CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kombi sistemindən əziyyət çəkənlər üçün - Araşdırma və qalmaqallı iddia

© Sputnik/Murad Orucovİstilik sistemi
İstilik sistemi - Sputnik Azərbaycan
Abunə olmaq
"İllərlə bu sahədə təcrübəmə söykənərək deyə bilərəm ki, kombinin qəfil soyuması, sönməsi və digər problemlərin su və qaz ilə əlaqəsi yoxdur"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 2 noyabr — Sputnik. Payız-qış mövsümü artıq başlayıb. Havalar günü-gündən soyuyur. Vətəndaşlar da məcburən evlərini isitmək üçün müxtəlif istilik sistemlərindən istifadə etməli olurlar.

Azəristiliktəchizat ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev - Sputnik Azərbaycan
Əliyev: “Yaşayış binalarında istilik sayğaclarının quraşdırılması qeyri-mümkündür”

Müasir dövrümüzdə əksər insanlar qızdırıcı kimi kombi sisteminə üstünlük verirlər. Təəssüflər olsun ki, digər istilik vasitələrindən daha az təhlükəsiz hesab olunan kombilər keyfiyyət baxımdan vətəndaşa, sözün bütün mənalarında "baha başa gəlir".

Ən yüksək qiymətə alınan kombi aparatı belə, normal işləmir, tez-tez hansısa hissələrində nasazlıqlar meydana çıxır. Bəzən gecə saatlarında qəfil sönür, bəzən isə isti su əvəzinə soyuq su verir. Ən narahatedici məqam isə odur ki, bu problemlər hər il təkrarlanır.

Servisi, təmiri baha başa gələn kombi sistemlərinin hansı səbəbdən bu vəziyyətdə olmasının isə əsas səbəbini heç bir usta tapa bilmir. Hansısa usta günahı kombiyə gələn suda, başqa birisi qazda, digəri isə kombinin keyfiyyətində görür.

Məsələ ilə bağlı şikayətlərin çoxluğunu nəzərə alıb, Sputnik Azərbaycan-ın əməkdaşı problemlərin, əslində, nədən və ya kimdən qaynaqlandığını araşdırıb. Bəlkə elə günah bizim özümüzdədir, aparatdan düzgü istifadə edə bilmirik və ya "dilini bilən" usta yoxdur? Problemlə bağlı bütün suallara mütəxəssislər aydınlıq gətiriblər.

Peşəkar kombi ustası İslam Mahmudov düşünür ki, əhalinin şikayət etməsi normaldır: "Çünki bu gün Azərbaycanda keyfiyyətli kombilər çox az saydadır. Hamısı Çində istehsal olunan keyfiyyətsiz mallardır ki, Azərbaycana gətirilib müştərilərə İtaliya və digər Avropa ölkələrinin adı ilə satılır. Heç bir malın üzərində sertifikat yoxdur".

"Ancaq Türkiyədən gətirilən bəzi kombi sistemləri bir qədər keyfiyyətlidir. Hətta deyim ki, bəzi kombilərin ehtiyat hissələri xaricdən gətirilir, Azərbaycanda yığılır. Təbii ki, keyfiyyəti aşağı olan bu məhsullar vətəndaşlara əzab verəcək" - İ.Mahmudov bildirib.

İstilik sistemi - Sputnik Azərbaycan
“Əliağa Kürçaylı-8”: istilik həm var, həm də yoxdu...

Usta kombi sisteminin su və qaza görə sıradan çıxması ilə bağlı səsləndirilən fikirlərə də aydınlıq gətirib: "Bu, doğru deyil. İllərlə bu sahədə təcrübəmə söykənərək deyə bilərəm ki, kombinin qəfil soyuması, sönməsi və digər problemlərinin su və qaz ilə əlaqəsi yoxdur. Hamısının səbəbi keyfiyyətsiz kombi sistemləridir".

Mütəxəssisin dediklərini dəqiqləşdirmək üçün kombi satışı ilə məşğul olan www.kombilər.az saytının ofis meneceri Günel İsayeva ilə də danışdıq. G.İsayeva Çindən məhsul almadıqlarını bildirdi: "Bizim kombilərimiz kifayət qədər keyfiyyətlidir. Hətta, zəmanət belə, veririk. Bu günə kimi şikayət olmayıb".

Şirkətin təmsilçisi günahın kombi ustalarnda olduğunu iddia etdi: "Problem ustalardadır. Onlar evlərin sahəsinə uyğun kombi sistemi quraşdırmırlar. Bu zaman kombi evi yetəri qədər qızdıra bilmir. Onda da problemi atırlar kombinin üzərinə. Halbuki, düzgün kombi seçilsə, belə problemlər olmur. Qeyd edim ki, kombi zavod qüsurlu da ola bilər, amma bu, çox az halda baş verir. Bizim təcrübəmizdə isə heç bu da yoxdur".

"O ki qaldı kombinin sönməsinə, payız-qış mövsümünə keçəndə kombinin rejimini dəyişmək lazımdır. Bunu etməyəndə kombilərdə belə problemlər yarana bilir. Həm də qaz az gələndə, kombi yaxşı qızdırmaya bilər" - deyə G.İsayeva əlavə etdi.

Menecer sertifikat məsələsinə də aydınlıq gətirdi: "Sertifikatlı kombilər gəlmir. Biz onlayn satırıq və sertifikat vermirik. Çünki biz kombini başqa mağazadan alırıq və üzərinə quraşdırma qiyməti qoyaraq müştəriyə satırıq. Çünki əks halda məhsul baha qiymətə başa gəlir və müştərilərə belə məhsul almaq sərf eləmir".

Nəsib Ələsgərovun evi  - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qaz idarəsi ilə vətəndaş arasında heyrətamiz çəkişmə gedir

İstehlakçıların Hüquqlarını Müdafiə İctimai Birliyinin (İHM İB) sədri Eyyub Hüseynov da vurğuladı ki. onlara kombilərlə bağlı şikayətlər gəlir: "Elə bu günlərdə bu barədə şikayət gəlib. Mir Cəlal küçəsi 1D ünvanında yaşayan sakin zəng etmişdi. Bildirirdi ki, dizaynı və üz hissəsi İtaliya firmasına xas olsa da, daxili Çində yığılan kombi sistemi satıblar ona. Məhsul keyfiyyətsiz çıxıb".

"Kombilərlə bağlı böyük problem var. Bu məhsullar məcburi sertifikatlaşdırılmalıdır. Nazirlər Kabinetinin qərarına görə də kombilər ölkəyə daxil olmazdan öncə sertifikatlaşdırılmalıdır. Təəssüflər olsun ki, Azərbaycanda kombi sistemləri sertifikatlaşdırılmadan ölkə bazarında satışa çıxarılır. Bu da istehlakçıların hüquqlarının pozulması deməkdir" – deyə Hüseynovsədri qeyd etdi.

Biz problemin kökünə işıq tutmağa çalışdıq və buna nə dərəcədə nail olduğumuza oxucu qiymət verəcək. Bundan sonrakı iş isə, kombiləri sertifikatşaldırmalı olan qurumların üzərinə düşür. Ümid edirik ki, daha çox insanın zərər görməməsi üçün aidiyyatı qurumlar bu məsələni nəzarətə götürəcək.

Xəbər lenti
0