Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

İran ətrafında mənzərə yenidən formatlaşdırılır - Üç ölkə prezidenti bir araya gəlir

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidRusiya, İran və Azərbaycanın prezidentləri Vladimir Putin, Həsən Ruhani və İlham Əliyev
Rusiya, İran və Azərbaycanın prezidentləri Vladimir Putin, Həsən Ruhani və İlham Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya, Azərbaycan və İran dövlət başçılarının sammiti bölgədə cərəyan edən proseslərə aydınlıq gətirmək imkanındadır

Azər Rəşidoğlu, Sputnik Azərbaycan

BAKI, 30 may — Sputnik. Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Rusiya, Azərbaycan və İran dövlət başçılarının sammitinə hazırlığın getdiyini bildirib. Onun sözlərinə görə, prezidentlərin növbəti üçtərəfli görüşü avqust ayında Rusiyada keçiriləcək.

Amerikanın Şimali Dokota ştatının Tioqa şəhərində Hess neft-qaz emalı zavodu - Sputnik Azərbaycan
İQTİSADİYYAT
İran ətrafındakı oyunlar və neftin qiyməti: Nə gözləmək olar?

Yaxın vaxtlarda Rusiya ilə Azərbaycan arasında yüksək səviyyədə səfərlərin mümkünlüyü ilə bağlı suala cavab verən Rusiya XİN başçısının müavini hər iki tərəfin belə təmaslara hazır olduğunu vurğulayıb: "Biz hər zaman liderlərimiz, hökumət başçılarımız və XİN rəhbərlərimizin görüşmələri üçün material hazırlayırıq. Ona görə də, hər iki tərəf belə təmaslara hazırdır. 2018-ci ildə belə görüşlər çox oldu. Ötən il sentyabrda Azərbaycan prezidenti İlham Əliyevin Soçiyə mühüm rəsmi səfəri baş tutub. İndiyə kimi bu görüşün nəticələrini hiss edirik. Bu görüşdə əldə olunan razılaşmaların həyata keçirilməsi üçün işləyirik".

Rusiya, Azərbaycan və İran prezidentlərinin növbəti üçtərəfli görüşündə Tehranın ABŞ-la münasibətləri, enerji təhlükəsizliyi məsələsinin müzakirəsi gözlənilir. İran ətrafında cərəyan edən məsələlər Bakını da narahat edir. Azərbaycan İran üçün çox önəmli partnyor, tranzit ölkədir. Həm İran, həm də Azərbaycan Xəzərin statusu ilə bağlı Rusiyanın ortaya qoyduğu mövqeni dəstəkləyir. Bu məsələ enerji təhlükəsizliyi məsələsi olaraq həm Tehran, həm də Bakıda müştərək maraq kimi diqqət çəkir. Mümkündür ki, gözlənilən görüşdə bu məsələ ətrafında da müzakirələr aparılsın. Digər tərəfdən, İranın bəzi dairələri Azərbaycana ərazi iddiası ilə çıxış edirlər. Bu iddialar gündəmdə olduğu müddətdə gərginlik davam edəcək.

Analitiklərin fikrincə, təhlükəsizlik və enerji sahəsində müştərək planlar olarsa, bu gərginliyin arxa plana keçmək ehtimalı yüksəkdir. Azərbaycan-İran münasibətləri iki il əvvəlki kimi deyil və artıq müsbət tendensiyalar müşahidə edilir. Xüsusilə, Azərbaycan-Qərb münasibətlərinin soyuması fonunda Bakı-Tehran münasibətləri xeyli dərəcədə yaxşılaşa bilər. Bəzi təhlilçilər belə hesab edir ki, Tehranın nüvə silahına malik olması böyük dövlətlər üçün təhlükədir. Nüvə istiqamətində tədqiqatların dayandırılması isə həm İranın aqressivliyinin qarşısını ala, həm də onu Avropa, Rusiya və Çinlə əməkdaşlığa açıq saxlaya bilərdi.

Sədrəddin Soltan - Sputnik Azərbaycan
İran-ABŞ gərginliyi nə ilə nəticələnəcək - politoloq şərh edir

Üçtərəfli görüş zamanı İranın Suriyadakı rolu ilə bağlı müzakirələrin aparılacağı da ehtimal olunur. Bu məsələyə ekspertlər ciddi əhəmiyyət verirlər. Tehranın Suriyadan tamamilə sıxışdırılması mümkün deyil. İran həm də Rusiyanın Suriyadakı müttəfiqi, Astana prosesinin iştirakçısıdır. Tehran Bəşər Əsəd ordusuna indi də yardım göstərir. Əslində, ekspertlərin fikrinə görə, həmin ordu sıralarında İrandan olan hərbçilər üstünlük təşkil edirlər.

Bütün bunların fonunda İranı Suriyadan geosiyasi və hərbi qüvvə olaraq necə ata bilərlər? Amerika və İsrail məhz buna çalışırlar. Nəticədə, regionda gərginlik daha da çoxalır. Əsas məsələ yenə də İranın Suriyadakı varlığının məzmun və miqyasının kim tərəfindən müəyyənləşdirilməsindədir. Avropa arzulayır ki, bu məsələdə də ip Aİ ilə Rusiyanın əlində olsun. Tehran üçün kənardan sərhəd müəyyənləşdirsinlər və o, ona sözsüz əməl etsin. İranın belə bir mövqeni qəbul etməsi mümkünsüz görünür.

Üçüncü addım kimi İranın regionun gələcək təhlükəsizlik sistemində yeri və rolunu müəyyənləşdirmək nəzərdə tutulur. Bu bənd daha çətin, lakin ən əhəmiyyətli hesab edilir. İranı hər hansı bir şəkildə Yaxın Şərqin gələcək təhlükəsizlik sistemində nəzərdə tutmaq, faktiki olaraq, bu sistemi yaratmamaq deməkdir. Heç bir arqument bu tezisi dəyişə bilməz. Bunun tarixi, siyasi, geosiyasi və hərbi səbəbləri var.

Ancaq hesab edilir ki, İranın da daxil olduğu "inklüziv kollektiv təhlükəsizlik sistemi"nin hətta 3-5 ilə yaranması çox çətindir. Buna baxmayaraq, Rusiya və Avropanın belə bir sistemə ortaq baxışının olması mühüm nailiyyət və həm Tehran, həm də onun regiondakı rəqibləri üçün aydın siqnal olardı. Görünür, bu mesajda əsas məqam ABŞ-la İran arasındakı münaqişənin Yaxın Şərqin taleyində həlledici olmaya da biləcəyindən ibarətdir. Bu kontekstdə Avropa ilə Rusiya İranla region dövlətləri arasında etibarlığı artıra biləcək incə addımlar ata bilərlər. Konkret deyilsə, Avropa Rusiyanı öz yanına çəkib, Vaşinqtonun planlarını pozmağı təklif edir.

Флаги США и Ирана, фото из архива - Sputnik Azərbaycan
YAZARLAR
İran ətrafında proqnozlaşdırılması mümkün olmayan oyunlar gedir

Bütün bunlar təbii ki, maraqlı olduğu qədər də düşündürücüdür. Çünki hiss olunur ki, İran məsələsi ətrafında, bütövlükdə Yaxın Şərqdə geosiyasi mənzərənin yenidən formatlaşdırılması prosesi meydana gəlir. Burada görünən başlıca məqam ondan ibarətdir ki, regionun taleyini yerli xalqların və dövlətlərin deyil, kənarda olan böyük geosiyasi güclərin müəyyənləşdirməsinin vacibliyi kursu seçilib. Bu baxımdan, kənar qüvvənin Amerika, Aİ, Rusiya və ya Çin olmasının elə bir əhəmiyyəti yoxdur. Yanaşmanın fəlsəfəsi İkinci Dünya Müharibəsindən sonrakı ab-havanın saxlandığına dəlalət edir. Supergüclər indi də özlərini yeni müharibənin qalibləri kimi aparmağa çalışır və bu mövqedən çıxış edərək dünyanın istənilən regionunda özlərinə uyğun bölgü aparmağı düşünürlər.

Şübhə yoxdur ki, bu cür düşüncə bəşəri deyil və milyonlarla insanın yeni fəlakətlərə sürüklənməsinə yol açır. Yaxın Şərqin taleyini regionda yerləşən dövlətlər və orada yaşayan xalqlar müəyyən etməlidirlər. Kənardakılar müdaxilə etməməlidirlər. Suriya necə dövlət olacaq və ya İraqda hansı quruluş seçiləcək, İranda hansı silahlar istehsal olunacaq kimi məsələlər həmin dövlətlərin daxili işləridir. İstənilən halda Rusiya, Azərbaycan və İran dövlət başçılarının sammiti bölgədə cərəyan edən proseslərə aydınlıq gətirmək imkanındadır...

Xəbər lenti
0