CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət qurumu millət vəkilinin ittihamlarına cavab verdi

© Sputnik / Anar MustafayevПрокуратура
Прокуратура  - Sputnik Azərbaycan
Abunə olmaq
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc Milli Məclisin növbədənkənar sessiyasının iclasında çıxış edərkən dövlət qurumlarını fəal olmağa çağırıb

BAKI, 12 iyul - Sputnik. Baş Prokurorluq Aydın Qurbanovun vəfatı barədə məlumatın yayılması ilə bağlı millət vəkili Zahid Orucun ittihamlarına cavab verib. Məlumatda deyilir: 

"Xəbər verildiyi kimi Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Müalicə müəssisəsində xəstəliyi ilə əlaqədar müalicə almış təqsirləndirilən şəxs - Aydın Qurbanov intensiv müalicə aparılmasına baxmayaraq iyulun 9-da saat 21:50-də vəfat edib.

Bu barədə Nizami rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluğun müstəntiqi mərhumun müalicə aldığı palata və meyitə məhkəmə-tibb ekspertləri, müalicə müəssisəsinin nümayəndələri və hal şahidlərinin iştirakı ilə baxış keçirilib. 

A.Qurbanovun meyiti ölümün səbəblərinin müəyyən edilməsi məqsədi ilə iyulun 10-da saat 00:20-də Məhkəmə - tibbi ekspertiza və patoloji anatomiya birliyinin Nizami rayon şöbəsinə yerləşdirilib. Həmin gün saat 10 radələrində məhkəmə-tibb ekspertləri tərəfindən mərhumun bacısı oğlu 1988-ci il təvəllüdlü Suliddin Bayramovun iştirakı ilə meyitin xarici müayinəsi keçirilib. Tibbi müayinə zamanı meyitin bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilməyib. Bundan sonra həmin gün saat 13:30-da meyit mərhumun həyat yoldaşı və qohumlarına təqdim olunub. 

Məhkəmə-tibbi ekspertizasının A.Qurbanovun xəstəlikdən vəfat etməsi barədə ilkin rəyi iyulun 11-də saat 10:30 radələrində prokurorluğa daxil olmuş və saat 12 radələrində Baş Prokurorluq və Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən ictimaiyyətə geniş məlumat verilib".

Xatırladaq ki, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc Milli Məclisin növbədənkənar sessiyasının iclasında çıxış edərkən dövlət qurumlarını fəal olmağa çağırıb: “Gəncə hadisələrində iştirak edən adamlardan biri həbsxanada dünyasını dəyişib, xərçəngdən ölüb, Baş Prokurorluq, Penitensiar Xidmət üç gün sonra açıqlama verir. Bu, düzgün yanaşma deyil, 3 gün ərzində həmin adamın meyitini başları üzərinə qaldırıb, ondan hakimiyyət əleyhinə siyasət aparanları prokurorluq orqanları və ədliyyə sistemi görməli idi. Məqsəd gəncəliləri dövlətdən küsdürmək idi. Azərbaycan əleyhinə informasiya terroru aparanlara zamanında cavab verilməlidir”.

Xəbər lenti
0