ABŞ-a qarşı İran-Rusiya birliyi: Planlar pozulacaq

© Sputnik / Said Tsarnaev / Mediabanka keçidПрибытие отряда кораблей Военно-морских сил Ирана в порт Махачкалы
Прибытие отряда кораблей Военно-морских сил Ирана в порт Махачкалы - Sputnik Azərbaycan
Abunə olmaq
"Regional xaos ABŞ iqtisadiyyatının çiçəklənməsi, Amerika hərbi sənaye kompleksinin gəlirlərinin artması üçün ən qısa yoldur. Lakin İran da çox çətin qozdur"

Aleksandr Xrolenko, hərbi şərhçi

BAKI, 31 iyul — Sputnik. İran ona qarşı düşmən mövqe tutan Qərb dövlətlərinin hərbi dəniz qüvvələrinin öz sahil zonasında hökmranlığına imkan verə bilməz və Tehran Moskva ilə birlikdə öz regional stabilliyini müdafiə etməyə hazırdır.

İran rialı, arxiv şəkli - Sputnik Azərbaycan
İran hökuməti valyutasını dəyişir

İran İslam Respublikasının hərbi dəniz qüvvələrinin komandiri kontr-admiral Hüseyn Xanzadi "IRNA" agentliyinə bildirib ki, ölkəsi Rusiya hərbi dəniz donanması ilə birlikdə Hind Okeanın şimalında və Fars körfəzi ilə Oman körfəzini birləşdirən Hörmüz boğazında hərbi dəniz təlimləri keçirəcək.

İyulun 27-də rusiyalı həmkarları ilə danışıqlar üçün Rusiyaya üçgünlük səfərə getmiş Admiral Xanzadi dəqiq tarix bildirməsə də, qeyd edib ki, Rusiya-İran birgə təlimləri "yaxın gələcəkdə" baş tutacaq.

Rusiya tərəfi isə hələ ki öz hərbi dəniz donanması və İran hərbi dəniz qüvvələrinin birgə manevrlər planını rəsmi olaraq təsdiqləməyib. Lakin Moskva xarici siyasətdə Tehranın bir çox mövqeyini dəstəkləyir. Belə ki, Rusiya Xarici İşlər Nazirliyi bir müddət öncə (ABŞ-ın təşəbbüsü ilə) Fars körfəzində sərbəst gəmiçiliyin təminatı üçün dəniz koalisiyasının yaradılmasına qarşı çıxıb. Rusiya, həmçinin BMT Təhlükəsizlik Şurası üzvlərinə Fars körfəzində kollektiv təhlükəsizlik konsepsiyasının layihəsini göndərib. Konsepsiya "silahlı münaqişələrin qarşısını almağa" yönəlib. Bundan başqa, İran və Rusiya müdafiə nazirlikləri qarşılıqlı anlaşma və əməkdaşlığın genişləndirilməsinə dair memorandum imzalayıblar.

Misli görünməmiş birgə okean manevrləri və gələcəkdə Rusiya hərbi dəniz donanmasının "qaynar" Oman və Fars körfəzlərində üzməsi güc balansına təsir edə və sabitləşdirici faktora çevrilə bilər. Bütün bunlar Fars körfəzi zonasında hərbi münaqişə, eləcə də İraq və Əfqanıstanda olduğu kimi İranda da idarəolunan xaos şəraiti yaratmağa çalışan ABŞ və onun müttəfiqlərinin planlarına rəğmən baş verir.

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo - Sputnik Azərbaycan
Pompeo da Zərif kimi olmaq istəyir, amma İran icazə vermir

Rusiya döyüş gəmilərinin Hörmüz körfəzinə dəvət olunması qanunauyğundur. Tehranda belə bir qənaətə gəliblər ki, Suriya məsələsində Moskva ilə qarşılıqlı əlaqə Yaxın Şərqdə geosiyasi parçalanmanın qarşısını almağa kömək edib. İranın böyük gücü və resursları var, lakin o, özünü obyektiv şəkildə regional güc kimi göstərir. İranlıların hörmətlə supergüc adlandırdıqları Rusiyanın siyasi dəstəyi və hərbi köməyi həll edici olub və ola bilsin ki, Şərqin digər qaynar nöqtələrində də bu dəstəyə və köməyə ehtiyac olacaq. Bu cür qarşılıqlı əlaqə Moskvaya imkan verir ki, bərabər səviyyədə həm Yaxın Şərq regionunun, həm də özünün maraqlarını müdafiə etsin.

Əhəmiyyətli sıçrayış

Hərbi və hərbi-texniki əməkdaşlıq çərçivəsində Rusiya yüksək texnologiyalı silahlar, radioelektron mübarizə və kosmik kəşfiyyat vasitələrinin köməyi ilə İranın müdafiə potensialını əhəmiyyətli dərəcədə təkmilləşdirə bilər. Məlumdur ki, İranın hərbi dəniz qüvvələri dördüncü nəsil "Amur" sualtı qayıqlarını və 300 kilometrədək məsafədə hədəfləri vura bilən gəmi əleyhinə raketləri silahlanmaya qəbul edir. Onların effektiv şəkildə tətbiqi üçün müasir geopozisiya və hədəf göstərmə (QLONASS və Rusiya hərbi peykləri qrupu) sisteminə ehtiyac var. Rusiyanın hərbi köməyi İrana imkan verir ki, müasir silahlar sahəsində və yüksək texnologiyalı sistemlərin döyüş tətbiqində əhəmiyyətli sıçrayış əldə etsin.

Запуск ракеты во время военных учений в Иране, фото из архива - Sputnik Azərbaycan
İrana aid olduğu deyilən raket zavodunun görüntüləri yayılıb

Moskva və Tehran arasında hərbi dəniz sahəsində qarşılıqlı əlaqə Xəzər dənizində uğurla inkişaf edir. Orada artıq güclü beynəlxalq hərbi donanma qrupu da yaradılıb. Qrupun gəmiləri baza saldıqları yerdən min kilometr aralıdan belə vəziyyətə nəzarət edə bilirlər.

Lakin İranın hərbi dəniz donanmasının döyüş qabiliyyətini inkişaf etdirmək üçün əsas zona Hind okeanıdır. Bu ərazidə donanmanın döyüş bölmələrinin hərbi münaqişə şəraitində zirəkliyini artırmaq üçün ölkənin ali komandanlığı qeyri-atom sualtı qayıqlarına, ultrakiçik sualtı qayıqlara və az tonnajlı hərbi gəmilərə üstünlük verir. Eləcə də İraqla müharibədə əldə edilmiş təcrübə və potensial düşmənin (yəni ABŞ və onun avropalı müttəfiqlərinin) texnoloji üstünlüyü nəzərə alınıb.

Xəzər dənizində keçirilmiş Rusiya-İran təlimlərində olduğu kimi, Hind okeanında da təlimlər zamanı raketlərin ön plana çıxacağını gözləmək olar.

Hesab edirəm ki, Rusiyanın gəmi əleyhinə raketlərdən və "Kalibr – NK" raket kompleksindən Suriyada olan terrorist qruplara qarşı istifadəsindən əldə etdiyi təcrübə iranlı dənizçilər üçün faydalı olacaq.

Yaxın Şərqdə çətin vəziyyəti nəzərə alsaq Rusiya-İran birgə eskadrasının mümkün raket zərbələrinin istiqamətləri bəllidir.

İran əleyhinə sanksiyaların məqsədi Yaxın Şərqdə yeni silahlı münaqişə yaratmaqdır. Regional xaos ABŞ iqtisadiyyatının çiçəklənməsi, Amerika hərbi sənaye kompleksinin gəlirlərinin artması üçün ən qısa yoldur. Lakin İran da çox çətin qozdur.

Müdafiə potensialı

Hərbi güclərin dünya reytinqində İran 14-cü sıradadır (https://www.globalfirepower.com/countries-listing.asp) – yəni Pakistan, İsrail, Şimali Koreya, Avstraliya və Kanadanı da geridə qoyub. Üstəlik, iki il ərzində İran 7 pillə qabağa adlayıb. 

İslam Respublikasının hərbi-dəniz qüvvələri isə dünyada dördüncüdür (https://www.globalfirepower.com/navy-ships.asp) – 34 sualtı qayıq daxil olmaqla 398 hərbi gəmi ilə İran ABŞ HDQ-sindən azacıq geri qalır.

Знамена НАТО перед штаб-квартирой НАТО в Брюсселе - Sputnik Azərbaycan
NATO ilə birgə təlimlər: ABŞ Gürcüstanı Rusiya ilə münaqişəyə itələyir

İslam Respublikasının ordusu, aviasiyası və donanmasında 523 min hərbçi var. Əhalinin 83 milyondan çox hissəsi ordunun geniş ehtiyatını təmin edir. İranın döyüşə hazır vəziyyətdə 500 pilotlu idarə olunan aparatı, o cümlədən 165 hücum təyyarəsi var. Ordu 1634 tanka, 2345 piyada döyüş maşınına, 1900 raket kompleksinə, 2698 artilleriya qurğusuna malikdir. İran səmasını Rusiyadan tədarük olunan S-300 zenit-raket kompleksləri qoruyur.

İran ordusunun sərəncamında 1 tonluq hərbi başlığı 1300 kilometr, yüngül hərbi başlığı isə 2000 kilometr uzaqlığa ata bilən orta mənzilli "Şahab-3" ballistik raketləri var.

İranla Koreya Xalq Demokratik Respublikasının raket proqramları kifayət qədər inteqrasiya olunub, Pxenyan öncədən Tehrana raket texnologiyalarını tədarük edirdi. Mütəxəssislər İranın ballistik raketlərini Şimali Koreya və Sovet İttifaqının "Nodon" və "R-17" raketlərinin iranlı mühəndislərin sonradan modernləşdirdikləri replikaları hesab edirlər.

İranın Hərbi Qüvvələri özünəməxsus təşkilati strukturuna görə əlavə möhkəmliyə malikdir – demək olar ki, qoşunların bütün növləri öz rəhbərliyinə malik iki paralel qola ayrılır: quru qoşunları, hərbi aviasiya, hərbi-dəniz donanmasından ibarət "ali güclər" və ayrıca – tərkibində şəxsi quru qoşunları, hərbi-hava və hərbi-dəniz qüvvələrinə malik İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK). Bundan əlavə, İİKK-yə raket qoşunları da daxildir. Paralel qoşun strukturlarının vəzifəsi ümumi məsələləri vahid əməliyyat fəzasında həll etməkdir.

Американская военная техника в Сирии - Sputnik Azərbaycan
Rusiya Baş Qərargahı - ABŞ Suriyada diversiya qrupları yaradır

İranın nüvə potensialına dair müxtəlif fikirlər var. Ölkənin ali lideri Əli Xameneyi hələ 2005-ci ildə kütləvi qırğın silahının qadağan olunması barədə fətva vermişdi, buna baxmayaraq, İranın nüvə silahı sirr deyil. Məhz elə buna görə də İranla aşkar müharibə etmək ABŞ-a sərf etmir. Amerikalılar iranlıları Vaşinqton üçün əlverişli olmayan rejimdən uzaqdan, iqtisadi və hərbi-siyasi təzyiqlə, müttəfiqlərin konsolidasiyası ilə "azad etməyə" can atırlar.

Ayrı-ayrı Avropa ölkələrinin Hörmüz boğazını nəzarətə götürmək planları, İslam İnqilabı Keşikçiləri Korpusunun terrorçu təşkilat elan edilməsi və ABŞ-ın bu yaxınlarda nüvə razılaşmasından birtərəfli qaydada çıxması regional böhranın ən neqativ ssenari üzrə inkişafına rəvac verə bilər. Və təsadüfi deyil ki, Pakistanın Baş Naziri İmran Xan iyulun 23-də Vaşinqton Sülh İnstitutundakı çıxışında Qərbin İranla hərbi konfliktin nəticələrinin necə olacağını qavradığına şübhə edib: "İnsanlar anlamırlar ki, bu, İraqla olan məsələdən fərqlidir".

Xəbər lenti
0