Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İran ətrafındakı oyunlar və neftin qiyməti: Nə gözləmək olar?

© AFP 2024 / KAREN BLEIERAmerikanın Şimali Dokota ştatının Tioqa şəhərində Hess neft-qaz emalı zavodu
Amerikanın Şimali Dokota ştatının Tioqa şəhərində Hess neft-qaz emalı zavodu - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Neft bazarında dalğalanmanın olması ehtimalı çox yüksəkdir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 26 may — Sputnik. "Bu həftə ABŞ-da neft ehtiyatları və hasilatı kəskin artıb. Təqribən 5 milyon barelə yaxın ehtiyatların artması və hasilatın isə yenidən 12 milyon 300 min barelə çatması ilə bağlı rəsmi məlumatlar açıqlanıb. Bu və ya digər hadisələr neft bazarına çox ciddi mənfi təsir göstərib və təxminən 5 faizə yaxın neftin qiymətləri düşüb".

Bunu iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib.

Трехсторонняя встреча глав МИД Азербайджана, России и Ирана в Баку - Sputnik Azərbaycan
Tehran özünə qarşı təhlükəni sovuşdurmaq üçün radikal təkliflə çıxış edib

Onun sözlərinə görə, əslində dünyada baş verən geosiyasi və hərbi gərginliyi, habelə bir çox neft ölkəsində və ya ətrafında baş verən narahatlıqları nəzərə alsaq neft qiymətlərində kəskin bahalaşma gözlənilirdi: "Çünki Venesuela ətrafında baş verən məsələlər öz həllini tapmayıb və bu ölkədə neft hasilatı kəskin aşağı düşüb. ABŞ sanksiyalarına görə, Venesuelada neft satışı minimuma enib. İrana qarşı sanksiyalar daha da sərtləşib. İran öz tarixində ən az neft ixrac etdiyi dövrə qədəm qoyub. Sanksiya ilə bağlı may ayından bəri İranın neft ixracatı 500 min barelə düşüb. Halbuki İranın 3,5 milyon barel ixracat potensialı var. Liviya ətrafında çox gərgin proseslər gedir. Liviyada da gündəlik potensial hasilat 1,8-2 milyon barel civarındadır. Neft ölkələrində və ətrafında baş verən hadisələr neft qiymətlərinin kəskin bahalaşmasına səbəb olmalı idi".

"Amma son bir neçə gündə neft qiymətlərinə ciddi təsir edəcək statistik məlumatlar və siyasi bəyanatlar səsləndirilib. Ticarət müharibələrinin çox ciddi şəkildə qızışdığının şahid olduq. Fikir formalaşıb ki, əsasən Çin ilə ABŞ arasında baş verən ticarət müharibəsi dünya ticarətinin zəifləməsinə və dolayısı ilə istehsalın azalmasına səbəb olacaq. Bu da enerji resurslarına tələbatın azalması ilə nəticələnəcək. Ona görə də bu, neftin qiymətlərinə çox ciddi mənfi təsir göstərib"-deyə ekspert bildirib.

O bildirib ki, bundan başqa, Avropa İttifaqının böyümə rəqəmləri açıqlanıb: "Son rəqəmlərə görə, Avropa İttifaqında iqtisadiyyatın ciddi şəkildə zəifləməsinin şahidi oluruq və artım tempi çox aşağı düşüb. Neft bazarında istənilən istiqamətdə təlatümlü dalğaların olması ehtimalı hələ də yüksəkdir. Yəni neftin qiyməti düşə də bilər, qalxa da bilər. Məsələn, İran ətrafında vəziyyət daha da gərginləşsə, ixracatı sıfıra düşərsə, neftin qiyməti qalxacaq".

İqtisadçı-ekspert Natiq Cəfərli  - Sputnik Azərbaycan
OPEC ölkələri neft hasilatını azaldacaqmı - ekspert şərhi

"Ancaq görürük ki, neft qiymətlərini yuxarı çəkə biləcək amillər ancaq siyasi və hərbi amillər ilə bağlıdır. Sırf iqtisadi səbəblərdən neft qiymətlərinin bahalaşması ilə bağlı heç bir işarə, işartı yoxdur. Dünyada hərbi-siyasi gərginlik azalacaqsa, neft qiymətlərinin kəskin aşağı düşməsinin ehtimalı yüksələcək" - deyə o söyləyib.

Ekspertin fikrincə, bu ilin sonunadək qiymətin təxminən 60-70 dollar arasında olması ehtimalı daha yüksəkdir: "Amma dalğalanmaların olması ehtimalı çox yüksəkdir. Hərbi-siyasi gərginliklər tam aradan qalxmasa, neft qiymətlərinin daha kəskin ucuzlaşması ehtimalı bu ilin sonunadək görünmür".

Xəbər lenti
0