CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millət vəkili həkimlərə "hörmət" barədə: "Buna rüşvət də demək olar"

CC0 / DarkoStojanovic / doctorHəkim, arxiv şəkli
Həkim, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Xəstələr həkimlərə, tibb bacılarına göstərdikləri xidmətə görə qeyri-rəsmi ödəmələr edirlər"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 3 avqust — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ölkə üzrə ofisinin rəhbəri Hande Harmançı ötən gün keçirilən mətbuat konfransında bildirib ki, ÜST Azərbaycan səhiyyəsində pullu xidmətləri azaltmağa çalışır. ÜST rəsmisinin bu açıqlaması isə birmənalı qarşılanmayıb. Belə ki, Milli Məclisin Səhiyyə komitəsinin üzvi Musa Quliyev Sputnik Azərbaycan-a açıqlamasında ÜST rəsmisinin bu fikrinə münasibət bildirərək mövcud problemlərdən söz açıb: "Azərbaycanda özəl səhiyyə sistemində pullu xidməti azaltmaq olmaz. Çünki özəl səhiyyə sistemi onsuz da bu vəsaitin hesabına işləyir. Amma dövlət səhiyyə sistemində artıq 10 ilə yaxındır ki, pullu xidmət yoxdur. Növbəti ildən isə icbari tibbi sığortaya keçiləcək. Bununla da vətəndaşların həm müayinəsi, həm də müalicəsi icbari tibbi sığorta hesabına həyata keçiriləcək".

Həyat sığortası, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Sağalmaz xəstələr üçün vəsait toplanır, amma ödəniş olmayıb - SƏBƏB

"Ola bilər ki, ÜST rəsmisi bu açıqlamasında qeyri-rəsmi ödəmələrdən, yəni cibdən ödəmələrdən söz açıb. Yəni xəstələr həkimlərə, tibb bacılarına göstərdikləri xidmətə görə qeyri-rəsmi ödəmələr edirlər. Buna rüşvət də demək olar, hədiyyə də demək olar. Nə qədər ki, sığorta sisteminə keçilməyib, bu problem qalacaq. Lakin icbari tibbi sığorta tətbiq olunduqdan sonra bu problem də aradan qalxacaq. Ümumiyyətlə, icbari sığorta reallaşdıqdan sonra bütün xəstələrin dərman xərclərinin icbari tibbi sığorta tərəfindən qarşılanmasının tərəfdarıyam", - deyə millət vəkili əlavə edib.

Millət vəkili pulsuz dərmanlarla bağlı da danışıb: "Bu gün pulsuz olaraq 16 xəstəlik üzrə qruplara daxil olan xəstələrə pulsuz dərmanlar verilir. Onların istər ambulator, istərsə də stasionar dərman xərcləri dövlət tərəfindən pulsuz olaraq qarşılanır. Bu xəstələr sırasında qan xəstələrini, onkoloji xəstələri, şəkər, vərəmli xəstələri, hemofiliyalı xəstələri də misal olaraq göstərmək olar. Hesab edirəm ki, bu istiqamətdə də monitorinqlər aparılmalı və öyrənilməlidir ki, bu dərman təchizatı nə qədər yetərlidir. Bizdə olan məlumatlara görə, bir çox hallarda ayrılan vəsait təminatı ödəmir. Hətta bəzi hallarda ayrılan büdcəyə uyğun olsun deyə, müasir dərmanları deyil, onların daha ucuzlarını alırlar. Düşünürəm ki, zamanla bu problem də həllini tapacaq".

Toxum əkini, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Ölümcül xəstəliyin üzəriylə gəzirik - Rəsmi xəbərdarlıq

Bir çox hallarda onkoloji xəstələrin dərmanlarını tapmaqda çətinliklə qarşılaşması haqda məlumatlar yer alır. Bununla yanaşı, yayılan bəzi məlumatlarda xəstə yaxınları dərmanlarını yüksək qiymətə aldıqlarını söyləyirlər. Bu cür hallardan danışan Musa Quliyev bu məsələnin də diqqətdə saxlanıldığını bildirib: "Bu problem var. Hökumət də bu məsələdən xəbərdardır. Yəqin ki, bu il onkoloji xəstələrə ayrılan büdcədə artım olacaq. Çünki ötən il biz bu məsələni qaldırsaq da, artıq büdcə tərtib olunmuşdu. Hələ ki, proqnoz büdcə nə qədər olacaq, onu bilmirik. Amma ötən il bu rəqəm 30 milyon manat idi və bu vəsait kifayət qədər deyildi".

Xəbər lenti
0