Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İqbal Məmmədov üzrxahlıq etdi: “Baş verənləri pisləyirəm”

© REPORTMilli Məclisin deputatı İqbal Məmmədov
Milli Məclisin deputatı İqbal Məmmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili ümid edirəm ki, qanun pozuntularına yol vermiş şəxslər barəsində qanunamüvafiq qərarlar qəbul ediləcək

BAKI, 19 avqust - Sputnik. Milli Məclisin deputatı İqbal Məmmədov “Relaks” istirahət və turizm mərkəzində baş verən insidentlə əlaqədar KİV-də yayılan məlumatlara aydınlıq gətirib.

Ресторан, фото из архива - Sputnik Azərbaycan
Restoran müştəriləri cərimələyəcək - SƏBƏB

Sputnik Azərbaycan xəbər verir ki, deputat həmin istirahət mərkəzinin təsisçisi və rəhbəri onun qardaşı oğlu Məmmədov Çingiz Nəriman oğlu olduğunu bildirib: “İstirahət mərkəzində baş vermiş insidentlə əlaqədar dərin təəssüf hissi keçirir və mərkəzin əməkdaşlarının hərəkətlərini qəti şəkildə pisləyirəm. Mənə məzuniyyətdən qayıtdıqdan sonra bu barədə məlumat verdilər. Vergilər Nazirliyi tərəfindən aparılan araşdırmalara köməklik məqsədilə yoxlama komissiyasına zəruri sənədlərin təqdim olunması təmin ediləcək.

Ümid edirəm ki, qanun pozuntularına yol vermiş şəxslər barəsində qanunamüvafiq qərarlar qəbul ediləcək”.

Xəbər lenti
0