqtəsi ilə bağlıdır".

Azərbaycana gəlincə deputat bildirib ki, ölkəmiz dünya birliyinə inteqrasiya edir:

"Dünyada Azərbaycan öz mövqeyi, yeri və çəkisi olan dövlətdir. Azərbaycanın inkişafı dünyanın diqqət mərkəzindədir. Biz eyni zamanda dünya ilə təcrübə mübadiləsindəyik, dünyadakı reallıqları nəzərə alırıq. Və dünyadakı reallıqlara görə də mütləq əksər ölkələrdə deputatların toxunulmazlıq hüququ var. Bunun da yeganə səbəbi odur ki, əsasən prezident və deputatlar məhz xalqın seçimi sayəsində o vəzifəni tuturlar. Bu nöqteyi-nəzərdən xalqın seçdiyi şəxslərin eyni zamanda toxunulmazlıq hüququna malik olması ideyası da məhz bundan yaranır və dünya təcrübəsində çox geniş şəkildə tətbiq edilən bir üsuldur".

"Lakin ayrı-ayrı ölkələrdə bu praktikadan imtina ilə bağlı müəyyən tendensiyalar müşahidə olunursa, müəyyən addımlar atılırsa, bu, sırf həmin ölkənin üzləşdiyi spesifik və son dərəcə dərin problemlərlə bağlı atılmış addımlardır. Həmin problemlərin yaranmasında həmin ölkəni təmsil edən deputatların da bu və ya digər səviyyədə təmsilçilik ilə bağlı faktlarının ortaya çıxması bir çox hallarda analoji addımların atılmasını şərtləndirib", - deyə deputat qeyd edib.

Dövlət qurumu millət vəkilinin ittihamlarına cavab verdi>>

Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafa isə Sputnik Azərbaycan-a deyib ki, deputat toxunulmazlığının ləğvinə normal baxır: "Əslində, deputat toxunulmazlığı ümumiyyətlə ləğv olunmalıdır. Çünki deputat ictimai fiqurdur. Təbii ki, düşüncə, fikir azadlığı müxtəlif məsələlərə münasibət baxımından hər hansı bir şəkildə məhdudlaşdırıla bilməz. Amma əgər konkret cinayət işləri ilə bağlı hansısa bir problem varsa, asanlıqla deputatı məsuliyyətə cəlb etmək mümkün olmalıdır. İndi müasir dövr elədir ki, imtiyazlı insan anlayışından daha çox məsuliyyətli insan anlayışı önə çıxır".

"Azərbaycanda daha çox deputatın etik davranış qaydalarında bu nəzərdə tutulur ki, deputatın mandatdan məhrum edilməsi İntizam Komissiyasının rəyi ilə ola bilər. Bu da yollardan biridir. Amma yenə də əgər Baş Prokurorluq tərəfindən təqdimat verilərsə, bu toxunulmazlığın qaldırılması da mümkün ola bilir. Qanunvericilikdə bu imkanlar var. Amma ümumi toxunulmazlıq bir siyasi anlayış olaraq daha çox gündəmə çıxır, hüquqidən daha çox, siyasi xarakter daşıyır", - deyə deputat qeyd edib.

F.Mustafanın fikrincə, deputatın toxunulmazlığını ləğv etmək olar və bu, daha çox deputatların məsuliyyətli davranmasına imkan yaradar: "Çünki toxunulmazlığın arxasında gizlənərək bir çox hallarda qanunsuzluğa yol verməyə meyllilik daha çox artır. Yəqin, Ukraynada cəmiyyətin əhval-ruhiyyəsi bunu tələb etdiyinə görə qanun layihəsi asanlıqla qəbul olunub. Azərbaycanda da bu mümkündür və deputatın toxunulmazlığı ləğv edilə bilər".

Azərbaycan Milli Məclisinin deputatı Rüfət Quliyev Sputnik Azərbaycan-a deyib ki, həm vətəndaş, həm deputat kimi düşünür ki, deputat toxunulmazlığının ləğvi məqsədəuyğun deyil: "Ola bilər, Ukraynada bir çoxları deputatlığa can atmaqla öz bizneslərini qorumağa və ən azı 5 il toxunulmazlıq statusundan istifadə edərək bundan hansısa formada yararlanmağa çalışırlar. 2004-cü ildən müəyyən səbəblərə görə Ukrayna siyasi meydanında çaxnaşmalar başladı. 

Həkim, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Millət vəkili həkimlərə "hörmət" barədə: "Buna rüşvət də demək olar"
Bu çaxnaşmalar da ona gətirib çıxardı ki, imkanlı şəxslər, nəhəng biznesmenlər, milyarderlər özlərini narahat hiss etdilər. Düşünürəm ki, Ukraynanın yeni prezidenti bunu həyata keçirmək istəyir ki, deputat olmağa çalışan şəxslər daha çox narahatlıq hiss edib daha təmiz və şəffaf işləsinlər, yəni öz bizneslərinin marağında olmasınlar. Zelenskinin komandası bunu belə görür".

"Amma hesab edirəm ki, ümumiyyətlə bütün ölkələrdə xüsusən deputatlara böyük hörmət, rəğbət var. Hesab edirəm ki, bu addım Ukraynada haradasa deputat statusunu aşağı salacaq", - deyə millət vəkili bildirib.

Qeyd edək ki, deputat toxunulmazlığı Ukrayna konstitusiyası ilə təsbit olunub. Konstitusiyaya dəyişiklik edilməsi uzun sürən və xüsusi bir prosesdir. Bunun üçün ilk növbədə Rada bu dəyişiklikləri Konstitusiya məhkəməsinə göndərir, məhkəmə isə bu dəyişikliklərin konstitusion olub-olmadığına dair rəy çıxarır. Konstitusiya məhkəməsinin rəyinin müsbət olduğu halda Ali Rada qanun layihəsini birinci oxunuşda qəbul edə bilər. Bunun üçün 226 səs kifayət edir. Parlamentin növbəti sessiyasında qanun ən azı 300 səslə bütövlüklə qəbul edilə bilər.

Xəbər lenti
0