Azərbaycanlı və erməni icmasının fəaliyyəti ictimai fəalın gözü ilə

© Sputnik / Alexander ImedashviliМост мира в Тбилиси
Мост мира в Тбилиси - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstan İnsan hüquqları üzrə Qafqaz Monitorinq Mərkəzinin rəhbəri Elbrus Məmmədov müsahibəsində Gürcüstanda yaşayan azərbaycanlıların hazırkı vəziyyətinə, diaspor təşkilatlarının fəaliyyətinə aydınlıq gətirib.

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 16 avqust — Sputnik. Gürcüstan İnsan hüquqları üzrə Qafqaz Monitorinq Mərkəzinin rəhbəri Elbrus Məmmədov Sputnik Azərbaycan-a müsahibəsində Gürcüstanda yaşayan azərbaycanlıların hazırkı vəziyyətinə, diaspor təşkilatlarının fəaliyyətinə aydınlıq gətirib. O, həmçinin Gürcüstanda fəaliyyət göstərən Azərbaycan və erməni ictimai təşkilatlarını müqayisə edib.

— Gürcüstandakı Azərbaycan ictimaiyyətinin hazırkı vəziyyətini necə qiymətləndirirsiz?

— Bu gün Azərbaycan icmasının təşkilatlarının vəziyyəti həm sosial şəbəkələrdə, həm də mətbuatda fəal müzakirə predmetidir. İndiyədək Gürcüstandakı azərbaycanlıların ictimai təşkilatlarda srturkurlaşması prioritet məsələ olsa da, həyata keçməyib. Həmçinin azərbaycanlıların maraqlarını qoruya biləcək regional əhəmiyyətli fəallar artıq demək olar ki, yoxdur. Təəssüflə qeyd etmək lazımdır ki, hələlik Azərbaycan icmasının öyünüləsi heç nəyi yoxdur.

— Bəs vəziyyəti necə dəyişmək olar?

— Məncə, Gürcüstandakı Azərbaycan icmasının, həmçinin bizim dövlətimizin buradakı maraqlarına cavab verəcək yeni ictimai və qurucu konsepsiyanın formalaşmasına ehtiyac var desək, yenilik olmaz. İlk növbədə etiraf etmək lazımdır ki, vəziyyət böhran həddindədir. Gürcüstandakı azərbaycanlı icması böhranlı vəziyyətdədir. Əgər bu böhrandan çıxmaq istəyiriksə, hər bir sahə üzrə vəziyyəti təhlil etməliyik. Bu tam və ictimaiyyətə açıq araşdırma olmalıdır. Hər sahə üzrə müzakirə aparmaq, nəticə çıxarmaq, tövsiyyələr vermək lazımdır. 

Продажа зелени, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Gürcüstanda Azərbaycan göyərtisinin qiymətinin qalxmasının şok səbəbi

Sonra əlbəttə ki, Gürcüstandakı azərbaycanlı icmasının mövcud olan bütün ictimai strukturlarının işini öyrənmək və təsnifatlaşdırmaq lazımdır. Yalnız bu araşdırma nəticəsində "xəstəliyi" müəyyən edərək "müalicə üçün resepti" yazmaq, yəni, icmamızın vəzifə və məqsədlərini müəyyənləşdirmək olar.

— Bəs azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyası necə gedir?

— Mən 10 ildir bəyan edirəm ki, icmamız ictimai fəallığı ölkənin mərkəzi olan Tbilisidə həyata keçirməlidir. Bu, ölkənin mərkəzi hakimiyyətinin, cəmiyyətin radikal əhval-ruhiyyəli hissəsinin milli azlıqlara qarşı olan istənilən şübhəsini aradan qaldırar, eyni zamanda "inteqrasiya" sözü sadəcə ifadə olmaz, Gürcüstandakı inteqrasiya siyasətinin əməli alətinə çevrilər. Yalnız bu halda azərbaycanlıların ictimai təşkilatlarının Tbilisidəki tədbirlərdə, görüşlərdə, treninqlərdə, dəyirmi masalarda iştirakına nail ola bilərik və bu, paytaxtdakı 1-2 nəfərin imtiyazı olmaz. Onda Gürcüstanda bizi görəcəklər.

— Sizin fikrinizcə, hansı icma Gürcüstanda daha uğurla fəaliyyət göstərir?

— Bu gün bir aktual məsələ də var. Söhbət digər icmaların strukturlaşması təcrübəsini öyrənməkdən gedir. Hazırda uğurla sınaqdan çıxarılmış icma işi və fəaliyyəti sistemlərinin tətbiqinə böyük ehtiyac var. Bizdən sonra Gürcüstanda ən çoxsaylı icmalardan biri erməni icmasıdır. Etiraf etmək lazımdır ki, bu icm digərləri ilə müqayisədə daha yaxşı konsolidasiya olunub və çox fəaldır. 

Участники акции против полицейского произвола у здания министерства внутренних дел Украины в Киеве - Sputnik Azərbaycan
Ukraynada erməni əsilli nazirə qarşı etiraz aksiyası keçirilir

— Gürcüstandakı erməni icmasının böyük fəallığı özünü məhz nədə göstərir?

— Məsələn, Gürcüstanda belə desək, "qapalı klublar", ölkənin rəsmi orqanları yanında "milli azlıqların məsələləri üzrə şuralar" mövcuddur.

Bu şuraları son 5-8 ildə yaradıblar. Prezident yanında, meriya yanında, ombudsman yanında və s. var. Maraqlıdır ki, bütün bu şuraların tərkibi eynidir və tərkibin 70-90%-ni etnik ermənilər və yaxud assimilyasiya olunaraq gürcü soyadı götürmüş ermənilər təşkil edir. Erməni diasporunun Gürcüstandakı erməni icmasının maraqlarının qorunması üzrə fəaliyyəti bu ölkənin rəsmi orqanları yanında "milli azlıqların şuralarının" çətiri altında həyata keçirilir. Bütün digər icmalar bu şuraların hər birində ciddi azlıqdadırlar. Bu məsələdə icmaların özlərinin günahı da az deyil.

Erməni diasporu üçün vacib olan bir çox məsələlər məhz bu şuralarda təmsilçilik vasitəsilə dəstəklənib: söhbət dövlət orqanlarında mövqelərin möhkəmləndirilməsindən, yüksək vəzifələrdən, dövlətə qarşı tələb irəli sürülməsindən gedir. Daha bir nümunə, bir neçə il ərzində Tbilisinin mərkəzində separatçıların bayrağı qaldırılanda Tbilisi şəhər hökuməti məhz bu şuranın fəaliyyətinin nəticəsində bu addımda "qeyri-qanuni heç nə" görmürdü. Şuşanın işğal günü ilə bağlı şənliklər məhz bu şuralarda təmsil olunanların himayəsi ilə adi hala çevrilir. Məsələn, 2011-ci ildən erməni diasporunun bir sıra tədbirləri məhz Tbilisi bələdiyyəsinin binasında keçirilir.

— Sizin fikrinizcə, hansı amillər erməni icmasının konsolidasiyasına və fəallığına təsir edir? Bunun arxasında kim və ya nə dayanır?

— Gəlin Gürcüstandakı erməni icmasının potensialı ilə Gürcüstandakı Azərbaycan icmasının tamamilə olmayan potensialını müqayisə edək. Son illərdə bizim apardığımız müşahidələr Gürcüstandakı erməni ictimaiyyətində kəmiyyət və keyfiyyət dəyişikliklərinin baş verdiyini deməyə əsas verir. Gənclər təşkilatlarında, uşaq təşkilatlarında və QHT-lərdə işin keyfiyyətinin yaxşılaşması, güclənməsi onu deməyə əsas verir ki, Ermənistan hökuməti, Avropadakı erməni donor təşkilatları Gürcüstanda hər cür fəaliyyət növlərini gücləndirməyə böyük əhəmiyyət verir. Bütün bunlar isə Gürcüstandakı Azərbaycan təşkilatlarının tamamilə səmərəsiz fəaliyyəti fonunda baş verir. Erməni təşkilatlarını isə işlədiyi istiqamətlər üzrə bu cür təsnifləşdirmək olar: 

Fransa polisi - Sputnik Azərbaycan
Avropada gürcü mafiyasına böyük zərbə

 

  1. beynəlxalq donorlar və təşkilatlarla
  2. Ermənistanla
  3. Gürcüstanın mərkəzi hakimiyyət orqanları ilə
  4. Gürcüstanın regional hakimiyyət orqanları ilə
  5. Gürcüstanın yerli hakimiyyət orqanları ilə
  6. Gürcüstanın ictimai və mədəni təşkilatları ilə
  7. Gürcü təşkilatlarındakı işçi fəallarla

 

Biz 2015-2018-ci illərdə erməni diasporunun təşkil etdiyi irimiqyaslı tədbirləri müşahidə etmişik. Gürcüstanda bu tədbirlər müntəzəm olaraq bütün Cavahetiya regonunu, Acarıstanı, Tbilisini əhatə edir.

Azərbaycan icması isə bu formada fəallığa heç yaxın da gəlmir.

Gürcüstandakı erməni diasporunun fəaliyyətində vacib yeri beynəlxalq təşkilatlar və donorlarla iş tutur. Erməni diasporu belə təşkilatları formalaşdırmağa, onların səlahiyyətlərini genişləndirməyə və gürcü hakimiyyəti ilə birbaşa dialoqa girməyə nail olur. Bu təşkilatlar Gürcüstanın hakimiyyət orqanlarında fəal lobbiçilik fəaliyyətini təşkil edirlər. Erməni diasporu hətta öz fəallarını Gürcüstan Konstitusiyasının dəyişdirilməsi üzrə Dövlət Komissiyasına daxil etməyə də nail oldu. Erməni icması beynəlxalq ictimaiyyətin Gürcüstanda təmsil olunan nümayəndələri ilə işi səfərbər və təşkil etməyi bacarıb. Gürcüstandakı bütün səfirliklərin də bu işlərə cəlb edilməsi məsələsində çox böyük potensiala malikdir. 

Тбилиси - Sputnik Azərbaycan
Gürcüstanı ruslardan sonra ən çox azərbaycanlılar ziyarət edir

Bir sıra ictimai təşkilatlar da var ki, onlar birbaşa Ermənistandan maliyyələşirlər. Bu təşkilatların çox böyük maliyyə və insan resursları var. Gürcüstanda böyük təbliğati işlər aparırlar. Zərurət olduğu halda maliyyə və könüllü yardım toplamaq potensialına malikdirlər. Qeyd etmək lazımdır ki, Gürcüstanda erməni diasporunun 150-dən artıq real şəkildə fəaliyyət göstərən ictimai təşkilatları var.

Amma Gürcüstanda əsas birləşdirici və aparıcı struktur erməni gənclərinin ideoloji hazırlıq mərkəzi rolunu oynayan erməni kilsəsidir. Erməni kilsəsi erməni gənclərinin Azərbaycan əleyhinə yönləndirilməsi üçün fəal ideoloji iş aparır. Fəaliyyət siyahısında illik kütləvi bayramlar yer alır. Tbilisinin mərkəzində qeyd olunan bu bayramlarda Qarabağ separatçılarının simvolik bayraqlarından istifadə olunur, Xankəndi ilə birbaşa bağlantı həyata keçirilir.

Məhz erməni kilsəsi ictimai təşkilatların vəsaiti ilə gənclər üçün işğal olunmuş Azərbaycan ərailərinə turlar təşkil edir. Erməni kilsəsi Gürcüstandakı erməni potensialını səfərbər edir ki, Dağlıq Qarabağda müharibə olacağı təqdirdə, onu ora yönəltsin.

Xəbər lenti
0