NATO ilə birgə təlimlər: ABŞ Gürcüstanı Rusiya ilə münaqişəyə itələyir

© AP Photo / Virginia MayoЗнамена НАТО перед штаб-квартирой НАТО в Брюсселе
Знамена НАТО перед штаб-квартирой НАТО в Брюсселе - Sputnik Azərbaycan
Abunə olmaq
Şimali Atlantika Alyansının Gürcüstanda keçirdiyi "Çevik ruh-2019" (Agile Spirit -2019) təlimləri növbəti dəfə ABŞ-ın Gürcüstanı Rusiya ilə hərbi münaqişəyə itələdiyini nümayiş etdirir

Aleksandr Xrolenko, hərbi şərhçi

BAKI, 30 iyul — Sputnik. Şimali Atlantika Alyansının Gürcüstanda keçirdiyi "Çevik ruh-2019" (Agile Spirit -2019) təlimləri növbəti dəfə ABŞ-ın Gürcüstanı Rusiya ilə hərbi münaqişəyə itələdiyini nümayiş etdirir.

Agile Spirit 2019 Beynəlxalq təlimləri 27 iyul - 9 avqust tarixlərində Gürcüstan ərazisində keçirilir. Təlimlərdə NATO üzvü və onun tərəfdaşı olan 14 ölkədən - Gürcüstan, ABŞ, Böyük Britaniya, Latviya, Ukrayna, Polşa, Norveç, Belçika, Türkiyə, Bolqarıstan, Yunansıtan, Monteneqro, Rumıniya, Litvadan 3000-dən artıq hərbi qulluqçu iştirak edir. Bu manevrlərin bəyan edilmiş məqsədi - üzv ölkələr arasında birlikdə işləyə bilmək qabiliyyətini artırmaq, əməliyyatların planlaşdırılması və icrasında əməliyyat qabiliyyətlərinin gücləndirilməsidir. Daha əvvəl Gürcüstanın Müdafiə Nazirliyi qeyd etmişdi ki, birgə təlimlər Qara dəniz regionunda sabitlik və təhlükəsizlik mühitinin qorunmasına öz töhfəsini verəcək.

Steno Impero tankeri - Sputnik Azərbaycan
İran Britaniya hərbi gəmisinə xəbərdarlıq edilməsi anının videosunu yayıb

Əslində, Qara dəniz akvatoriyası üzərində yalnız bir P-8 Poseidon (ABŞ HHQ) sualtı qayıq əleyhinə patrul təyyarəsi uçur. Quru "varyaqlar"ının və yunanların sayı hərbi əməliyyatların keyfiyyət göstəricisi deyil və Agile Spirit 2019 təlimləri ümumilikdə çiçəklənən dinc bölgədə sabitliyin pozulmasına xidmət edir. Təlimlərdə regional sabitliyin ciddi qarantı olan Azərbaycan, Rusiya kimi ölkələrin iştirak etməməsi təsadüfi deyil.

Güman ki, əgər Rusiyanın raket kompleksləri ABŞ-ın sərhədlərində peyda olsaydı (əlbəttə ki, regionda sabitliyin qorunması məqsədilə), amerikalılar və onun müttəfiqlərinin Rusiya Federasiyasının cənub sərhədlərindəki hərbi fəallığı kəskin şəkildə öz dəyərini itirərdi. Və Rusiya xarici işlər naziri Sergey Lavrovun iyulun 23-dən Kuba və digər Latın Amerikası ölkələrinə başlayan çoxgünlük səfərinə müxtəlif istiqamətlərdən baxmaq olar.

Avqust əfsanəsi

Onuncu illik Agile Spirit 2019 təlimləri Gürcüstan Hərbi Qüvvələri və ABŞ Hərbi Qüvvələrinin Avropa komandanlığının birgə rəhbərliyi altında keçirilir. Sanki gürcü qoşunlarının NATO standartlarına uğurlu uyğunlaşması barədə bütün söhbətlər keçmişdə qalıb. Tbilisidə bir sıra ekspertlər indiyə qədər bəyan edirlər: "Müasir Gürcüstan ordusu başda birgə təlimlər olmaqla, ABŞ və NATO-nun köməyi ilə formalaşıb. Bu gün gürcü hərbçilərin ixtisaslaşması bu sahədə ən yüksək səviyyədədir və onlar qlobal təhlükəsizliyin təmin olunmasında iştirak edə bilərlər".

Hərbi tibbi yardım” maşını atəşə tutulub - Sputnik Azərbaycan
SİYASƏT
Hərbi tibbi yardım maşınımızı düşmən snayperləri atəşə tutublar - FOTO

Hətta idman yarışlarında qazanılan qələbə belə rəqib üzərində mütləq qələbə qazanmaq anlamına gəlir. Və sözsüz ki, bu hərbi təlimlər boşu-boşuna keçirilmir, konkret düşmənə qarşı keçirilir. ABŞ və Gürcüstanın da Qafqaz regionunda yeganə düşməni Rusiya və onun müttəfiqləridir. Bu fonda NATO-nun Gürcüstan dağlarında "çevik ruh"u son dərəcə qeyri-müəyyən görünür və hərbi oyunların bütün iştirakçıları üçün fəsadlarla nəticələnə bilər.

Rəsmi açılış mərasimi Senakidəki (Qərbi Gürcüstan) 2-ci piyada briqadasının bazasında keçirilir. NATO-nun digər təlim məkanları Orpolo (Samtsxe-Cavaheti regionu) və Tbilisi yaxınlığındakı Vaziani poliqonlarıdır. Təlim ssenarisi canlı atəşlə komanda-qərargah və səhra təlimlərini, müdafiə və hücum əməliyyatlarında manevr elementlərini əhatə edir.

Əslində isə Tbilisinin "əzələ nümayişi" praktiki olaraq mövcud deyil: respublikanın qərbindən şərqinədək olan məsafə 400 kilometrə qədərdir, şimalından cənubuna qədər olan məsafə isə 200 kilometrə qədər. Poliqonlarının imkanları isə yalnız hərbi-polis əməliyyatlarını həyata keçirməyə imkan verə bilər.

Mümkündür ki, Gürcüstan tərəfi ABŞ və NATO mütəxəssislərinin əvəzolunmaz döyüş təcrübəsini təlimlərin "əlavə dəyəri" hesab edir. O mütəxəssislərin ki, bir həftə əvvəl Lvov yaxınlığındakı Yavorovo poliqonunda Ukrayna Silahlı Qüvvələrinin aeromobil briqadasının zirehli desant maşınını batırıblar. Desant maşının yüksək üzmə və manevr qabiliyyətini nəzərə alsaq, NATO təlimatçılarının Ukrayna hərbi qulluqçularını həmişəlik su anbarının dibinə batırması (üç nəfər ölüb) üçün çox əziyyət çəkdiklərini qeyd etmək lazımdır. Zirehli maşınının yüksək üzmə və manevr qabiliyyətini nəzərə alsaq, bu, "inanılmaz nailiyyət"dir.

Türk əsgəri, arxiv şəkli - Sputnik Azərbaycan
Türkiyə amerikalıların dost hərbi birləşmələrini məhv etmək qərarı verə bilər

Kimə qarşı "birlik"

Tbilisidə revanşist siyasət tərəfdarları reallıqdan kənara çıxa bilməzlər. "Üsyançı" gürcü qonşularının təhlükəsizliyi Rusiya Federasiyasının başda nüvə silahları olmaqla, bütün iqtisadi və hərbi gücünə bağlıdır. "Agile Spirit 2019" təlimlərinini iştirakçıları bu faktı nəzərə alırlarmı?

Rusiya, əvvəllər Baltik dənizində olduğu kimi, Tu-160 strateji bombardmançıları ilə keçirilən Gürcüstandakı NATO təlimlərini izləmir. Aydın məsələdir ki, alyansın çoxmillətli qoşunu belə diqqətə layiq deyil.

Yenə də, lazım gəldiyi təqdirdə Rusiya Federasiyası öz ərazisindən yüzlərlə kilometr uzaq məsafədə, məsələn, Suriyada terrorçularla mübarizədə gücünü effektiv şəkildə yönləndirməyi bacarır.

Əgər bir dəfə alyansın "əzələləri" Gürcüstanda Rusiya sərhədləri yaxınlığında keyfiyyət dəyişikliyinə uğrasa, "layiqli tərəfdaşlar" yalnız möcüzəvi xilasa ümid edə bilərlər.

“Eternity-2019” təliminin yekun planlaşdırma konfransı keçirilib  - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycan, Türkiyə və Gürcüstan hərbçiləri birgə təlim keçirəcəklər

Rusiya dəfələrlə Gürcüstanın NATO-ya üzvlüyü ilə onunla yaxşı münasibətlərin bərpasının bir araya sığmadığını bəyan edib. Digər tərəfdən, Gürcüstanın artıq 2019-cu ildə NATO-ya daxil olmaq istəməsinə baxmayaraq, alyansın daxilində Üzvlük Fəaliyyət Planını Tbilisiyə təqdim etmək üçün konsensus yoxdur. Və hələ məlum deyil ki, Gürcüstan neçə il, yaxud onilliklər ərzində alyansla əlaqələr quracaq.

Tbilisi geosiyasi reallıqlara göz yumaraq "NATO"nun kursu ilə uzun müddət gedə bilər. Hərbiləşdirmə heç vaxt planetin bu və ya digər bölgəsinin inkişafına və çiçəklənməsinə töhfə verməyib. Gürcüstanın Rusiyadan "ayrılması" - gürcü xalqının obyektiv tələbatı deyil, okeanın o tayındakı tərəfdaşların yerli sakinlərə qarşı eqoist və amansız siyasətinin nəticəsidir. Hərbi infrastrukturların kompakt bir respublikanın ehtiyaclarına uyğun olmayan şəkildə inkişafı, ABŞ və Georgia Exercise alyansının, Noble Partner-in bu yaxınlarda keçirdikləri təlimlər, Agile Spirit-in cari manevrləri Gürcüstan dövlətinin uçuruma qədərki addımlarıdır.

Bir daha xatırladıram ki, 2008-ci ilin avqustunda Gürcüstana Birləşmiş Ştatlar kömək eləmədi. Halbuki təlimlərdən sonra da Gürcüstan ərazisində qalan 1000 amerikalı hərbçinin iştirakı ilə Vazianidə "Təxirəsalınmaz cavab-2008" birgə hərbi təlimləri Cənubi Osetiyada hərbi əməliyyatların başlanmasına 1 həftə qalmış başa çatmışdı.

Xəbər lenti
0