Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Yaxın Şərqdə xain plan: "Böyük Ermənistan", "Böyük Kürdüstan" və "Böyük İsrail"

© AFP 2024 / DELIL SOULEIMANKürd nümayişçilər Türkiyə-Suriya sərhədində
Kürd nümayişçilər Türkiyə-Suriya sərhədində - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ kəşfiyyatına və Pentaqona bağlı strukturlar tərəfindən çəkilən xəritələrində Azərbaycan ərazilərinin bir hissəsinin də "Kürdüstan"ın tərkibində göstərildiyi məlumdur

BAKI, 15 yanvar — Sputnik. ABŞ və Türkiyə arasında yaşanan gərginlik dünya mediasının əsas təhlil mövzularındadır. Ötən ilin sonlarından başlanan yeni gərginlik tendensiyası inkişaf edir və hər kəsi bu prosesin nələrə səbəb ola biləcəyi düşündürür.

Elxan Şahinoğlu  - Sputnik Azərbaycan
Politoloq: “Türkiyə Suriyada ABŞ-la üz-üzə qala bilər”

2018-ci il dekabrın 24-də ABŞ prezidenti qoşunların Suriyadan çıxarılması haqqında sərəncam imzalayıb. Ağ Ev tərəfindən qoşunların çıxarılması barədə bəyanat verildikdən sonra ABŞ müdafiə naziri Ceyms Mettis və ABŞ-ın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makqerq istefaya gedib.

Digər tərəfdən Vaşinqtonun bölgədəki kürd terrorçulara dəstək verəcəyi söylənilir. Amerika rəhbərliyi özü də etiraf edir ki, qoşunların regiondan çıxması Pentaqonun kürd terrorçulara dəstəyini kəsəcəyi anlamına gəlmir. Vaşinqtonun bu cür mövqeyi rəsmi Ankara tərəfindən çox sərt qarşılanır.

Bu arada ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Türkiyə səfərini yekunlaşdıraraq ölkəsinə geri dönüb. Prezidentlə görüşəcəyi istisna edilməyən Bolton Ərdoğan tərəfindən qəbul edilməyib. Məlumata görə, Boltonun Suriyadakı kürdlərin təhlükəsizliyinə dair Ankaradan zəmanət istəməsi Türkiyəni hiddətləndirib.

Göründüyü kimi, bölgə yenidən ziddiyyətli məqamlara, toqquşma və qarşıdurmalara meydan olmağın astanasındadır. Yaxın Şərqdə məzhəb və etnik qarşıdurmanın daha da dərinləşəcəyi ehtimalı böyükdür. Aparıcı ölkələr etnik və dini amildən istifadə edərək müxtəlif savaşçı qruplar formalaşdırıblar. Hazırda real döyüş aparanlar içərisində bu növ qüvvələr az deyil. Bölgənin böyük dövlətləri arasında münasibətlər də gərginləşməkdədir.

Tərəflər seçim etmək zorundadır. Ya ABŞ-ı, ya da Rusiya-İran tandemini dəstəkləməlidirlər. Bu da təbii olaraq ciddi problemləri meydana çıxara bilər. O halda bütövlükdə Yaxın Şərqdə ölkələr arasında münaqişələr dərinləşir.

Vurğulanan məqamlarla yanaşı, Yaxın Şərq ətrafındakı regionlara terrorun və ixtilafların sıçraması istisna edilmir. Bu baxımdan, ehtimal edə bilərik ki, Yaxın Şərq yaxın zamanlarda münaqişələrdən nəinki xilas olmayacaq, hətta daha geniş miqyasda hərbi toqquşmalar səhnəsinə çevriləcək. Burada bir sual meydana çıxır. ABŞ-ın dəyişkən mövqeyi nəylə bağlıdır? Ümumiyyətlə, Amerika qoşunlarının bu və ya digər formada Suriyadan çıxma ehtimalı varmı?

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu - Sputnik Azərbaycan
Türkiyə-ABŞ qarşıdurması pik həddinə çatır

Məsələ ondadır ki, ABŞ prezidenti Donald Tramp İsrailin maraqlarına xidmət etdiyini gizlətmir. Yaxın Şərqdə ABŞ-ın müsəlman ölkələrinə isti münasibətini gözləmək yersizdir. O cümlədən regionda ABŞ-ın yeni dövlətlər yaratmaq planları barədə fikirlər formalaşdırır. Amerikanın İraq və Suriyada kürdlərə xüsusi diqqət yetirməsi bu aspektdə təsadüfi görünmür. Bu isə Vaşinqtonun Yaxın Şərqdə qərəzli mövqe tutduğunu, ikili standartlar siyasəti yeritdiyini təsdiqləyir. O halda Amerikaya qarşı koalisiyanın meydana gələ bilməsi ehtimalını istisna etmək olmaz. Çünki söhbət birbaşa Suriya, İraq, İran və Türkiyənin ərazi bütövlüyünün pozulmasından gedir. Əlavə olaraq, həmin dövlətlərin ərazisində onlara heç də dost olmayan yeni bir dövlətin yaradılması ehtimalı mövcuddur.

Bütün bunlara baxmayaraq, Türkiyə bölgədə əməliyyata başlamaqda israrlı görünür, amma bunu Ankara üçün tələ adlandıranlar da var. "Əməliyyat zamanı Vaşinqtonla Ankara arasında ciddi anlaşmazlıq meydana çıxa bilərmi" sualı hər kəsi düşündürür.

Şərhçilər belə hesab edirlər ki, ABŞ-ın Suriyadan çəkilməsi Türkiyənin mövqeyini gücləndirir. Türkiyə bölgənin ən güclü oyunçularından birinə çevrilib. Bu inkişaflar Türkiyəni regional oyunçular üçün qara qutuya döndərir. Türkiyə öz xarici siyasət hərəkətlərində daha az proqnozlaşdırıla bilir.

Ankara geosiyasi məqsədlərinə yetişmək baxımından daha sərt ola bilər, o cümlədən kürd təhlükəsinin aradan qaldırılmasında kəskin mövqe tutar. Türkiyə Suriyada daha çox iştirakçılıq təklifinin Ankaranın təhlükəsizliyini təhdid edəcəyini başa düşür. Türkiyənin Rusiya, Suriya ordusu və İranla birbaşa toqquşması halında, Türk Ordusu itkilərə məruz qala bilər. ABŞ-ın geri çəkilməsi İŞİD-ə qüvvələri yenidən qurmaq və regionda sabitliyə təhlükə yaratmaq imkanı verir. İŞİD-in dirilişi isə Amerikanın bölgəyə geri dönməsi planı ola bilər. Bu amil Vaşinqtonun qüdrətli əlləri olmadan "hamının çarəsiz olduğunu" dünyaya sübut edər. Bu baxımdan, Ankara boşluqdan yararlanmaq istəyir və vaxtında geri çəkilməyi bacarsa, onun üçün qazılmış tələyə düşməyə bilər.

Burada bir məsələyə də diqqət yetirmək lazım gəlir. Bölgədəki kürd terrorçulara dəstək məsələsi yenidən gündəmdədir. Hətta Ağ Evin planlarında "kürd dövləti"nin də olduğu vurğulanır.

Государственный секретарь США Майк Помпео и президент США Дональд Трамп в Белом доме. Архивное фото  - Sputnik Azərbaycan
ABŞ dövlət katibindən Türkiyə ilə bağlı qalmaqallı bəyanat

Maraqlıdır ki, Ağ Evin "Böyük Orta Şərq" planı Kürdüstan dövlətinin yaradılmasını da ehtiva edir. Plana əsasən, İraq üç hissəyə (kürdlər, şiələr və sünnilər), Türkiyə, İran və Suriya da müəyyən hissələrə parçalanaraq əvəzində "Kürdüstan dövləti" yaradılacaq. ABŞ Yaxın Şərqdə monoetnik və təkməzhəbli bir neçə dövlət yaratmaq niyyətindədir.

XIX əsrin əvvəllərindən başlayaraq kürdlər dövlət yaratmaq üçün Amerika və İngiltərə kimi imperialist qüvvələrlə gizli şəkildə müttəfiqlik edirlər. Yaxın Şərqdə münaqişələr yaratmaq və terrorlar həyata keçirmək üçün kürd separatçıları Qərbin bölgədəki könüllü agentləridir. Kürdlərin separatçı qanadı "Kürdüstan dövləti" yaradılması qarşılığında Amerika və İngiltərənin istədikləri bütün planları yerinə yetirməyə və onlar üçün yaradılacaq ölkənin həmin qüvvələrin çəkdiyi xətdən kənara çıxmamaq sözünü veriblər. ABŞ və Britaniyanın kürdləri qızışdırıb ayağa qaldırmasında əsas niyyət Türkiyə və İranın parçalanmasına nail olmaqdır. Yaradılacaq "Kürdüstan" ABŞ-ın Şərqdəki ən güclü forpostu olmaqla yanaşı, bölgədə söz sahibi olan dövlətlərə qarşı dağıdıcı zireh rolunu oynayacaq. ABŞ bölgəyə girişini rahatlaşdırmaq üçün müqavimət göstərən ölkələrə kürdlərin separatçı qanadını əsas problem kimi qabağa verir.

Vaşinqtonun planlarını həyata keçirmək üçün kürdlərin qarşısına qoyduğu ilk iş bölgə dövlətlərini Amerika ilə mübarizədə zəiflətməkdir. İsraillə müttəfiq olacaq "Kürdüstan" ABŞ-ın adından regionda əhəmiyyətli neft yataqlarına tam nəzarəti ələ keçirməyi planlaşdırır. İlk əvvəl Ağ Ev planlarını sistemli şəkildə həyata keçirmək üçün dünya ictimaiyyətini "kürd həqiqətləri"nə "inandıra" bilib. Planın ikinci mərhələsində tarix boyunca tayfa quruluşundan xilas ola bilməyən kürdlərin özünü millət kimi hiss etməsi və dünyaya özlərini bu cür təqdim etməsi reallaşdırir.

Üçüncü mərhələdə isə ABŞ hökuməti, yaşadıqları dövlətlərdə kürdlərin öz müqəddəratını təyinetmə hüququnu verir. Bölgədə "Kürdüstan dövləti"nin qurulması region üçün böyük fəsadlar törədə bilər. İraqın parçalanması hesabına "müstəqil kürd dövləti"nin elan edilməsi uzunmüddətli planda Türkiyə, Suriya, İran və Azərbaycan kimi ölkələrdə ciddi risklər meydana çıxaracaq. Belə ki, "müstəqil kürd dövləti"nin meydana çıxması "Böyük Kürdüstan" layihəsinin tərəfdarlarını fəallaşdıracaq, nəticədə həmin ölkələrdə yaşayan etnik kürdlər arasında separatçılıq meylləri güclənəcək. Analitiklərə görə, İsrail müstəqil kürd dövlətindən məhz İran kürdləri arasında separatçılığı qızışdırmaq və nəticədə bu ölkəni parçalamaq üçün yararlanmağa çalışacaq. Onu da unutmayaq ki, Türkiyə ilə Azərbaycanı birləşdirən Transanadolu Qaz Kəməri "müstəqil kürd dövləti"nin Türkiyə üzərindən Avropaya qaz ixracına imkan yarada bilər. Planlaşdırılır ki, TANAP-la nəql olunacaq 16 milyard kubmetr qazın 6 milyard kubmetri Türkiyədə sərf olunacaq, qalanı isə Avropaya nəql ediləcək. Lakin Türkiyənin qaza olan tələbatı artır.

ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan
Türkiyə və ABŞ prezidentləri yenidən telefonla danışdılar

Bu baxımdan Türkiyə gələcəkdə İraqın şimalında, kürd bölgəsində hasil olunan təbii qazın da TANAP vasitəsilə nəqlində maraqlıdır. Belə ki, "İraq Kürdüstanı" 2020-ci ildən etibarən ildə 10 milyard kubmetr qaz ixrac etmək imkanında olacaq. ABŞ-ın məsələyə münasibəti rəsmən müəyyən olmasa da, bölgədə İsraillə müttəfiq olan "müstəqil kürd dövləti"nin meydana çıxması indiki situasiyada Vaşinqtonu tamamilə qane edir.

Bir halda ki, İraqın parçalanması qaçılmaz görünür, o zaman nədən Vaşinqton daimi müttəfiqlərini dəstəkləməsin?! "Böyük Kürdüstan"ın tərkibinə təkcə Şimali İraqdakı Muxtariyyəti deyil, Mosul, Kərkük, Türkiyə, İran, Suriya, Ermənistan və Azərbaycan ərazilərinin bir hissəsi də daxil edilir. Söhbət hazırda Ermənistanın işğalı altında olan Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarından gedir.

Bu plana əsasən bölgədə İraq, Suriya, Türkiyə və İran əraziləri hesabına müstəqil kürd dövlətinin yaradılması də nəzərdə tutulur. "Kürd dövləti"nin ABŞ kəşfiyyatına və Pentaqona bağlı strukturlar tərəfindən çəkilən xəritələrində Azərbaycan ərazilərinin bir hissəsinin də "Kürdüstan"ın tərkibində göstərildiyi məlumdur.

Bu arada Suriyanın şimalında nəzarəti ələ keçirən, PKK-ya bağlı olan PYD qruplaşmasının liderlərindən birinin türk telekanallarına "Azərbaycandan dəstək alırıq" məzmunlu sensasion açıqlama verdiyi barədə xəbərlər dolaşmaqdadır.

Qeyd edək ki, bölgədə hadisələr kürdlərin heç bir müqavimətə rast gəlmədən Suriyanın şimalında - Türkiyə sərhədləri ilə hazırda ağır döyüşlərin getdiyi Hələb şəhəri arasında yerləşən Afrin, Kobani, Aynel Arap və Kamışlı bölgələrinə nəzarəti ələ keçirməsindən sonra dramatik xarakter alıb.

Göründüyü kimi, dünyanın böyük güclərinin bölgənin xəritəsini yenidən cızmaq planlarında "kürd məsələsi" ciddi yer tutur. Ona da diqqət yetirək ki, Yaxın Şərqdə mühüm rol oynayan tərəflərdən biri də Rusiyadır. Hələlik prosesləri nisbətən kənardan izləyən Moskvanın, Türkiyənin hərbi əməliyyatlara başlamasından sonra mövqeyi dəyişə bilər. Rusiya, İran, ABŞ, və Əsəd rejimi ilə razılığa gəlinmədən Türkiyənin burda hər hansı ciddi hərbi uğurlara imza atması olduqca qəliz məsələdir. Hələ ki, bütün bu ölkələr heç bir fəal müdaxilə etmədən sadəcə müşahidə aparmaqla kifayətlənirlər. Regional güc balansı nəzərə alınmadığı təqdirdə isə Türkiyəni bölgədə ciddi məğlubiyyət gözləyə bilər. Yaxın Şərqdə daha da dərinləşən böhran böyük ehtimalla Türkiyənin yeni xarici siyasət kursu götürməsinə səbəb olacaq. Rəsmi Ankaranın hər keçən gün ABŞ-a olan müttəfiqlik inamı daha da azalır. ABŞ-ın da passiv mövqeyi Türkiyəni Rusiya və İran bloku ilə daha da yaxınlaşmağa vadar edir. Türkiyə artıq açıq-aydın görür ki, Vaşinqton Suriya məsələsində hələ uzun müddət daha heç bir ciddi uğur əldə edə bilməyəcək.

Türkiyə-Suriya sərhədi İŞİD-dən təmizləndi - Sputnik Azərbaycan
ABŞ Suriya-Türkiyə sərhədinə müşahidə nöqtələri yerləşdirdi

"Böyük Yaxın Şərq" layihəsinin gündəmə gətirilməsindən sonra Amerikanın bəzi beyin mərkəzləri və araşdırmaçıları, Pentaqona və Mərkəzi Kəşfiyyat İdarəsinə yaxın hesab edilən ekspertləri "müstəqil Kürdüstan" xəritəsini müxtəlif versiyalarda cızmağa və yaymağa başladılar. Məsələn, 2008-ci ildə ABŞ Konqresi Araşdırmalar Mərkəzi tərəfindən hazırlanan "Səddamdan sonra kürdlər" hesabatında Cənub-Şərqi Anadolu ilə Şərqi Anadolu bölgələri Kürdüstan sərhədləri içərisində göstərilirdi. Hesabatda İraq Kürdüstan Regional rəhbərliyinin müstəqillik istəyən məlumatına yer verilərkən Türkiyə, İran və Suriya ilə İraqdakı şiə və sünni qrupların bu cəhdə qarşı çıxdığı ifadə edilir. Hesabatda PKK-nın terrorçu təşkilat olduğu vurğulansa da separatçı təşkilat mənsublarından partizan deyə söz edilməsi də diqqət çəkirdi. Hesabata əlavə edilən xəritədə Azərbaycan ərazilərinin bir hissəsi də "Kürdüstan"ın tərkibində göstərilmişdi.

Həmin il Pentaqona bağlı "The Atlantic Monthly" jurnalında da buna bənzər xəritə yayılmışdı. Türkiyəli təhlilçi Sinan Oğanın qənaətinə görə, "Böyük Yaxın Şərq" layihəsinin əsas məqsədi regionda ABŞ və İsrailin mövcudluğunu saxlamaq, "Böyük Ermənistan", "Böyük Kürdüstan" və "Böyük İsrail" adlarında üçlük yaradaraq İslam və türk dünyasına qarşı çıxmaqdır. Qeyd edək ki, 2003-cü ildə ABŞ-ın Səddamı devirmək üçün İraqa müdaxilə edəndə AKP iqtidarı bu əməliyyata dəstək vermədi və nəticədə qazanan kürdlər oldu - İraqın şimalında de-fakto kürd dövləti meydana çıxdı. Bu gün Türkiyə 2003-cü ildə yol verdiyi səhvləri düzəltməklə məşğuldur...

Xəbər lenti
0