Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Kiçik bir videonun bütün TV və mediaya verdiyi ibrət dərsi

© pixabay / PexelsМикрофон
Микрофон - Sputnik Azərbaycan
Abunə olmaq
Minlərlə manatlıq vəsait xərclənmiş bir klip deyil, cəmi 53 saniyəlik bir sənət əsərindən söz açıram

BAKI, 22 iyul — Sputnik. Xalq artistləri Simarə İmanova, Gülyanaq Məmmədova, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Əməkdar artistlər Ruzə İbişova və Bəsti Sevdiyevaya sevgi və sayğı ilə!..

Varlığına və ucalığına şükür, sənət! Səndən başlayır bütün zehni, mənəvi və maddi yüksəlişlər! Səni və o müqəddəs ucalığını görməyənlər, görməzdən gələnlər, Nəsiminin dili ilə desək, leşlərdir.

“Qırmızı papaq” tamaşasının məşqləri - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Sənət məbədinin qapıları arxasında görmədiklərimiz – “Muzkomediya”nın sirri

Bu dəfə iki saatlıq filmdən, yaxud teatr tamaşasından, hansısa solo-konsertdən və ya bir klipdən yazmayacam. Cəmi 53 saniyəlik bir sənət əsərindən söz açıram. Sənətlə, istedadla dolub-daşan, həvəskar çəkilişlə ərsəyə gələn 53 saniyəlik bir videodan bəhs edirəm.

Bu kiçik video mənə onsuz da güman etməkdə olduğum bir həqiqəti sübut etdi: iş əsl istedadın və peşəkarın əlindədirsə, o, hər yerdə, hər şəraitdə sənət nümayiş edər. Sözügedən kiçik videoda musiqimizin istedadlı və peşəkar xanəndələri bu həqiqəti göstərirlər.

Minlərlə manatlıq vəsait xərclənmiş bir klip deyil. Hansısa telekanalın kameralarla dolu, işıqlarla parlayan studiyası deyil. Saray deyil, konsert salonu deyil, teatr səhnəsi deyil. Lüks maşınlarda, zadəgan evlərdə, bahalı restoranlarda oturmayıblar. Onların bu maddi göstərişlərə ehtiyacı da yoxdur. Çünki onların bütün maddi sərvətlərdən daha ali, daha uca olan sərvətləri var: istedad və bilik!

Hansısa bölgədə, ağacların arasında, sadə bir masanın ətrafında oturublar. Kiçik bir çay süfrəsi var önlərində. Bəzən növbə ilə, bəzən xorla "Ay dili dili Dilavər" mahnısını oxuyurlar. Təkcə oxumaqla keçmirlər. Yaradırlar. Qururlar. İnşa edirlər. Ucaldırlar. Çünki bunu bacarır və bilirlər!

Şüşə üzərində incəsənət: Gündəlik ev əşyalarını sənət əsərlərinə necə çevirmək olar  - Sputnik Azərbaycan
VİDEO
Şüşə üzərində incəsənət: Gündəlik ev əşyalarını sənət əsərlərinə necə çevirmək olar

Onların istedad və bilikləri bu kiçik şəraitdə, bu həvəskar çəkilişdə və cəmi 53 saniyədə elə bir sənət nümayiş edə bilir ki, ölkənin telekanallarında, internet portallarında cərəyan edən sözdə sənət hadisələri onun yanında aciz və cılız görünür.

Müraciətim o telekanallaradır! Baxın! Yaxşı-yaxşı baxın! Sizin gah şpaqat açmaqla, gah dombalaq aşmaqla, gah saç yolmaqla, gah ağlayıb-zırlayıb hay-həşir salmaqla və bu cür müxtəlif əcaib formalarla qazanmağa çalışdığınız o reytinq ki var, bu adamların həvəskar şəraitdə yaratdığı 53 saniyəlik sənətə təzim edir! Sizin bütün varlığınız və bütün çabalarınız onların istedadı və biliyi önündə necə də mənasız, puç və heç görünür! Özünüz bunun fərqinə varırsınızmı? Özünüz bundan utanırsınızmı? Hərçənd, utansanız, sevinərəm.

İş istedadın və peşəkarın əlində olanda adi səmimi bir süfrədə doğulan gözəlliyə baxın! Çünki işin məktəbini bilirlər. Kitabını bilirlər. Və ən əsası, istedadları var! Siz öz qapınızı pulu və arxasında adamı olanlara açıb, bayağı, ucuz şoularla reytinq qazanıb, reklamdan pul götürüb və o pula arxalanmaqda olun. Sənət öz adamını, öz sütununu, öz sevənini və bilənini heç vaxt unutmur! Onları kiçik bir masanın ətrafındakı kiçik bir videodan gətirib yenə də layiq olduqları zirvəyə, pərəstişin kürsüsünə oturdur. Məsələn, indi mənim onları izləyərkən yaşadığım pərəstiş və sevgi hissini, bu yazını yazmaq üçün onlara sevə-sevə və fəxrlə ayırdığım vaxtı siz heç vaxt, təkrar və qətiyyətlə vurğulayıram, heç vaxt qazanmayacaqsız!

Американская исполнительница Кендра Мориа - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Amerikalı müğənni Azərbaycana mahnı həsr etdi

Efiri bazar adamlarına meydan eləmisiz. Adını sənət, yaradıcılıq, şou və s. qoyub xalqa özünüzü mədəniyyət adamı kimi sırıyırsınız. Əsl sənət adamları isə öz xariqələrini bütün şəraitlərdə yarada bilirlər. Halbuki, bu mötəşəmlikdən nə verilişlər ərsəyə gətirmək olar! Onlara heç nə lazım deyil. Mən əminəm ki, sizin parlaq kürsüləriniz, rəngarəng pavilyonlarınız, pafoslu anonslarınız, dörd yandan tuşlanmış kameralarınız onlara qətiyyən gərək deyil. Elə o masanın ətrafında, o şəraitdə oxusalar və bunu çəkib yayımlasanız, sizə "Qızıl fond"luq incilər bəxş edərlər. Çünki onlar yaradırlar. Yaratmaq üçün bacarıqları və bilikləri var!

Sözügedən videoda əvvəlcə xalq artisti Simarə İmanova oxuyur. Ardınca xalq artisti Gülyanaq Məmmədova davam edir. Sonra videonu da çəkən xalq artisti Səkinə xanım İsmayılovanın səsi eşidilir. Daha sonra əməkdar artist Ruzə İbişova oxuyur. Xorda isə bütün bu möhtəşəm səslərin yanında xalq artisti Mələkxanım Əyyubovanın və əməkdar artist Bəsti Sevdiyevanın səslərinin də fövqəladə ahəngini eşidirik.

Bu səmimi görüntüyə, bu möhtəşəm ifaya, bu fövqəladə uyğunluğa, sanki hansısa ustad rejissor quruluş verib. Amma deyil! Onların istedadı və biliyi bəsdir. Bu səmimiyyətlə kəmiyyətdə kiçik, keyfiyyətdə isə nəhəng sənət göstərməyə onların səsi, avazı, o səsi işlətmək bacarığı, musiqini duymaq və ötürmək qabiliyyəti kifayət edir. Təkrar edirəm: çünki onların istedadı və biliyi var!

Elnarə Xəlilova - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Müğənni Elnarə Xəlilova tanınmaz hala düşdü – VİDEO

Bunu əbəs yerə təkrar etmirəm. Efirdən və ya internet portallarından sənət adı ilə həyasızcasına xalqa boylanan dələduzlar, sənət və mədəniyyət xainləri və onların pulgir, tamahkar havadarları yaxşı-yaxşı dərk etsinlər deyə təkrarlayıram. Təkrarlayıram ki, onlarda olmayan bu iki dəyərli sərvəti tanısınlar və bilsinlər! Anlasınlar ki, bunlar olmadan milyonlarla baxış yığıb, milyonlarla pul qazansanız da, ərsəyə gətirdiyiniz zay məhsullar və imzanız da sizinlə birgə məhv olub gedəcək! Əgər əbədiyyət və ruhlar varsa, sizin ruhunuz da bu sənətkarlara təzim etməklə keçirəcək o əbədiyyəti.

Baxın! Bu 53 saniyəlik videoya yaxşı-yaxşı baxın! 7/24 şivən saldığınız o telekanallarda, hər künc-bucağından gözə girdiyiniz internet portallarında, şou xətrinə yaratdığınız bütün qalmaqallarda, bahalı kliplərinizdə və sizinlə bağlı olan hər şeydə bu istedad və biliyin zərrəsi mövcud deyil. Baxın və görün ki, siz bu sənətkarların sənəti qarşısında – üzr istəyirəm, düzəliş edim – onların hüzurunda necə mahiyyətsiz görünürsünüz! Baxın! Diqqətlə baxın! Çünki siz əsl, həqiqi, ali, uca və müqəddəs olan sənətə həmişə baxa-baxa qalacaqsınız!

Xəbər lenti
0