Suriyanın şimali-şərqində kürd qruplaşmalarının mövqelərinə hücum edəcəkləri halda, Türkiyəyə iqtisadi zərbə vurulacaq. Bu haqda ABŞ prezidenti Donald Tramp bildirib.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, ABŞ qüvvələri Suriyada olduğu müddətdə Türkiyənin ora qoşun yeritməsi mürəkkəb məsələdir:
“Türkiyə prezidenti demək olar ki, bütün çıxışlarında Suriyaya qəfil daxil ola biləcəklərini bildirir. Amma o da məlumdur ki, Türkiyə Suriyaya daxil olsa ABŞ-la üz-üzə qala bilər. Əgər bu baş versə, münasibətlər gərginləşəcək. Ona görə də tərəflər ehtiyyatlı davranmağa çalışır. ABŞ-da bəzi dairələr Türkiyəyə qarşı sərt addımların tərəfdarıdır. Ancaq Türkiyə qətiyyətlidir və terror yuvalarını təmizləmək istəyir”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz