2018-ci ilin yanvar-iyul aylarında respublika ərazisində 1 619,7 inzibati hüquq pozuntusu və Yol hərəkəti qaydalarının pozulması halları qeydə alınıb. Yol hərəkəti qaydalarının pozulmasına görə 34, 1 milyon manat dəyərində cərimə nəzərdə tutulub.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin bu barədə məlumatında qeyd olunur ki, həmin cərimələrin 50,3 faizi sürət həddinin aşılması, 13,9 faizi yol nişanlarının tələblərinə düzgün riayət olunmaması, 12,4 faizi parklama qaydalarının pozulması, 10,5 faizi isə işıqforu qırmızı işıqda keçməyə görə yazılıb.
Ötən ilin analoji dövrü ilə müqayisədə yol-nəqliyyat qəzalarının sayı 5%, bu qəzalarda ölənlərin sayı 13%, bədən xəsarətləri alanların sayı isə 8,3% azalıb.
Azərbaycanda Yol hərəkəti qaydalarının pozulmasının statistikası barədə ətraflı məlumatla Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikada tanış ola bilərsiz.