Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Oturduğun yerdə əngələ keçmək belə olur: İndi kimin yaxasından yapışasan...

© pixabay / HAMZA BUTTМужчина в депрессии, фото из архива
Мужчина в депрессии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Tövbə, nəinki son 2-3 gündə, heç son 2-3 ayda, əşşi nə ay, heç 2-3 ildə yolun o küçədən düşməyib

BAKI, 12 noyabr — Sputnik. Üç tərəf var, deyilmi: Satan, alan, hakim - hökm verən, ya da nəzarətçi - ədalətin təmin olunmasına nəzarət edən? İbtidai münasibətlər sistemindən ictimai münasibətlərə keçid də, elə bu üçtərəfli zərurətin məhsulu deyildimi?

Yəni: Satan alanı aldadır və alan gedib satanı vurub öldürməkdənsə (ən ibtidai formasiyada olduğu kimi), üçüncü tərəfin - tərəfsiz birinin hökm verib, haqqı bərpa etməsini (ictimai formasiyaya xas şəkildə) istəyir.

Azərbaycan yol hərəkəti qaydalarının pozulmasının statistikası - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Azərbaycanda sürücülərə 34 milyon manat cərimə yazılıb

Deməli, insan oğlu vurub öldürməyə o qədər də həvəsli deyil, ta ki, məcburiyyətlərə məcbur buraxılanadək…

Məsələn, hesab edək ki, biz ibtidai icma quruluşunda yaşayırıq. Amma daha üstün ictimai-hüquqi münasibətlər sisteminə keçmək haqda düşünürük.

Elə bu arada SMS-bildiriş gəlir ki, "Ey gümüşü rəngli "Mercedes C-klass"-ın sahibi! Siz noyabrın 9-da, Mirəli Qaşqay küçəsində, sürət həddi 60 km/saat olan ərazidə 85 km/saat sürətlə keçmisiniz, xahiş edirik, aparın (gətirin) xoşluqla 50 manat cərimənizi ödəyin".

Əvvəl duruxursan, yan-yörənə boylanırsan ki, "a dostlar, kiminsə telefonu məndə qalıb, kiməsə radar gəlib, pozmayın da, bu qaydaları". Baxırsan ki, yox e, evdəsən, külfət də o yanda paltar ütüləyir.

Sonra eyvandan aşağı boylanırsan: 2 saat əvvəl park etdiyin qara rəngli "Toyota Corolla" o tərəfdən sənə "əl yelləyir".

Qalır Mirəli Qaşqay küçəsi... A tövbə, nəinki son 2-3 gündə, heç son 2-3 ayda, əşşi nə ay, heç 2-3 ildə yolun o küçədən düşməyib. Düşməyib də, qardaşım, ehtiyac yaranmayıb, düşməyib.

Və bir neçə ictimai formasiyanın üstündən tullanmış mədəni adam kimi gedib müvafiq ünvana buyurursan ki, "ey hörmətli mamont, axı, belə deyil, elədir". Muhattabın da qayıdır ki, "Sən radardan ağıllısan? Əəə, yeri get, zi... cəriməni ödə".

Təbii ki, qanun da, qayda da, haqq-hüquq da sənin tərəfindədir. Amma indi gəl, 50 manatdan ötrü 200 manata vəkil tut və işini-gücünü buraxıb məhkəmə qapılarına ayaq döy.

Yooox, ağlınıza başqa şey-zad gəlməsin. Başqa cür də ola bilməz, biz mamont ovçusu-zad deyilik, axı, "moment" adamıyıq - "moment"imizi gözləməliyik.

İstilik sistemi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Kombi sistemindən əziyyət çəkənlər üçün - Araşdırma və qalmaqallı iddia

Ya da, yenə deyək ki, biz ibtidai icma quruluşunda yaşayırıq. Amma daha üstün ictimai-hüquqi münasibətlər sisteminə keçməq haqda düşünürük.

Elə bu arada, evdə oturduğun yerdə evin qızdırıcı sistemi olan kombi sönür. Heç bir səbəb-filan olmadan - kefi sönmək istəyir, sönür. Ora-burasını qurdalayırsan, xeyri yoxdur, "a kişi, imkan ver, dincələk, dəəə" deyir.

Aha, dərdini kiməsə deməlisən axı, ibtidaidən daha mədəni quruluşa keçid niyyətindəsən, axı, gedib vurub öldürəsi deyilsən, axı.

Deyək ki, gedib vurub öldürmək istədin, kimin təpəsinə çökəcəksən? Satanınmı? - Hansı satanın? İstehsalçınınmı? - Başın xarabdır, hara gedirsən? Qaz idarəsininmi, işıq idarəsininmi, su idarəsininmi? - Camaatı özünə güldürmək istəyirsən?

Deməli, üçüncü şəxsə - haqqı pozulanın haqqını təmir, lənət şeytana, bərpa edəcək olanın üstünə gedəcəksən... Yəni, kimin? Kimin...?

Yəni, kim sənin sönmüş çırağınla qarşıdakı labirinti aydınlatmaq missiyasını üzərinə götürər?

Yaxud, o (hər kimsə) - üstünə cumduğun ünvan - deməzmi ki, "ay oğ...ul, kombin zaydır, sənə "fiktivni" mal "sırıyıblar", mavi qazın üzü qara olsun - tərkibi it günündədir, elektrik camaatla mırt tutmağı sevir - tez-tez "göz vurur", su da başdanxarabdır - beyni çönəndə, "atına qamçı vurur", ağlı səngiyəndə, "qantarğasını çəkir". Yaxşı, indi mən kimin yaxasından yapışım?"

Deməzmi? Deyər, təbii! Hələ, üstəlik göz də vurar ki, "odekalonun" çatırsa, get, vur, öldür - hansını istəyirsən, parfümün boldursa, hamısını.

Əşşi, boş verək cəriməsini, kombisini, üçüncüsünü, dördüncüsünü. Mamont canı! Hələ keçməmişik ki?! Misalən deyirik ki, "ibtidaidəyik və ictimaiyə keçmək istəyirik". Xoşumuza gəlməzsə, heç keçmərik. Kef bizim deyil?

Xəbər lenti
0